13 yaşlı məktəbli 1 həftə sonra tapıldı
Oktyabrın 28-də Qazax rayonunda itkin düşən məktəbli qız tapılıb.
Aztehsil.com xəbər verir ki, Qazax RPŞ-nin həyata keçirdiyi tədbirlərlə 2010-cu il təvəllüdlü Ləmanın (şərti) yeri müəyyən edilib. O, noyabrın 4-də tapılaraq ailəsinə təhvil verilib.
Bildirilir ki, Qazax şəhərindəki məktəblərdən birində təhsil alan 13 yaşlı qız oktyabrın 28-də günorta saatlarında başının ağrıdığını deyərək sinif rəhbərindən icazə alıb. O, müəllimə evə gedəcəyini desə də, məktəbdən çıxaraq naməlum istiqamətə gedib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*03.11.2023
Aztehsil.com xəbər verir ki, Gəncə şəhər sakini S.Eyyubova polisə müraciət edərək qızı 2007-ci il təvəllüdlü N.Əhmədovanın (soyadlar şərtidir) noyabrın 1-də yaşadığı evdən çıxıb naməlum istiqamətdə gedərək itkin düşdüyünü bildirib.
Bundan başqa, 2010-cu il təvəllüdlü, Qazax şəhərində yerləşən məktəblərdən birinin yeddinci sinif şagirdi olan qız noyabrın 2-də oxuduğu məktəbdə sinif rəhbərindən baş ağrısının olması səbəbindən yaşadığı evə getmək adı ilə icazə alıb. Lakin o, dərsdən çıxıb gedərək evə qayıtmayıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Qafqazinfo//