AzTehsil.com


Xəbərlər
26 may 2016
14 541


Qadın hicablı ola ya olmaya gərək bunlara diqqət edə...........



Qadın hicablı ola ya olmaya gərək bunlara diqqət edə...........Nədir hicab? – Sadəcə qadın bədəninin müəyyən olunmuş hissələrini örtən bir örtükmü? Hicaba bu baxışla yanaşanlardır ki, Allahın ayəsi və qadına ən gözəl hədiyyəsi olan hicabı bir parça halına gətirib çıxarırlar. Hicablı olduqları halda bir çox hallara diqqət edilmir. Nümunə üçün qeyd edək;
1. Bəzi, hicablı xanımların naməhrəm məsələlərinə diqqət etməmələri. Naməhrəmə əl uzadıb görüşmək sanki adi hal imiş kimi cəmiyyətimizdə fəsad halına çevrilib. İstər bu naməhrəm qohum ola ya qeyri qohum fərq etməz.
2. Bəzən şahidi oluruq ki, bəzi hicablı xanımlar toylarda rəqs edir, oynayır. Halbuki o məclisdə onu görən naməhrəmlər mövcuddur. Fərq etmir bu naməhrəm onun qohumu ola ya olmaya. Hətta bir damın altında yaşayan biri də ola bilər. Əlbəttə ancaq qadınlara xas olan bir məclis olarsa məsələ dəyişər. Hələ o toylardakı musiqinin haram musiqi olması da məsələnin başqa bir yönüdür.
Qadın hicablı ola ya olmaya gərək bunlara diqqət edə...........
3. Bəzəkli hicablar – Hicabın mahiyyət və fəlsəfəsini unudanlar bəzən elə bər-bəzəkli hicablar geyinirlər ki, heç hicabı olmayanlar diqqəti o qədər cəlb etmir. Müxtəlif rəngli hicablar, xüsusi suvinerlərlə bəzədilmiş hicab, bədənin cizgilərini aşikar edən hicab və s İslamla əlaqəsi olmayan şeytan tələləri olan hicab növləri. Ən yaxşı hicab, rəngi qara olandır. Çünki rənglərin içərisində diqqəti cəlb etməyən, və bədənin görünməsinin qarşısını alan ən ideal rəngdir.
Qadın hicablı ola ya olmaya gərək bunlara diqqət edə...........
4. Hicab və makyaj üz və dodaq boyalarından istifadə etmək – Hicablı xanım gərək bunu anlaya və başa düşə ki, naməhrəmin diqqətini cəlb edən hər bir şeyi istifadə edib ictimai yerlərə insan arasına çıxması haramdır. Qadın yalnız ərinə məxsusdur. Yəni yalnız onun üçün bəzənməli, onun üçün makyaj etməli bir sözlə bütünlükə ona məxsus olmalıdır ki, bu Quran və hədislərdən ələ gələn hökmlərdir ki bütün fiqh kitablarında əksini tapıb. Tapmırsa da gərək tapa. Gərək ruhani və mübəlliğlər də bu sahədə təsirli və effektiv yollardan istifadə edib bu fəsadın qarşısını almaya çalışalar.
5. Hicab və ətirlənmək – Gərək istifadə olunan ətir və qoxular naməhrəmi özünə cəlb edən dərəcədə olmaya.
6. Hicab və həddən artıq qaşı almaq – Əgər qadın bu işi görməklə də harama düşmək qorxusun olduğunu bilsə və bu iş zinət hesab olunarsa və beləliklə naməhrəmin diqqətini cəlb edərsə bu işlərdən də çəkinməlidir.
Bu sadəcə bir neçə nümunədir ki, qeyd etdik. Qadın hicablı ola ya olmaya gərək bunlara diqqət edə, qarşı tərəfin nəzər və diqqətini özünə cəlb etməyə. Amma hicablı xanımlar daha da diqqətli olmalı və məsuliyyətlərini dərk etməlidirlər. Allahın bəyəndiyi şəkildə örtünüb yuxarıda qeyd olunan məsələlərə diqqət etməlidirlər ki hicab həqiqətən də hicab olsun. Əks təqdirdə zahiri örtülü amma Allah qatında çılpaq olanlardan olar Allah qorusun.
Mahir Şəkərov
İlahiyyatçı yaza



Загрузка...
Həmçinin oxuyun:
Müəllimlər oxuyun !!! Qadın müəllimlərin iş vaxtı  geyimləri necə  olmalıdır ?

Müəllimlər oxuyun !!! Qadın müəllimlərin iş vaxtı geyimləri necə olmalıdır ?

İslama görə -  Müəllimlər zalım və sitəmkarlara tədris etməkdən çəkinməli və buna qətiyyən yol verməməlidirlər

İslama görə - Müəllimlər zalım və sitəmkarlara tədris etməkdən çəkinməli və buna qətiyyən yol verməməlidirlər

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

İslamda  Müəllimin  sinifdə  üzərinə  düşən  vəzifələr....

İslamda Müəllimin sinifdə üzərinə düşən vəzifələr....

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Müsəlmanların unutduğu qadın  - Şəcər əd-Dürri (Mirvari ağacı) adlı Sultan (1249-1250).

Müsəlmanların unutduğu qadın - Şəcər əd-Dürri (Mirvari ağacı) adlı Sultan (1249-1250).

Tarixdə ilk müsəlman qadın hökmdar kimdir? -  Dehli sultanı Şəmsəddin Eltutmuş (1211-1236) xanın qızı Raziyyə sultan

Tarixdə ilk müsəlman qadın hökmdar kimdir? - Dehli sultanı Şəmsəddin Eltutmuş (1211-1236) xanın qızı Raziyyə sultan

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi

Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi

Valideyn-övlad münasibətlərinin  pedaqoji əsasları - Piralı Əliyev

Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları - Piralı Əliyev

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir?    Daşqın Həmidzadə

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir? Daşqın Həmidzadə

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

MÜDİRLƏ LİDER ARASINDA 10 FƏRQ--DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN

MÜDİRLƏ LİDER ARASINDA 10 FƏRQ--DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Oxuyun - 14 yaşlı məktəblinin hekayəsi hamını kövrəltdi..

Oxuyun - 14 yaşlı məktəblinin hekayəsi hamını kövrəltdi..