Hitlerlə bağlı bilinməyən — YENİ FAKT
Dünən MKİ Adolf Hitlerlə bağlı məxfi sənədləri yayımladı.
Aztəhsil.com ölkə.az-a istinadən xəbər verir ki, sənədlərə əsasən Adolf Hitler müharibədə ölməyib və 1955-60-cı illərə qədər Cənubi Amerikada yaşayıb.
Şotlandiyanın "Aberdeen" universitetinin tarixçisi Tomas Veber də Adolfla bağlı bir faktı üzə çıxarıb. Adolf 1919-cu ildə Almaniyanın sağ görüşlü partiyalarından birinə üzv olmaq istəsə də, onu qəbul etməyiblər.
Veber deyib: "1919-cu ildə 30 yaşlı Hitler ifrat sağ görüşlü "Sosialistlər" partiyasına üzv olmaq istəyib. Amma partiyadan ona rədd cavabı verilib".
Alimin tapdığı bir sənəddə partiyanın qurucusu Hans Georq Gressincerin fikirləri var.
Sənədə əsasən, 1919-cu ilin payız ayında Hitler partiyanın qərargahına gəlir və Gressincerdən onu partiyaya üzv qəbul etməyi və qəzetləri üçün məqalə yazmağa icazə veməyini istəyib.
O dövrdə cibində bir qəpik də olmayan Adolf partiya qurucusundan borc pul istəyir. Amma Adolf nə qəzetin, nə də partiyanın ona ehtiyacı olmadığı cavabı ilə qarşılaşır. bVeber qeyd edir ki, Adofun həyatının hamısı sənədləşdirilməyib.