Kütləvi yayılan virusdan uşaqları necə qoruyaq? - VİDEO
Azərbaycanda bir müddətdir ki, insanlar arasında qrip virusu yayılıb. Həm böyük, həm də uşaqlarda təsadüf olunan virus sürətlə yayılır və həftələrlə davam edir.
Virusa yoluxanları əsasən burun axması, baş, qulaq, boğaz, əzələ, sümük ağrıları və öskürək narahat edir.
Xüsusilə qulaqlarda uğultu, tutulma, baş ağrılarından əziyyət çəkən insanlar bir neçə gün sonra xəstəlik yüngülləşsə də yenidən hərarətin qalxdığını bildirirlər.
Bəs bu virusdan qorunmaq üçün nə etmək lazımdır?
Pediatr Günay Rəsulova İTV-yə bildirib ki, uşaqlar məktəbə səhər yeməyi yeyilmədən göndərilməməlidirlər:
“Çünki bu, uşaqların immunitetinin aşağı düşməsi və xəstələnməyə meyilli olması ilə nəticələnir. Bundan başqa uşaqda burun tıxanıqlığının olması, qrip və öskürək əlamətlərinə diqqət yetirmək lazımdır. Burun tıxanması olarkən ön tədbirlər görülməli və uşaqların burunları tez-tez dəniz su damlaları və digər məhlullarla yuyulmalıdır”.