AzTehsil.com


Xəbərlər / Valideyn / Direktor / Müəllim / Saglam həyat
15 dekabr 2017
6 063


Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə



AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 
"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin TƏŞKİLİ QAYDALARI

I. Ümumtəhsil məktəbinin proqramı ilə

Somatik xəstəliklər

Fasiləsiz residivlənən aktiv fazada olan gedişli revmatizm (stasionardan evə yazıldıqdan sonra uşaqların bir - iki il fərdi məşğələlərə ehtiyacı vardır).

Pankardit (stasionar və ya sanatoriyadan evə yazıldıqdan sonra uşaqların bir və ya iki il fərdi məşğələlərə ehtiyacı vardır).

Subkompensasiya və dekompensasiya mərhələlərində olan ürəyin anadangəlmə qüsurları.

Tez-tez baş verən təngnəfəslik sianoz tutmaları ilə gedən ağır dərəcəli Fallo tetradası.

Prosesin yayılması və nəzərə çarpan intoksikasiya ilə gedən III dərəcəli xronik pnevmoniya.

Tez-tez təkrarlanan ağır tutmalar və ya uzunmüddətli asmatik vəziyyətlə gedən bronxial astma.

Nevrotik sindromla gedən xroniki qlomerulonefrit.

Böyrək çatışmazlığı simptomları müşahidə edilən xronik diffuz qlomerulonefrit.

Residivləşən gedişli və böyrək çatışmazlığı simptomları ilə gedən xronik pielonefrit.

Assitlə müşayiәt olunan xroniki hepatit və qara ciyərin sirrozu.

Mikovissidozun ağır formaları.

Hemofiliyanın ağır forması (hərəkətin məhdudlaşması ilə müşayiət olunan).

Hərəkətin məhdudlaşması, oynaqların kobud morfofunksional pozğunluqları ilə müşayiət olunan revmatoid artriti.

Şəkərli diabetin ağır formaları.

Leykozlar.

İrsi koaqulopatiyalar (vilimbrant xəstəliyi, trombasteniya).

İmmun trombastenit purpura xəstəliyinin xroniki forması.

X - histnositozlar (Hend-Süller-Krissen, Tatarinov).

Toplanma xəstəlikləri (Toze, Niman-Pik, Landinq, Volman, Tandasir).

Hemorraqik hematomezenximae displaziya.

Talassemiyanın ağır formaları.

Anadangəlmə sferositar anemiyanın ağır formaları.

Hipoplastik anemiya.

Qazanılma immunçatışmazlığı sindromu (QİÇS) və insan immunçatışmazlığı virusu ilə yoluxanlar (IIV).

Xondrodistrofiya və xondrodisplaziya.

Nevroloji xəstəliklər

Miopatiya, anadangəlmə və irsi mənşəli torzion distoniya və digər davamlı hipergenetik sindromlar zamanı dayaq-hərəkət aparatının funksiyasının pozulması.

Keçirilmiş poliomielitdən sonra dayaq-hərəkət aparatının ağır pozulmaları.

Keçirilmiş ensefalomielit və poliradikulonevritdən sonra ağır qalıq əlamətləri.

Cərrahi xəstəliklər

Aşağı ətrafların iflici və çanaq orqanlarının funksiyalarının pozulması ilə müşayiət olunan onurğa beyni dəbəliyi (yırtıcı).

Uşaq serebral iflici (təhsilini bitirənədək).

Anusun arteziyası nəcis saxlaya bilməməklə (enkoprez).

Müxtəlif xəstəliklər zamanı aşağı ətrafların iflici.

Koksit gips sarğısında olarkən dayaq-hərəkət sisteminin xroniki xəstəlikləri (xroniki ostiomielit, sümük - oynaq vərəmi).

Anadangəlmə xəstəliklər və zədələnmələrlə əlaqədar dayaq-hərəkət aparatındakı cərrahi əməliyyatlardan sonrakı vəziyyət (müalicənin sonunadək hərəkətin çətinləşməsi baş verən hallarda).

Hərəkətin mümkünsüzlüyü ilə gedən dayaq-hərəkət aparatının pozulması (oxuduğu məktəbin nəzdində 6 aydan 1 ilədək).

Mədə-bağırsaq traktında aparılan ağır cərrahi əməliyyatlardan sonra baş verən bağırsaq fistulları (1 il müddətinə).

Dəri xəstəlikləri

Kəskinləşmiş vəziyyətdə olan yayılmış ekzemalar.

Psoriatik eritrodermiyalar.

Aztropatik psoriaz.

Herb prurioqosu.

Dyurinq dermatiti (kəskinləşmə dövründə),

İxlioz formalı eritrodermiya.

Bulloz epidermoliz (ağır formaları).

Enterpatik akrodermatit (ağır formaları).

Kəskin qırmızı qurdeşənəyi.

Şiddətli yayılmış sklerodermiya.

Piqmentli kseroderma ağır xroniki gedişli.

Psixonevroloji xəstəliklər

Epilepsiya kəskinləşmə mərhələsində, tez-tez qıcolma əlamətləri ilə.

Nevrozların ağır formaları, o cümlədən enkoprez, gündüz enurezi, dekompensasiya mərhələsində olan kəkələmə.

Ruhi xəstəliklər (şizofreniya, psixozlar), kəskinləşmə mərhələsində.

Müxtəlif etiologiyalı (infeksion, somatik) ensefaloastenik əlamətlər.

2. Xüsusi təhsil məktəbinin proqramı ilə

Aşağıdakı sindromlarla kəskinləşmiş debillik mərhələsində olan oliqrofreniya:

a) tez-tez baş verən gündüz epilepsiya tutmaları;

b) ağır ensefaloastenik vəziyyət;

c) enkoprez və gündüz enurezi;

ç) hərəkət oyanıqlığı sindromu;

d) reaktiv vəziyyət.

Ağıl azlığı ilə olan epilepsiya (tez-tez gündüz tutmaları ilə).

Üzvi proseslər kəskinləşmə mərhələsində.

3. Somatik, psixonevroloji xəstəlikləri olan şagirdlərə

sadələşdirilmiş rejimin yaradılması (əlavə istirahət günü, bəzi

dərslərdən azad olunma, natamam fərdi təhsilə keçirilməsi)

Somatik xəstəliklər

Anadangəlmə eferositar anemiya (ağır və orta dərəcədə).

Hemofiliya.

Hipoplastik anemiya.

Göz xəstəliklərinin ağır forması (göz əzələlərinin iflici, göz almasının çıxarılması, cərrahi əməliyyatdan sonrakı vəziyyət).

Psixonevroloji xəstəliklər

Ruhi xəstəliklər (şizofreniya, müxtəlif etnologiyalı psixozlar), natamam kompensasiya mərhələsində.

Epilepsiya - kəskinləşmə mərhələsində (tutmaların tezləşməsi, distrofiyanın olması).

Beyində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra serebral çatışmazlığı.

Ağır kəllə zədələnməsindan və ağır keçən infeksiyalardan sonra baş verən ensefaloastenik vəziyyət.

II. Evdə təhsilin təşkili qaydaları

1. "Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.14 maddəsinə əsasən, evdə təhsil - sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin müvafiq təhsil-müəssisəsinin pedaqoji işçiləri vasitəsilə ümumtəhsil proqramlarını evdə mənimsəməsidir.

2. Evdə fərdi qaydada təhsil alan şagirdlər müvafiq təhsil müəssisəsinə xəstəxanaların, poliklinikaların, dispanserlərin təqdim etdiyi sənədlə əsasında rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə qəbul olunurlar.

3. Evdə fərdi təhsilə ümumtəhsil məktəblərinə) cari ilin I sentyabrınadək 6 yaşı tamam olan, xüsusi məktəblərdə isə (əqli cəhətdən qüsurlu) 7 yaşı tamam olan səlahiyyətinə görə ümumtəhsil məktəblərində oxuya bilməyən uşaqlar cəlb olunur.

4. Evdə fərdi təhsilə cəlb edilən şagirdlər məktəbə aşağıda adları qeyd olunan sənədlərə əsasən qəbul olunurlar:

məktəb direktorunun adına ərizə;

doğum haqqında şəhadətnamənin surəti;

müvəffəqiyyət cədvəli (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);

şagirdlərin şəxsi işi (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);

yaşayış yerindən arayış;

psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişi.

5. Evdə fərdi qaydada təhsil alan şagird evdə məktəbə və ya ərazidəki yaxın məktəbə cəlb olunur və onun təlim-tərbiyəsinin təşkili həmin məktəbə həvalə olunur.

6. Azərbaycan Respublikasının Təhsil Qanununa uyğun olaraq evdə təhsil üç pillədən ibarətdir:

ibtidai (I-IV siniflər);

əsas (V-IX siniflər);

orta (X-XI siniflər).

7. Şagirdlərin evdə təhsilə qəbulu il boyu aparılır.

8. Məşğələlər bir qayda olaraq sentyabrın 1-də başlayır və mayın 25-də başa çatır.

9. Dərs ili müddətində tətillər "Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsi" əsasında verilir.

10. Evdə dərs məşğələləri ümumtəhsil proqramı ilə 45, xüsusi təhsil proqramı ilə 40 dəqiqə müəyyən edilir.

11. Gündəlik dərslərin miqdarı I pillədə 2, II və III pillədə 3 saatdan artıq ola bilməz.

12. Fərdi təlim planları hazırlanarkən psixoloji--tibbi-pedaqoji komissiyanın rəyinə üstünlük verilir.

13. II pilləni müvəffəqiyyətlə başa vuran şagirdlərə əsas məktəbi bitirmək barədə şəhadətnamə, III pillənin məzunlarına orta təhsil haqqında attestat verilir.

14. Evdə fərdi məşğul olan şagirdlərin dərs cədvəli oxuduğu məktəbin sinif rəhbəri tərəfindən valideyn və müəllimlərlə razılaşdırılaraq direktor tərəfindən təsdiq olunur.

15. Evdə fərdi məşğul olan şagirdlər ümumtəhsil və ya xüsusi məktəblərin (şagirdin inkişaf xüsusiyyətinə müvafiq) Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planı əsasında təhsil alırlar.

16. Evdə fərdi məşğul olan şagirdin dərs məşğələlərinə sinif rəhbəri, proqram materiallarının yerinə yetirilməsi və həmin prosesdə tətbiq edilən metodiki işə təlim-tərbiyə işi üzrə direktor müavini, bütün prosesini gedişinə isə direktor məsuliyyət daşıyır.

17. Evdə təhsil alan şagirdlərin biliyi ardıcıl olaraq rüblər üzrə sinif jurnalında qeyd olunur. Onların sinifdən-sinfə keçirilməsi, məktəbi bitirməsi də müvafiq qaydada sinif jurnalında öz əksini tapır.

18. Evdə fərdi təhsilə cəlb olunan uşaqlar buraxılış və sinifdən-sinfə keçirilmə imtahanlarından psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə azad oluna bilərlər.

19. Evdə fərdi məşğul olan şagirdlərin ev dəftəri, gündəliyi tərtib olunur. Burada müəllimin qeydi, yoxlama işlərinə dair yazdığı qiymətlər öz əksini tapır.

20. Müəllimin əmək haqqı tabelik qaydasında, rayon (şəhər) təhsil şöbələri tərəfindən yerinə yetirilən proqram materialları əsasında təsdiq olunmuş stavkaya uyğun ödənilir. Şagirdin psixoloji inkişaf xüsusiyyəti sinif rəhbəri və məktəbin psixoloqu tərəfindən işlənir, ailə üzvlərinin xəstəyə baxması üçün şərait və ya fasilələr yaradılır.

21. Evdə fərdi qaydada təhsil alan şagirdlərlə işləyən pedaqoji işçinin, mütəxəssisin seçilməsində könüllülük prinsipinə əməl olunmalı, həmin kateqoriyadan olan uşaqlarla işləyəcək müəllimlərin arzusuna üstünlük verilməlidir.

22. Şagirdlərin evdə müstəqil təhsil almalarına, bədii ədəbiyyatla təmin olunmalarına, xəstəliyin xüsusiyyətinə uyğun olaraq gələcəkdə müəyyən peşə öyrənmələrinə pedaqoji kollektivlər şərait yaratmalı, onların hərtərəfli inkişafına qayğı və diqqətlə yanaşmalıdırlar.

23. Məktəb rəhbərləri hər il mayın 25-dən iyunun 25-dək evdə təhsil alan şagirdlərin həmin məktəblərdə və yaxud başqa məktəblərdə təhsillərini davam etdirmək üçün siyahılarını psixoloji-tibbi-pedaqoji komissiyanın təsdiqinə təqdim etməlidirlər.



Загрузка...
Həmçinin oxuyun:
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Psixoloji-tibbi pedaqoji komissiya barədə  Əsasnamə

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında   fərqlənmə attestatlarının verilməsi   Qaydası

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası

Formal təhsilin təşkili qaydaları

Formal təhsilin təşkili qaydaları

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Təhsilin formaları və təhsilalma formaları dedikdə nə başa düşülür?

Təhsilin formaları və təhsilalma formaları dedikdə nə başa düşülür?

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

TEST Evdə təhsil nə deməkdir? Evdə təhsil necə təşkil edilir?

TEST Evdə təhsil nə deməkdir? Evdə təhsil necə təşkil edilir?

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Mikayıl Cabbarov yeni əmr imzaladı

Mikayıl Cabbarov yeni əmr imzaladı

Hansı məzunlar fərqlənmə attestatı alacaq?

Hansı məzunlar fərqlənmə attestatı alacaq?

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud şagirdlərin siyahısını DİM-ə təqdim edəcək

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud şagirdlərin siyahısını DİM-ə təqdim edəcək

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?