AzTehsil.com


Xəbərlər
30 oktyabr 2017
6 361


"SON SÖZ HƏLƏ DEYİLMƏYİB"



"SON SÖZ HƏLƏ DEYİLMƏYİB"

 

Son aylar təhsildə, xüsusilə də ümumtəhsil sahəsində baş verən narazılıqlara bir çox təhsil mütəxəssisləri laqeyd yanaşmayıb, müxtəlif sosial şəbəkə üzərindən öz fikirlərini bildirirlər. 


Həmin mütəxəssislərdən biri də Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru Elşən Qafarovdur. 

Aztəhsil.com sözügedən bu və ya digər məsələrlə bağlı Elşən Qafarovla olan müsahibəsini təqdim edir.
 
-Təhsilimizdə nə baş verir?

-Son aylar təhsilimizdə hamımızı narahat edən çox ciddi proseslər baş verir. Bu proseslər onunla izah olunur ki, ilk növbədə Təhsil Nazirliyinin əməkdaşları, xüsusilə də Mikayıl Cabbarov başda olmaqla, onun komandasının üzvləri sanki sadə Azərbaycan müəlliminə qarşı yürüşə çıxıblar və bütün bu atılan addımlar məqsədli xarakter daşıdığını düşünürəm.
 
-Hansı məqsədi?
 
-Sadə Azərbaycan müəlliminin sosial vəziyyətini daha da ağırlaşdırmaqla əslində sosial ziddiyyəti gərginləşdirmək, ölkə vətəndaşlarını və təhsillə bağlı olan şəxslərin daha çox Azərbaycan dövlətçiliyinə, hökumətə, xüsusilə də cənab Prezidentə qarşı narazılığını artırmaq siyasəti güdülür.  Bunu artıq hər bir adi vətəndaş görür, başa düşür.
 
-Dediklərinizi nə ilə əsaslandırardınız?
 
-Baxın, iyun ayının ortalarında 7 mindən artıq müəllim MİQ-dən kənar adı ilə Azərbaycan Respublikasının qanunlarına zidd olaraq işdən azad olundu. Bunu da müəllimlərin işə qəbul müsabiqəsindən kənar işə qəbul olunmaları ilə əlaqələndirirdilər. Halbuki, həmin müəllimlər 2013-2016-cı illərdə Mikayıl Cabbarovun nazir olduğu dövrdə işə götürülmüşdülər.  Bu gün  bütün sahələrdə, o cümlədən təhsil sahəsində işə götürülən müəllimlərin elektron baza təminatı ilə işə götürüldüyü üçün mümkün deyil ki, Təhsil Nazirliyinin əməkdaşları sözügedən 4 il ərzində işə qəbul olunan və özlərinin qanunsuz adlandırdığı formada işə qəbulu haqqında Təhsil Nazirliyində məlumatlar olmasın. Bu insanların bilərəkdən sayının 10 minə yaxınlaşması və 7 mini keçməsindən sonra bir gün ərzində onların işdən azad olunması narazılığı artırıb. 

Nəzərə alsaq ki, hər müəllim bir ailənin üzvüdür, o zaman bu qədər müəllimi işdən çıxarmaqla mövcud vəziyyət təqribən, 60-70 minə yaxın insanın sosial narazılığını artırmağa hesablanıb. İkinci bir məsələ isə, dərs bölgüsünün Təhsil Nazirliyi tərəfindən aparılmasıdır. Dünyanın heç bir ölkəsində dərs bölgüsü Təhsil Nazirliyi tərəfindən aparılmır. Sovet dövründə qalan təhsil sistemində, eləcə də indiyə qədərki təhsil sistemində də dərs bölgüsünün aparılması məktəb direktorunun səlahiyyəti daxilindədir. Dərs bölgüsü zamanı yalnız DQ-nin nəticələrinin əsas götürülməsi Təhsil Nazirliyi tərəfində atılmış səriştəsiz, gülünc bir addım olsa da proses zamanı on minlərlə müəllimin narazılığının yaranması bu işdə də nazirlik əməkdaşlarının gizli,qara niyyətlərini üzə çıxartmış oldu. Bu addım qeyri-qanunidir. Çünki müəllimin peşəkarlığını bir dəfə keçirilmiş testlə qiymətləndirmək mümkün deyil. 

"SON SÖZ HƏLƏ DEYİLMƏYİB"

 

-Bəs, Təhsil Nazirliyinin sosial şəbəkədən idarə olunmasına necə münasibət bildirirsiniz?

 
-Çox maraqlı bir məqama toxundunuz. Bu da dünyanın heç bir ölkəsində olmayan, gülünc və absurd bir qərardır ki, cənab prezidentin sərancamı ilə təyin olunmuş nazir Mikayıl Cabbarov bir kənarda qalıb, Tomas Crown adlı profil Azərbaycan təhsilini sosial şəbəkə üzərindən idarə etməyə başlayıb.
 
Əvvala, Tomas Crown kimdir? Tomas Crown fırıldaqçı bir şəxs, kino qəhrəmanıdır. Onun bütün işi fırıldaqdan ibarətdir. İkincisi isə, həmin profil Azərbaycan dövlətçiliyinə, Azərbaycanın ali rəhbərliyinə, müxtəlif beynəlxalq saytlarda qara yaxmağa çalışan ajan Culiyansın şəklini öz profilinə qoyur. Eyni zamanda, Azərbaycan təhsilini idarə edən bu saxta profil sosial şəbəkədə Amerikan bayrağı ilə təmsil olunur. Bütün bunlardan başqa ən maraqlısı isə odur ki, bu şəxsin axşamlar paylaşdığı, istər dərs bölgüsü ilə bağlı cədvəllər, istərsə də təlimatlar səhər Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə, Elnur Əliyev, Eşqi Bağırov, Ceyhun Bayramov və digərlərinin tapşırığı ilə rayon təhsil şöbələrinə təlimat xarakterində göndərilir. Hər kəsə məlumdur və özü də bunu etiraf edir ki, Tomas Crown Təhsil Nazirinin xalası oğlu Elnur Əliyevdir. 

Hal-hazırda Elnur Əliyev həm Təhsil Nazirliyinin İnformasiya şöbəsinin rəhbəri, həm də Aparat rəhbərini əvəz edir. Eyni zamanda, nazirlikdaxili qruplaşmalardan birinin  rəhbəridir. 

-Bildiyiniz kimi dərsliklərlə bağlı problemlər bu gün gündəmdədir. Buna münasibətiniz necədir?

-Dərsliklərlə bağlı təhsilimizdəki ən böyük biabırçılıq onların hazırlanması ilə bağlıdır. Məlumdur ki, təhsil sahəsi ordudan sonra dövlətin büdcədən ən çox vəsait ayırdığı sahədir.  Cənab Prezidentin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, birbaşa rəhbərliyi ilə 2004-cü ildən başlayaraq 12 il ərzində ölkədə  3min məktəbin yenidən tikildiyi və əsaslı təmir olunması bir faktdır. Bütün bunların fonunda dərsliklərin səriştəsiz müəlliflər tərəfindən yazılması, müzakirələrdən keçmədən, ekspert rəyləri nəzərə alınmadan, ayrı-ayrı aidiyyatı qurum və institutların rəyləri önəmsənilmədən, onların hazırlanmasının sadəcə Təhsil Nazirliyinə yaxınlığı ilə seçilən müəlliflərə verilməsi bugünkü biabırçılığın əsas səbəbidir. Artıq elə bir dərslik yoxdur ki, içərisində şagirdlərimizin əxlaqı və onların tərbiyəsinə mənfi təsir edəcək məlumatlar olmasın. Elə bir dərslik yoxdur ki, bu və ya başqa formada həmin dərsliklərdə kobud səhvlər olmasın.

Bunun pik nöqtəsi də 10-cu sinif Ümumi tarix dərsliyində Böyük Ermənistan xəritəsinin verilməsidir. Bu da dövlətçiliyimizin, eləcə də Azərbaycan xalqının əsrlərlə apardığı haqq mübarizəsinə xəyanətdir. Sözügedən xəyanətin başında da Mikayıl Cabbarov və onun komandası dayanır. Əvvəlki çıxışlarım və canlı yayım videolarında da dəfələrlə Mikayıl Cabbarov və onun komandasını Azərbaycan xalqı və dövlətçiliyinə hörmət edib istefa verməyə, təhsilimizdə baş verən özbaşınalıqlara son qoymağa çağırsam da görünür, bu gün onları daha çox dövlətçiliyimiz və xalqımızın haqq səsi yox, uydurma erməni təbliğatının dərsliklərə salınması və erməni təbliğatına xidmət etmək daha çox maraqlandırır. 
 
-Bütün bu baş verənlərlə yanaşı, biz təhsildə nəyə ümid edə bilərik?
 
-İyun ayından başlayaraq Mikayıl Cabbarov və onun komandasının tutduğu xəyanət yolunun ifşası ilə bağlı dəfələrlə video müraciətlərim olub. Həmin video müraciətlərdə sadə Azərbaycan müəlliminin, onlara qarşı olan qanunsuzluq və hüquq pozuntuları ilə bağlı cənab prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın ünvanına yazılı müraciətlər edilməsini xahiş etmişdim. Bu gün də həmin fikirdəyəm. Dəyərli həmkarlarımdan, vətəndaşlardan təhsil sahəsində rastlaşdıqları özbaşınalıqlar, qanunsuz hallarla bağlı yalnız cənab Prezident İlham Əliyevin və təhsil işçilərinin böyük Himayədarı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına şikayət məktubları ilə müraciət etsinlər.

Və baş verənlər fonunda onu konkret deyə bilərəm ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir. Bu, həmin İlham Əliyevdir, hansı ki, Mübariz İbrahimovu düşməndən almaq üçün 4 ay ardıcıl mübarizə apardı. Bu həmin prezidentdir ki, Ramin Səfərovun Azərbaycana gətirilməsi üçün 8 il mübarizə apardı.  Həmin İlham Əliyevdir ki, hələ 2017-ci ilin yanvarında şəhidimiz Çingizi 40 gün ərzində alıb Azərbaycana gətirdi. Düşünürəm ki, cənab Ali Baş Komandan Azərbaycan xalqı və dövlətçiliyinə qarşı xəyanət yolunu tutmuş, erməni təbliğatını açıq-aşkar gənclərimizə aşılamaqla məşğul olan komandanın cəzalandırılması və layiqli cavabını alması üçün son sözünü deyəcək. Düşünürəm ki, SON SÖZ  hələ deyilməyib. Mən də bir təhsil işçisi və bütün Azərbaycan müəllimi kimi son sözü böyük ümidlə gözləyirəm.




Загрузка...
Həmçinin oxuyun:
Təhsil eksperti Mikayıl Cabbarovu istefaya səslədi

Təhsil eksperti Mikayıl Cabbarovu istefaya səslədi

Onu hamı Thomas Crow kimi tanıyır- Əslində isə...

Onu hamı Thomas Crow kimi tanıyır- Əslində isə...

Biz Azərbaycan müəllimi olaraq yolumuz da bəllidir ,məqsədimiz də.. Cənab nazir bəs sizin ?

Biz Azərbaycan müəllimi olaraq yolumuz da bəllidir ,məqsədimiz də.. Cənab nazir bəs sizin ?

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

5 Oktyabr...Müəllim nüfuzu...Thomas...

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Təhsil ümummilli məsələdir. Təhsildə müxalifət olmur.- Təhsil ekspertinin cavabsız SUALLARI

Təhsil ümummilli məsələdir. Təhsildə müxalifət olmur.- Təhsil ekspertinin cavabsız SUALLARI

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

Partiya sədri naziri istefaya çağırdı- Özü-özünü cəzalandırmalıdır

Partiya sədri naziri istefaya çağırdı- Özü-özünü cəzalandırmalıdır

Thomas Crown və Azərbaycan təhsili???...

Thomas Crown və Azərbaycan təhsili???...

Cəlilabadda müəllimlər Prezidentə MÜRACİƏT etdi - "Bizə kömək edin"

Cəlilabadda müəllimlər Prezidentə MÜRACİƏT etdi - "Bizə kömək edin"

Azərbaycan xalqına üzr borcunuz var. İSTEFA verin…

Azərbaycan xalqına üzr borcunuz var. İSTEFA verin…

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

Təhsil naziri Mikayıl Cabbarova müraciət

Təhsil naziri Mikayıl Cabbarova müraciət

Bataqlıqda olan təhsilimiz... Çıxış yolu nədədir ?

Bataqlıqda olan təhsilimiz... Çıxış yolu nədədir ?

Cabbarovun dostlarının və qohumlarının məhv etdiyi Azərbaycan təhsili - XAOS

Cabbarovun dostlarının və qohumlarının məhv etdiyi Azərbaycan təhsili - XAOS

Təhsil nazirliyində “JEK” təfəkkürü- ARAŞDIRMA

Təhsil nazirliyində “JEK” təfəkkürü- ARAŞDIRMA

Nazirlik: Özünə qəsd yolu ilə əlillik dərəcəsi almağa nail olmaq düşüncəsi yanlışdır

Nazirlik: Özünə qəsd yolu ilə əlillik dərəcəsi almağa nail olmaq düşüncəsi yanlışdır

Partiya sədri: “Mikayıl Cabbarov istefaya göndərilməlidir”

Partiya sədri: “Mikayıl Cabbarov istefaya göndərilməlidir”

"Rayonumuzun təhsili qara bazara cevrilib" - Direktor müavinindən prezidentə MÜRACİƏT

"Rayonumuzun təhsili qara bazara cevrilib" - Direktor müavinindən prezidentə MÜRACİƏT

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

Təhsil Nazirliyinin şöbə müdiri:  "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

Təhsil Nazirliyinin şöbə müdiri: "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

Sumqayıtdan bir qrup müəllim prezident İlham Əliyevə müraciət ünvanlayıb

Sumqayıtdan bir qrup müəllim prezident İlham Əliyevə müraciət ünvanlayıb

Tarix müəllimi Cəlilabadda təhsil sahəsində yaşanan özbaşınalıqla bağlı nazirə məktub yazdı - Cəlilabad təhsilində nələr baş verir?

Tarix müəllimi Cəlilabadda təhsil sahəsində yaşanan özbaşınalıqla bağlı nazirə məktub yazdı - Cəlilabad təhsilində nələr baş verir?

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”