AzTehsil.com


Xəbərlər / Valideyn
09 yanvar 2018
2 564


Uşaqlar təhlükədə: xərçəng yaradan oyuncaqlar



Oyuncaqlar standartların tələblərinə uyğun deyilsə, uşaqların müxtəlif xəstəliklərə yoluxmasına gətirib çıxara bilər. Bəzən kütləvi ticarət şəbəkələrində, mağazalarda, topdansatış mərkəzlərində Çindən gətirilən keyfiyyətsiz uşaq oyuncaqlarının satıldığını müşahidə edirik.


Aztəhsil.com xəbər verir ki, bu sözləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sözçüsü Fazil Talıblı keyfiyyətsiz və uşaqların sağlamlığına ciddi təhlükə törədən oyuncaqlar barədə danışarkən söyləyib.

 

O bildirib ki, komitə tərəfindən mütəmadi olaraq Çin istehsalı olan oyuncaqların keyfiyyəti haqqında valideynlərə məlumatlar verilir:


"Bir neçə il bundan öncə uşaq oyuncaqlarının laboratoriyada yoxlanılması zamanı xeyli sayda məhsulun tərkibində ağır metalların, kansoregen maddələrin, toksiki elementlərin olduğu aşkar edilib və həmin oyuncaqların satışdan çıxarılması ilə bağlı müvafiq tədbirlər görülüb”.


F.Talıblı qanunvericiliyin tələbinə əsasən, uşaq oyuncaqlarının məcburi sertifikasiyadan keçirilməli olduğunu deyib:


"Qanunvericiliklə nəzərə tutulmuş qaydada məhsullarını yoxlamadan keçirməyən sahibkarlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb oluna bilərlər. İstənilən sahibkar satışa çıxarmazdan əvvəl mütləq həmin sertifikatlaşdırma orqanlarına müraciət edib məhsullarının keyfiyyətini, təhlükəsizliyini yoxlatmağa borcludur. Sertifikasiyanı akreditasiya edilmiş orqanlar həyata keçirir. Yəni komitə sertifikasiya ilə məşğul olmur.


İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən, standartların tələblərinin pozulmasına görə fiziki şəxslər 1500-2000, hüquqi şəxslər üçün isə 4000-5000 manat məbləğində cərimə nəzərdə tutulub”.


Ekspert bildirib ki, valideynlər övladlarına oyuncaq alarkən onun keyfiyyətini müəyyənləşdirməkdən ötrü öncə xarici görünüşünə fikir verməlidirlər:


"Oyuncağın tikişlərinin möhkəm olmasına, tüklərinin tökülməməsinə, metal və ya rənglidirsə, onların rənginin getməməsinə diqqət yetirməlidirlər. Çünki körpələr oyun zamanı oyuncaqları ağızlarına aparırlar. Belə hallardan sığortalamaq üçün valideynlərə oyuncaq alarkən mağazadan sertifikat tələb etmələri tövsiyyə olunur”.


Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə Çindən gətirilən 19 ton uşaq oyuncağı tərkibində ağır metallar və kanserogen maddələr aşkar edildiyinə görə İstanbul polisi tərəfindən müsadirə edilib. Laboratoriya şəraitində aparılan yoxlama nəticəsində bəlli olub ki, oyuncaqların rənglənməsində istifadə olunan boya dəri və gön məmulatlarının rənglənməsində istifadə olunur. 




Загрузка...
Həmçinin oxuyun:
Məktəblərdə satışına qadağa qoyulan məhsullar -SİYAHI

Məktəblərdə satışına qadağa qoyulan məhsullar -SİYAHI

DİQQƏT ! Məktəblərdə satışına qadağa qoyulan məhsullar hansılardır ?

DİQQƏT ! Məktəblərdə satışına qadağa qoyulan məhsullar hansılardır ?

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

Dövlət qulluqçusunun şəxsi işini aparanların NƏZƏRİNƏ...

Dövlət qulluqçusunun şəxsi işini aparanların NƏZƏRİNƏ...

Bu ticarət mərkəzlərində saxta məktəbli geyimləri aşkarlandı – SİYAHI

Bu ticarət mərkəzlərində saxta məktəbli geyimləri aşkarlandı – SİYAHI

Ölkədə təhsildən yayınan və yenidən təhsilə cəlb edilən uşaqların SAYI açıqlandı

Ölkədə təhsildən yayınan və yenidən təhsilə cəlb edilən uşaqların SAYI açıqlandı

AT-EŞŞƏK ƏTİ indi də uşaq bağçalarında?

AT-EŞŞƏK ƏTİ indi də uşaq bağçalarında?

Uşaq qidalarıyla bağlı ŞOK ARAŞDIRMA- Əqli gerilik, xərçəng yaradır

Uşaq qidalarıyla bağlı ŞOK ARAŞDIRMA- Əqli gerilik, xərçəng yaradır

Bəzəyinə aldandığınız qutular uşaqlarınızı zəhərləyir – ALDANMAYIN!

Bəzəyinə aldandığınız qutular uşaqlarınızı zəhərləyir – ALDANMAYIN!

Valideynlərin nəzərinə: Saxta məktəbli formaları satılır

Valideynlərin nəzərinə: Saxta məktəbli formaları satılır

Təhsildən kənarda qalan uşaqlar - SƏBƏB İSƏ...

Təhsildən kənarda qalan uşaqlar - SƏBƏB İSƏ...

Uşaqların şirniyyata olan həvəsi yalnız dadla bağlı deyil -DİQQƏT

Uşaqların şirniyyata olan həvəsi yalnız dadla bağlı deyil -DİQQƏT

Valideynlərin diqqətinə- Körpələrinizə süni qidalar verməyin!

Valideynlərin diqqətinə- Körpələrinizə süni qidalar verməyin!

Uşaqlar evdən niyə qaçır? – AÇIQLAMA

Uşaqlar evdən niyə qaçır? – AÇIQLAMA

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası

DİM sədri: "Dövlət qulluqçularının əmək kitabçaları ilə reyestrdəki məlumatlar arasında uyğunsuzluq var"

DİM sədri: "Dövlət qulluqçularının əmək kitabçaları ilə reyestrdəki məlumatlar arasında uyğunsuzluq var"

Məsuliyyətsiz valideynlərə CƏZA? - Parlament layihəni gözləyir

Məsuliyyətsiz valideynlərə CƏZA? - Parlament layihəni gözləyir

Oyun terapiyası uşağa necə kömək edir?

Oyun terapiyası uşağa necə kömək edir?

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu