Birinci sinifə gedən uşaqlar niyə ağlayır? -SƏBƏB
Bir çox hallarda birinci sinifə gedən uşaqların ağladığının şahidi oluruq.
Aztəhsil.com xəbər verir ki, həkim pediatr Vaqif Qarayev bildirib ki, uşaqların ağlamalarının səbəbləri müxtəlifdir.
Onun sözlərinə görə, təcrübə göstərir ki, ev şəraitində və ya 5-6 nəfər uşaqla özəl mərkəzlərdə hazırlıq kursu keçən, valideynin həddindən artıq qayğısı ilə böyüyən uşaqlar məktəb mühitinə çətinliklə uyğunlaşırlar, hətta bağçaya gedən bəzi uşaqlar da məktəbin səs-küyünə adekvat reaksiya verə bilmirlər.
Həkim hesab edir ki, uşaqları sevmək lazımdır, amma fasiləsiz "gözümdən uzağa getmə" prinsipi (xüsusən oğlan uşaqlarını) doğru deyil:
"Uşaqlar tanımadığı uşaqlarla ünsiyyət qurmağa çalışmalıdılar. Mikroməktəb mühitinə uyğunlaşmaq üçün yaxşı olar ki, uşaq sayı çox olan hazılıq kurslarına getsinlər".