Xəbərlər
29 dekabr 2018
1 874


Bakıda məktəbli qız itkin düşdü

 

 
Bakıda azyaşlı qız itkin düşüb. 

Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsi, ev 22 j ünvanında yaşayan, 2004-cü il təvəllüdlü Camallı Xədicə Ramiz qızı dekabrın 27-də səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Məlumata görə, X.Camallı səhər saat 08:00 radələrində məktəbə getmək adı ilə evdən çıxıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

(Trend.az)
Məqalə Göndər








Загрузка...