Düz On Beş İl Əvvəl Nələrlə Məşğul Olduğumuzu Göstərən Bir-Birindən Xoş 10 Foto
Bir az keçmişi xatırlayaq dedik. Buyurun nostalji dolu bir qalereyaya.
1. Çox güman tetrisimiz var idi və tank oynayırdıq.
2. Qonaq gələn qonşunun qızının təzə cehizləri haqqında olan monoloqunu dinləyirdik.
3. Lider TV-dən Nəm-Nəm'ə baxırdıq.
4. Başını "sənə də verəcəm sürərsən" sözüylə tovlayıb samokatı itələyən bir uşaqla küçələrdəydik.
5. Axşamlar qonaq gələn ən yaxşı uşaqlıq dostlarımızla lato oynayırdıq.
6. Məhəllə uşaqlarıyla futbol oynayırdıq. Top kimin idisə, Məhəllə Qanunvericiliyinə əsasən o toxunulmaz hesab edilirdi.
7. Bu soklardan alıb başımıza çəkirdik.
8. Ericssonda 2-ci Melodiyaya qulaq asa-asa 500 manatımıza nə alacağımızı düşünürdük.
9. Bu lazeri üzbəüz binadakı evdə kartof qızardan xalanın gözünə salardıq. Sonra iki ay həmin bina tərəflərdə fırlanmazdıq.
10. Metro jetonlarımızı oyandırdıq.