AzTehsil.com


Xəbərlər / İKT / Texnologiya
15 noyabr 2017
2 462


Noyabr ayının ən populyar smartfonları - TOP 10



Noyabr ayının ən populyar smartfonları - TOP 10

"Gsmarena” resursu noyabr ayının ən populyar smartfonlarının TOP-10-nu tərtib edib.

 

Məlumata görə, reytinqdə istifadəçiləri ən çox maraqlandıran cihazlar qeyd edilib.

 

Qəribə olsa da, reytinqin birinci yerində Çinin "Oppo F5” yer alıb. Şəbəkədə böyük səs-küyə malik "iPhone X” smartfonu isə ikinci yeri tutub.

 

Üçüncü yerə "Xiaomi Redmi Y1” smartfonu layiq görülüb. Bu yenilik selfi həvəskarları üçün yaradılıb. Çünki onun olduqca keyfiyyətli ön kamerası mövcuddur.

 

Dördüncü və beşinci yerləri "Samsung Galaxy J7 Pro” və "Xiaomi Mi A1” smartfonları tutub. Sonrakı yerlərdə siyahıda "Samsung Galaxy Note 8”, "Samsung Galaxy S8” və "Nokia 6”-nın adları var.

 

TOP-10-u Çinin "Xiaomi Redmi 4 (4X)” və o qədər də baha olmayan "Motorola Moto X4” smartfonları qapayır.




Загрузка...