AzTehsil.com


Xəbərlər
10 fevral 2017
2 485


ADPU-nun TGT-si “Oxusunlar ki, gələcəyimiz olsunlar!” adlı layihəni icra etməyə başlayıb



ADPU-nun TGT-si “Oxusunlar ki, gələcəyimiz olsunlar!” adlı layihəni icra etməyə başlayıb

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatı (TGT) cəbhəyanı və dağlıq bölgələrimizdə yaşayan və əsasən 8, 9,10,11-ci sinif şagirdləri olmaqla orta məktəb şagirdlərini abituriyent vəsaitləri ilə təmin etmək məqsədilə "Oxusunlar ki, gələcəyimiz olsunlar!” adlı layihəni icra etməyə başlayıb. Qeyd edək ki, layihə çərçivəsində tələbə-gənclərimizin istifadə etmədikləri vəsaitlər-test bankları, sual kitabçaları, məlumat kitabları, əlavə vəsaitlər, geyimlər və könüllü şəkildə verdikləri maliyyə vəsaiti toplanaraq ucqar rayonlarda yaşayan abituriyentlərimizə çatdırılacaqdır. Məlumat üçün bildirək ki, layihə çərçivəsində TGT-nin sədri Cavid Hüseynovun başçılıq etdiyi təşkilatın fəal üzvləri artıq Ağcabədi, Ağdam, Tərtər, Bərdə və Beyləqan rayonları ilə danışıqlar aparıb və tərəfdaş rayonlar olaraq seçiliblər. TGT-nin bu günlərdə Şəki, Balakən, Zaqatala, Qax, Qəbələ, Quba, Qusar və digər rayonlarla da danışıqlar aparması nəzərdə tutulur.




Загрузка...