Xəbərlər
25 fevral 2019
759

İtkin düşən tələbəni Qubaya aparan səbəb: “Ailəsinə də demədən...”

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

İtkin düşən tələbəni Qubaya aparan səbəb: “Ailəsinə də demədən...”

 

Son günlər Bakı Dövlət Universitetinin I kurs tələbəsi Mais Qurbanovun itkin düşməsi ilə bağlı məlumatlar media və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, tələbə dünən səhər saatlarında Quba RPŞ-nin əməkdaşları tərəfindən Qubada tapılaraq, ailəsinə təhvil verilib.

AzEdu.az tələbənin itkin düşmə səbəbini daha dəqiq öyrənmək üçün onun yaxını ilə əlaqə saxlayıb.

İtkin düşən tələbənin yaxını Cahid Abbasovun sözlərinə görə, Mayis Qurbanov Qubaya dostunun doğum gününü qeyd etmək üçün gedib və ailəsi ondan xəbər ala bilməyib:

"Universitetdə dərslərin  başlanması səbəbindən bu gün onsuz da Bakıya gələcəkmiş. Bir neçə gün öncə isə  ailəsinə xəbər vermədən, dostunun doğum günün qeyd etmək üçün Qubaya gedib. Telefonununenerjisi bitdiyinə görə, ailəsi ilə sonradan əlaqə saxlaya bilməyib. Artıq tələbə ailəsinin yanındadır. Sabahdan dərslərinə başlayacaq”.

Qeyd edək ki, Goranboyun Qaraçinar kəndində yaşayan Mais Qurbanov fevralın 17-də paytaxta qayıtmaq adı ilə evdən çıxıb. Gənc atasına əvvəlcə Gəncəyə, sonra Bakıya gedəcəyini bildirib. Lakin yaxınları günorta saatlarında Maisin mobil telefonuna zəng vursalar da, onun telefonuna zəng çatmayıb.

DİQQƏT! Direktor.az saytı məktəb rəhbərləri üçün metodik saytdır !




DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...