19 yaşlı milyonçu gənc- Çətindir, amma zövq alıram
19 yaşlı Akşay Rupareliya tələbədir. Buna rəğmən o, artıq milyonçudur.
Aztəhsil.com xarici mətbuata istinadən bildirir ki, Oksford Universitetində oxuyan Akşay "Doorsteps" adlı rielter agentiliyinin banisi və sahibidir.
Agentliyin dəyəri hazırda 12 milyo funt-sterlinqi keçib.
Akşay Rupareliyanın dediyinə görə, uğurunun sirri bəsitdir.
"Rielterlər adətən alqı-satqı prosesində böyük faiz tələb edirlər. Bizdə isə komissiya faizi bəzən cəmi 99 funt olur. Ona görə də müştərilərimizin sayı artır. Üstəlik, saxtakarlıq və tamahkarlıq etmirik, operativ işləyirik", - A.Rupareliya deyib.
Onun sözlərinə görə, təhsillə biznesi uyğunlaşdırmaq asan deyil. Müştərilərin bəzilərinə tənəffüsdə, bəzilərinə isə dərsdən sonra zəng vurur.
Hazırda o, Britaniyanın ən popular daşınmaz əmlak agentləri arasında 18-ci yerdədir.
Xatırladaq ki, agentliyin yaranmasından sadəcə 16 ay keçib.