Doqquz vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
Lənkəran-Astara Regional Təhsil İdarəsinin fəaliyyət planına və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "Monitorinqlərin keçirilməsi barədə" 29 aprel 2024-cü il tarixli elektron məktubunun icrasına uyğun olaraq məktəbəqədər və ümumi təhsil müəssisələrində monitorinqlər həyata keçirilir.
Bu barədə İdarə məlumat yayıb.
Bildirilib ki, monitorinqlər nəticəsində təhsil müəssisələrinin rəhbərlərindən 9-u işdən azad olunub, 3-nə şiddətli töhmət, 6-na töhmət verilib, 3-nə isə yazılı xəbərdarlıq edilib.
İşdən azad olunub:
- Astara şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
- Astara şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
- Cəlilabad rayon Boyxanlı kənd tam orta məktəbinin direktoru
- Lənkəran rayon Osakücə kənd körpələr evi-uşaq bağçasının müdiri
- Masallı rayon Şərəfə kənd uşaq bağçasının müdiri
- Masallı rayon Türkoba kənd tam orta məktəbinin direktoru
- Masallı rayon Sirəbil kənd ümumi orta məktəbinin direktoru
- Masallı rayon Köhnə Alvadı kənd tam orta məktəbinin direktoru
- Masallı şəhər 3 nömrəli tam orta məktəbinin direktoru
Şiddətli töhmət verilib:
- Cəlilabad rayon Privolnoye kənd körpələr evi-uşaq bağçasının müdiri
- Yardımlı rayon Qabaqdibi kənd tam orta məktəbinin direktoru
- Lənkəran rayon Velədi kənd körpələr evi-uşaq bağçasının müdiri
Töhmət verilib:
- Astara rayon Burzubənd kənd tam orta məktəbinin direktoru
- Lənkəran rayon Xolmili kənd körpələr evi-uşaq bağçasının müdiri
- Lənkəran rayon Liman şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
- Lənkəran rayon Alazəpin kənd ümumi orta məktəbinin direktoru
- Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün
xüsusi internat məktəbinin direktoru
- Lənkəran rayon Kənarmeşə kənd tam orta məktəbinin direktoru
Yazılı xəbərdarlıq edilib:
- Lənkəran rayon Liman şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
- Lənkəran rayon Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin direktoru
- Masallı rayon Qəriblər kənd tam orta məktəbinin direktoru
Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 14 məktəbəqədər və 18 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb və davam etdirilir.