AzTehsil.com


Xəbərlər / Ziyalılar
21 oktyabr 2017
5 593


Eynşteynin həyatı barədə bilmədiyiniz 10 maraqlı məlumat



Eynşteynin həyatı barədə bilmədiyiniz 10 maraqlı məlumat

Hamı Eynşteyni bütün dünyada məşhur olan elm adamı kimi tanıyır. Hansı ki, E=mc2 formulunu elm dünyasına gətirib.


Bəs, bu dahi haqqında 10 ən maraqlı məlumatı bilirsinizmi?


1. Gəmidə səyahət etmək


Eynşteyn İsveçrənin Sürix şəhərində Politexnik İnstitutuna daxil olduqdan sonra sözün əsl mənasında yelkənli qayığa aşiq oldu. O, qayıqla tez-tez gölə gedər, qeyd kitabçası çıxarar, istirahət edər və düşünərdi. Eynşteyn üzməyi öyrənməsə də, həyatı boyu hobbi olaraq qayıq sürməyi davam etdirdi.

Eynşteynin həyatı barədə bilmədiyiniz 10 maraqlı məlumat

 

2. Eynşteynin beyni

 


1955-ci ildə dünyasını dəyişəndən sonra onun öz vəsiyyəti ilə cəsədi yandırılaraq külü ətrafa səpildi. Cəsədinin yandırılmasından əvvəl Princeton xəstəxanasının patalogisti Tomas Harvey onun beynini yarıb çıxardı. Alimin beynini bədənə qaytarmaq əvəzinə Harvey tədqiqat üçün onu özündə saxlamağa qərar verdi. Lakin Harveyin Eynşteynin beynini özündə saxlamağa icazəsi yox idi, lakin bir neçə gün sonra Eynşteynin oğlunu bunu elmə kömək olacaq deyə razı salmağa müvəffəq oldu. Qısa müddətdən sonra Harvey Princetondakı işindən qovuldu, çünki o, Eynşteynin beynini qaytarmağı rədd etmişdi. Keçən qırx il ərzində Harvey Eynşteynin doğranmış beynini (240 hissəyə bölmüşdü) iki mason bankasında ölkə boyu gəzdirdi. Hər səfərində Harvey beyni daha kiçik hissələrə bölüb araşdırmaçılara göndərirdi. 

Nəhayət 1998-ci ildə Harvey onun Princeton xəstəxanasına qaytardı. 


3. Eynşteyn və skripka

 

Eynşteynin anası Pauline təcrübəli pianoçu idi və arzu edirdi ki, oğlu da musiqini sevsin. Belə ki, altı yaşında onu skripka dərslərinə qoydu. Nə yazıq ki, ilk başda Eynşteyn skripka çalmağa nifrət edər və kartlardan ev düzəltməyi daha çox sevərdi. Həqiqətən də bu işdə çox mahir idi. 13 yaşı olanda Eynşteynin skripkaya qarşı fikirləri birdən-birə dəyişdi. Bu dəyişim Motsartın musiqisini eşidəndən sonra oldu. Bu yeni ehtiras ilə Eynşteyn ömrünün sonuna qədər skripkada ifa etməyi dayandırmadı. 


4. İsrailin prezidenti


Sionist lider və İsrailin ilk prezidenti Chaim Veizmann 1952–ci il noyabrın 9-da vəfat etdikdən bir neçə gün sonra Eynşteyndən İsrailin ikinci prezidenti olmaq istəyib-istəmədiyi soruşuldu. 73 yaşlı Eynşteyn bu təklifi qəbul etmədi. Rəsmi imtina  məktubunda o, təkcə "fiziki imkanlarının imkan vermədiyini və insanları idarə etmə təcrübəsinin olmadığını” demədi, həmçinin də artıq yaşlandığını əsas gətirdi. 


5. Corabsız


Eynşteyn cazibəsinin əsas hissəsindən biri onun "dağınıq” görünüşü idi. Belə ki, daranmamış saçlardan başqa, ona xas xüsusiyyətlərdən biri də daima corabsız gəzməsi idi. Fərqi yoxdur, o, qayıqla səyahətə çıxsın və yaxud Ağ Evdə nahar etsin, hər yerə corabsız gedirdi. Corab onun üçün narahatlıq gətirirdi, çünki tez-tez cırılırdı. "İkisi də ayrı-ayrılıqda işə yarayırsa, nədən həm corab, həm də ayaqqabı geyinək?” deyirdi. 


6. Sadə kompas


Beş yaşlı Eynşteyn xəstə yatağında ikən  atası ona sadə bir cib kompası hədiyyə etdi. Eynşteyn dərin fikrə getdi. Hansı bir qüvvə kiçik iynənin tək bir nöqtədə durub hərəkət etməsini idarə edir? Bu sual Eynşteyni uzun illər məşğul etdi və elmə olan heyranlığının əsasını qoydu. 


7. Soyuducunun layihəsi


Albert Eynşteyn "nisbilik nəzəriyyəsi”ni yaratdıqdan 21 il sonra spirt qazı ilə işləyən soyuducu icad etdi. Lakin yeni icad mövcud texnologiyanı gərəksiz hala gətirdiyi üçün istehsal olunmadı. Eynşteyn bu soyuducunu bir ailənin kükürddioksid yayan bir soyuducudan zəhərlənməsini eşitdikdən sonra icad etdi. 


8. Siqaretə aludə


Eynşteyn siqaret çəkməyi sevirdi. Öz evi ilə Prinston ofisi arasında gəzərkən onun arxasınca bir tüstü izini görmək olardı. Dağınıq saçlar, enli və tökük paltarlar və əlində tənbəki çubuğu haradasa onun imicinin böyük bir hissəsi idi. 

Eynşteyn deyirdi: "Mən hesab edirəm ki, qəlyan, siqaret çəkmək insanın bütün məsələlərinin bir qədər sakit və obyektiv həllinə öz töhfəsini verir. Baxmayaraq ki, o tənbəkini sevirdi, heç zaman siqaret və hətta siqardan imtina etməmişdi. 


9. Öz xalası qızı ilə evləndi


Eynşteyn 1919-cu ildə ilk həyat yoldaşı Mileva Maric-dən boşandıqdan sonra xalası qızı Elsa Loevental ilə evləndi. Onlar bir-birinə nə qədər yaxın idi? Çox yaxın. Elsa ailəsinin hər iki tərəfi Albert ailəsinə  bağlı idi. Albertin və Elsanın anası bacı idi, Albertin atası isə Elsanın atası ilə əmioğlu idilər. Hər ikisi uşaq olarkən birlikdə oynayır, ancaq onların romantik bağlılığı Elsanın evlənib boşanmasından sonra başlandı. 

10. Qeyri-qanuni övlad

 


1901-ci ildə Albert Eynşteyn və Mileva Maric evlənməzdən öncə bu iki kollecdə oxuyan sevgililər İtaliyadakı Komo gölünə bir romantik səfər planladılar. Səfərdən sonra Mileva hamilə olduğunu hiss etdi. Həmin ildə qeyri-qanuni doğulan uşaqlar nadir hal olmasa da, yenə də cəmiyyət tərəfindən birmənalı qarşılanmırdı. Lakin Eynşteynin öz işindən patent alana qədər Mileva ilə  evlənmək və uşağı böyütmək üçün pulu yox idi. Eynşteynin şöhrətini ləkələməmək üçün Mileva öz evlərinə geri döndü və öz qızına Lieserl adını qoydu. Eynşteynin qızı haqqında çox məlumat yoxdu, bircə 1903-cü il sentyabr ayında Eynşteynin ona göndərdiyi məktubda azca məlumat var.


Hesab edilir ki, Lieserl uşaq yaşlarında dəhşətli qızdırmadan dünyasını dəyişib və yaxud da sağ qalsa da, sonradan övladlığa verilib. Həm Mileva həm də Eynşteyn bu qeyri-qanuni doğulan uşağı daima gizlətmişlər, Eynşteynin həyatını araşdıran alimlər bu uşağın varlığını çox sonralar aşkar etdilər. 




Загрузка...
Həmçinin oxuyun:
Albert Eynşteyn dərslərindən “2” alırdı? – ATTESTAT FOTOSU

Albert Eynşteyn dərslərindən “2” alırdı? – ATTESTAT FOTOSU

Dünyanı öz zəkası ilə heyrətləndirən DAHİLƏR

Dünyanı öz zəkası ilə heyrətləndirən DAHİLƏR

Osmanlı sultanlarının ölüm səbəbləri- Acı və müəmmalı gerçəklər

Osmanlı sultanlarının ölüm səbəbləri- Acı və müəmmalı gerçəklər

Şagirdin hamiləliyinə görə tutulan müəllim azad edilib

Şagirdin hamiləliyinə görə tutulan müəllim azad edilib

4 yaşlı uşağı döyən bağça müəlliməsi açıqlama verməkdən imtina etdi- FOTOLAR

4 yaşlı uşağı döyən bağça müəlliməsi açıqlama verməkdən imtina etdi- FOTOLAR

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Bank qarətçisi necə xalq qəhrəmanına çevrildi?

Bank qarətçisi necə xalq qəhrəmanına çevrildi?

Birinci sinifə getdiyi gün vəfat edən Ucal və qardaşının acı taleyi – VİDEO

Birinci sinifə getdiyi gün vəfat edən Ucal və qardaşının acı taleyi – VİDEO

Əhvalat...Təcavüzkarlığı izah edərkən, «heyvan kimi vəhşi» desək də...

Əhvalat...Təcavüzkarlığı izah edərkən, «heyvan kimi vəhşi» desək də...

Lütfi Zadənin rəqəmlərdən imtina edən inqilabi nəzəriyyəsi- Sözlə hesablama

Lütfi Zadənin rəqəmlərdən imtina edən inqilabi nəzəriyyəsi- Sözlə hesablama

Aziz Sancar İqtisad Universitetində azərbaycanlıları nəyə çağırdı? - İBRƏT DƏRSİ...

Aziz Sancar İqtisad Universitetində azərbaycanlıları nəyə çağırdı? - İBRƏT DƏRSİ...

“Bir ayrılıq,bir də ölüm, kaş ki, heç biri olmayaydı...”

“Bir ayrılıq,bir də ölüm, kaş ki, heç biri olmayaydı...”

Dünyanın Ən Sürətli İnsanı” - Qlen Kaningem

Dünyanın Ən Sürətli İnsanı” - Qlen Kaningem

Dünyanın Ən Sürətli İnsanı” - Qlen Kaningem

Dünyanın Ən Sürətli İnsanı” - Qlen Kaningem

Balakəndə atalığından hamilə qalan 12 yaşlı məktəbli qız bu gün əməliyyat olunub

Balakəndə atalığından hamilə qalan 12 yaşlı məktəbli qız bu gün əməliyyat olunub

Nazir nə deyib?-test üsulu ilə qiymətləndirmə doğru olmaz

Nazir nə deyib?-test üsulu ilə qiymətləndirmə doğru olmaz

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Keçən tədris ilində MİQ-dən bir oğlan “uşağımız” “dünyaya gəldi”...

Keçən tədris ilində MİQ-dən bir oğlan “uşağımız” “dünyaya gəldi”...

ALTI PEDAQOJİ MƏSLƏHƏT- ƏDƏB

ALTI PEDAQOJİ MƏSLƏHƏT- ƏDƏB

Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?

Müəllim mütaliə etmədiyi gün ölür- Siz mütaliə edirsinizmi ?

Dünya şöhrətli alim Lütfi Zadə vəfat edib

Dünya şöhrətli alim Lütfi Zadə vəfat edib

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri