Cəsarət Valehov vəzifəsindən azad edildi
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov vəzifəsindən azad olunub.
Aztehsil.com-un məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, C.Valehov vəzifəsindən ayrılıb.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyində yeni struktur dəyişikliyi olub.
Dəyişikliyə əsasən, nazirliyin İctimaiyyətlə əlaqələr sektoru ləğv olunub. Nəticədə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsi yaradılıb və oraya Səbuhi Rzayev müdir təyin olunub.
O, bundan əvvəl nazirliyin İnformasiya və Vətəndaşlara Xidmət Şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Yeni struktur siyahısında təyin olunan şəxslərin adları arasında C.Valehov yer almayıb.
C.Valehov da sosial şəbəkə hesabında yaxın günlərdə yeni iş fəaliyyəti ilə bağlı məlumat verəcəyi barədə paylaşım edib.