Tələbə Gənclər Təşkilatlarının yeni üzvlərinin seçilməsi məqsədi ilə hesabat konfransından
Hər il olduğu kimi, bu il də Şəki şəhər Gənclər və İdman İdarəsi 20 oktyabr 2017 –ci il tarixdə ADPU-nin, 23 oktyabr 2017-ci il tarixdə Şəki Tibb Kollecinin Tələbə Gənclər Təşkilatlarının yeni üzvlərinin seçilməsi məqsədi ilə hesabat-seçki konfransları keçirib.
Hər iki konfransda müddət ərzində TGT-nın gördüyü işlər, həyata keçirdiyi tədbirlər haqqında geniş hesabat məruzələri dinlənib. Məruzə ətrafında çıxışlarda tələbələrin müxtəlif şəhər tədbirlərində, əlamətdar günlərdə, bayramlarda nümunəvi çıxışları ilə yanaşı bəzi nöqsanlar da diqqətə çatdırılıb.
Hər iki konfransda tədris müəssisələrinin rəhbərliyi,Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov çıxış edib. Konfransın sonunda səs vermə yolu ilə TGT-nın yeni üzvləri sədr və müavinləri seçilib.