AzTehsil.com


Xəbərlər / Texnologiya
06 noyabr 2017
3 132


Barmaq izi skanerli ən yaxşı smartfonlar - REYTİNQ



Barmaq izi skanerli ən yaxşı smartfonlar - REYTİNQ

Nüfuzlu texnoloji nəşrlərin mütəxəssislər qrupu 2017-ci ildə istehsal edilmiş barmaq izi skaneri olan ən yaxşı 5 smartfonun reytinqini tərtib edib.

 

Aztəhsil.com gazetadaily.ru saytına istinadən xəbər verir ki, birinci yeri birmənalı olaraq "Apple” şirkətinin "iPhone 7 Plus” smartfonu tutur. Onun "Touch ID” skaneri digər rəqiblərindən dəfələrlə cəld işləyir.

 

İkinci yerə "Samsung Galaxy J7 Prime” smartfonu layiq görülüb. Onun da barmaq izləri skaneri sürətli işləməsi və izləri daha dəqiq tanıması ilə öyünə bilər.

 

İlk üçlüyü "Motorola” şirkətinin "Moto M” skaneri qapayır.

 

Onların ardınca isə TOP-5-ə "OnePlus 3T” və "LeEco Le 2” smartfonları da daxil edilib.




Загрузка...