Xəbərlər / İKT / Texnologiya
15 yanvar 2018
2 056


"Samsung" yeni modeli təqdim etdi

"Samsung" yeni modeli təqdim etdi

Nəhəng texnologiya şirkəti "Samsung” ABŞ-ın Las-Veqas şəhərində təşkil edilən CES-2018 sərgisində yeni nəsil qatlana bilən "Qalaksi X” mobil cihazının dizayn layihəsini təqdim edib.


Aztəhsil.com xəbər verir ki, bu barədə "Letsgodigital” saytı məlumat verib.


İddialara görə, yeni nəsil cihazlar 7,3 düymlük ekrana sahib olacaq. İstehsalına bu ilin noyabr ayında başlanacaq və 2019-cu ildə bazara çıxarılacaq.


Yeni modellər daxilə və xaricə qatlana bilən olmaqla, iki növdə istehsal ediləcək. Bu telefonlar 200 000 dəfə qatlanmağa davamlı olacaq.


"Samsung” bu formları təkcə ağıllı smartfonlara tətbiq etməyi planlaşdırır. Onun ən böyük rəqibi "Əpl” isə bu növ cihazları smartfonlarla yanaşı, laptop, tablet və saatlara da tətbiq edəcək.

Məqalə Göndər








Загрузка...