“Uşaqlar gələcəyimizin sığortasıdır” layihəsi başa çatıb
Təhsil Nazirliyinin və "Community.az”ın dəstəyi, AXA MBASK sığorta şirkətinin təşəbbüsü ilə "Məktəb icmaları” layihəsi çərçivəsində keçirilən "Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə yekun vurulub.
Aprel ayından etibarən başlanmış layihə üçün "Məktəb icmaları”nın rəsmi saytında (www.community.az) müxtəlif mövzular üzrə təlimlər çərçivəsində müəllim, valideyn və şagirdlər arasında sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən, "Atam, anam və mən: bir-birimizi necə başa düşə bilərik?” və "Uşaqlarda davranış problemləri” adlı aktual mövzular seçilib. Həmin mövzulara uyğun olaraq, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində təlimlər keçirilib.
Təlimlərdə 2000-dən çox valideyn, şagird və müəllim iştirak edib.
Layihənin və təlimlərin əsas məqsədi valideynlərlə uşaqlar arasında effektiv ünsiyyət bacarıqlarının artırılması, aqressivlik, həyəcanlılıq, yalan danışma və digər davranış problemlərinin aradan qaldırılması, uşaqların fərdi xüsusiyyətlərindən asılı olaraq düzgün tərbiyə üsullarının və konstruktiv qarşılıqlı təsiretmə yollarının açıqlanmasıdır.
Təlimlər "Community.az” məktəb icma layihəsinin təşviq təşkilatının peşəkar psixoloqları tərəfindən keçirilib.
Qeyd edək ki, "Məktəb icmaları”nın əsas məqsədi şagirdlər, valideynlər və müəllimlər arasında ünsiyyət mühitini təmin etməklə, hər bir uşağın hərtərəfli inkişafı üçün şərait yaratmaq, tədrisin səmərəliyini artırmaqdan ibarətdir.
Sığorta üzrə dünya lideri AXA Qrupunun bir hissəsi olan AXA MBASK belə layihələrin uşaq və gənclərin hərtərəfli dünyagörüşə malik vətəndaş kimi yetişdirilməsinə xidmət edəcəyinə ümid bəsləyir.
Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib
29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib
“Yaz həyəti” layihəsinə yekun vuruldu
Məktəblilər üçün yeni dərs vəsaiti - " Yaşıl paket"in təqdimatı keçirilib
230 № -li tam orta məktəbdə "Biz ordumuzla fəxr edirik " adlı tədbir keçirilib -VİDEO
Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə
"Məktəb xəstəlikləri" 50-80% artıb.....
Uşaqlarda davranış pozuntuları... PROBLEM
Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik
Məktəb Psixoloqunun əmək funksiyası
Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...
Riyaziyyat həvəskarları üçün “Natural və tam ədədlər” adlı kitab çap olundu
Məktəb direktoru namizədlərinə sertifikatlar təqdim olundu
Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.
SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu
1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar
Valideyn komitəsinin hüquqları və vəzifələri
Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili
Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları
Məktəb direktoru və sinif rəhbəri
Uşaq huquqları və vəzifələri
Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi