Xəbərlər / Müəllim
08 noyabr 2022
738


Bəzi uşaqlar niyə məktəbə getmək istəmirlər?


Məktəb qorxusu olaraq da adlandırılan məktəb fobiyası uşağın müxtəlif səbəblərdən məktəbə getməməsi və məktəbə getməməyə müqavimət göstərməsi olaraq təyin edilə bilər.


Məktəb fobiyası diaqnozu qoyulan uşaqlarda görülən ən çox məktəb vaxtı səhər saatlarında müşahidə edilən və tətil günlərində yoxa çıxan ağrılar, baş ağrıları, mədə ağrıları, ürək bulanması, bəzən qusmaya çevrilə bilən mədə spazmları, ağlama, tərləmə, titrəmə və s. kimi ümumi xüsusiyyətlərdir. Məktəb günlərində hər səhər baş ağrısı, ürəkbulanma, tərləmə kimi şikayətlərlə oyanan uşağın ailəsi çaşqınlıq içində qalır. Bəzi ailələr övladlarına inanır, şikayətlərinə ciddi yanaşır, müalicə üçün məktəbə göndərmirlər. Bəzi ailələr isə uşağın şikayətlərinə əhəmiyyət vermir və uşaq israrla məktəbə göndərilir.


Məktəbə bir müddət göndərilməyən uşaqlar evdə qalmaqdan, qısa müddətdən sonra şikayətlərindən qurtulmaqdan, sağlamlıqlarına qovuşmaqdan, növbəti dərs gününə qədər evdə rahat oturmaqdan xoşbəxt olurlar. Evdə qalmasına icazə verilməyən və davamlı olaraq məktəbə göndərilən uşaqların bəzilərində şikayətlər məktəbə çatmamış aradan qalxır. Uşaq evinin qapısından uzaqlaşıb anasını görməzdən gələndən az sonra şənlənir, gülür, rahatlıq tapır. 

Zorla məktəbə göndərilən uşaqların bəzilərində bu acınacaqlı hal yol boyu davam etsə də, uşaq məktəbə daxil olub sinif otağına yerləşdikdən sonra rahatlaşır. Məktəbə ağlaya-ağlaya gələn uşaq sinifə çatanda şikayətlərini unudur, məktəbdə gününü yaxşı keçirir, günün sonunda evə gülümsəyərək qayıdır, sanki səhər evdən ağlaya-ağlaya çıxan uşaq bu deyilmiş. Ancaq uşağın bu şən əhval-ruhiyyəsi yatana kimi davam edir. Axşam yatmazdan əvvəl “sabah dərsə getməyəcəyəm” deyərək yuxuya gedir, səhəri gün dərsə getmək istəmədiyini deyərək oyanır. Bəzi hallarda bu vəziyyətin bir neçə gün davam etdiyi və ailənin məsələyə müsbət yanaşması və qətiyyətli münasibəti sayəsində aradan qalxdığı müşahidə edilir.


Bəzi hallarda isə məktəb fobiyası günlərlə, hətta aylarla davam edə bilər. Bu uşaqlar məktəbə göndəriləcəklərini hiss edən kimi özünü döyür, yerə atır və ya harasa təpik, yumruq vururlar. Bu şiddətli reaksiyalardan qorxan valideynlər uşağın ertəsi gün məktəbə gedəcəyini deyirlər. Məktəbəqədər dövrdə həftənin yarısını evdə, yarısını isə məktəbdə keçirərək dərs ilini başa vuran bağça uşaqlarının da sayı az deyil.

 Uşağın məktəbə getmək istəməməsinin bir çox səbəbi var. Məsələn, sinif otağı çox tünlük ola bilər və uşaq müəllimdən gözlədiyi diqqəti görməyə bilər. Uşağın sinif rəhbəri çox lider tipli ola bilər və uşaq buna uyğunlaşa bilməz və ya müəllimin sərt nizam-intizamına əməl edə bilməməkdən qorxa bilər. Sinifdəki fəaliyyətlər uşaq üçün çətin ola bilər və ya müəyyən fəaliyyətə (rəsm, musiqi, xarici dil kimi) nail ola bilməmək narahatlığı onu məktəbdən uzaqlaşdıra bilər. 


Uşaq sinifinə və ya məktəb yoldaşlarına uyğunlaşmaqda çətinlik çəkə bilər. Sınaq, bəyənilməmək, yoldaşsızlıq və təklikdən narahat olmaq onda məktəb fobiyası yarada bilər. Bəzən uyğunlaşa bilən və hətta məktəbdə çox müvəffəqiyyətli olan uşaqlarda da anidən məktəb fobiyası ortaya çıxa bilər. Burada məktəb fobiyasının mənbəyi müəllim və ya məktəb mühiti olmaya bilər. Belə olan halda problemin səbəbini evdə, ailədə axtarmaq lazımdır. Məktəb fobiyası olan azyaşlı uşaqların demək olar ki, hamısı anasından və ya evindən ayrılmaqda çətinlik çəkirlər. Bu uşaqların anasından ayrılması, evi tərk etməsi dramatik bir hadisədir. Uşağın evdən çıxmaq istəməməsinin bir çox səbəbi var və ən mühüm səbəblərdən biri də, ananı buraxıb getmək qorxusudur. 


Uşaq məktəbə getmək üçün evdən çıxanda anasının evi tərk edəcəyini düşünür və dərsdən qayıdanda evdə anasını tapmayacağını düşünərək məktəbə getmək istəmir. Əgər uşaq məktəbə getməmişdən bir müddət əvvəl anasının “sözümə baxmasan, səni buraxıb gedəcəm” hədəsi ilə üzləşirsə, bu təhlükə uşaq tərəfindən unudulmur və uşaq məktəbə getməmək üçün müqavimət göstərir.


Sosioloq Lalə Mehralı: “Səbəb bir neçə cür ola bilər. Ümumilikdə uşaqların səhər oyanma prosesi ağır olur. Bu, uşaqların düzgün yuxu sisteminin qururlmamasından irəli gəlir və indi əksər uşaqlar gec yatırlar. Axşam saat 21:00 uşaq yuxusu üçün normal vaxtdırsa, uşaqların əksəriyyəti saat 00:00-01:00 civarında yatırlar. Nəticədə valideynlər uşağın yuxu sistemini düzəltməkdə xeyli çətinlik çəkirlər. Çünki, günün çox hissəsini telefon, televizor, kompyuter arxasında keçirən uşaqların yuxu sistemində bir sıra problemlər olur.


 Buna müdaxilə etmək bəzən çətin olur, lakin, bu mümkündür ki, yuxu sistemini rejimə salsınlar. Bəzən uşaqlar məktəbdə müəllimlərindən razı olmurlar və buna görə də məktəbə getmək istəmirlər. Biz hamımız yaxşı bilirik ki, məktəbdə qışqıran, uşaqları təhqir edən, hətta bəzi hallarda əl qaldıran müəllimlərin sayı az deyil. Buna görə uşaqlar üçün məktəbə getməkdə nisbətən istəksiz olurlar. Çünki, onlarla aqressiv davranan müəllimlə ünsiyyətdə olmaq istəmirlər. Uşaqlar məktəbə sevərək getməlidirlər. Onları məktəbə bağlayan isə müəllim olur. Müəllim uşaqlarla o qədər mülayim, yaxşı davranmalıdır ki, uşaqlar məktəbə getməyə könüllü olsunlar. Səbəblərdən biri də uşaqların uzun müddət evdə qalmasıdır, onların rahat yatağa, səhərin şirin yuxusuna öyrəşmiş olmalarıdır. Pandemiya uşaqları bu baxımdan bir növ tənbəlliyə öyrətdi. Uşaqlar səhər yuxusundan ayılmaq istəmirlər”.


Psixoloq Fərqanə Mehmanqızı: “Adətən azyaşlılar məktəbdə nizam-intizama öyrəşməkdə çətinlik çəkirlər və bu uşağın xoşuna gəlmir. Çünki, nizam-intizam, tənbəlliyə son deməkdir. Beləliklə, yeni qanunlar, dərslər uşaqların xoşuna gəlmir və buna görə də onlar məktəbə getmək istəmirlər. Məktəbə gedib hər hansı bir dərsi öyrənmək onlara əziyyət sayılır. Uşaqlar evdə rahat şəraitdə olurlar, nə istəyirlər onu edirlər. Bu şəraitdən çıxıb nizam-intizama uyğunlaşmaq uşaqlara çətindir. Hər bir uşağın özünün xarakteristikası olur, buna uyğun olaraq onların adaptasiya prosesi var. Hər uşaq fərqli tərzdə adaptasiya olunur. Bu hallar təkcə azyaşlılarda deyil, yuxarı siniflərdə və hətta yetkin insanlarda da müşahidə olunur ki, bəzən onlar da işə getmək istəmirlər. Bu da insanlıq halıdır”.


Psioxoq Vüsalə Əmiraslanova: “Çox vaxt bu bağçaya və yaxud da məktəbə qədər hazırlıq qruplarına getməyən uşaqlara şamil olunur. Onlar çox vaxt dissiplini bilmirlər və onlar üçün məktəb biraz dəhşətli vəziyyətə gəlir. Onlar düşünürlər ki, oyuncaqlardan, hərşeydən ayrılıb oxumağa gedəcəklər və artıq oyunlar oynaya bilməyəcəklər. Bəzən uşaqlar ailədə ərköyün böyüdülür ki, onlar da məktəbdən imtina edirlər. Ərköyün uşaqlar isə qayda-qanunu, nizam-intizamı sevəyən, məktəbdə qalmaq istəməyən uşaqlardır. Onlar çalışırlar ki, hər şey onların istədikləri şəkildə olsun, onlar nə istəyirlərsə valideynləri edirlər. Müəllimələr isə uşaqların bu cür istəklərini yerinə yetirmirlər.


 Buna görə də uşaqlar məktəbə getmək istəmirlər. Bəzi uşaqlar isə yaşları az olduğuna görə tez yorulurlar və dərsə getmək istəmirlər. Məktəbə zamanında gedən uşaq heç vaxt dərsə getməkdən imtina etmir. Səbəblərdən biri də müəllimlər ola bilər. Uşaqlar müəllimlərlə yola gedə bilmirlər, düşünürlər ki, müəllimlər onları tam olaraq anlamırlar. Bu kimi hallar da uşaqları məktəbdən yayındıra bilər”.


Təhsil eksperti İlqar Orucov: “Uşaqların məktəbə getməməsi bir neçə səbəblə izah oluna bilər. Xüsusən də uşaqların məktəbə həvəssiz getməsi və yaxud da getmək istəməməsi daha çox aşağı siniflərdə müşayiət olunur. Bu daha çox onunla bağlıdır ki, uşaqlar birinci sinifə gedənə qədər əslində onlar bağça təhsili görməlidirlər və bağçaya gedən uşaq məktəbə də həvəslə gedirlət. Digər tərəfdən bu bir növ psixoloji məsələdir. Daha çox evdə olan uşaqlar insanlarla az ünsiyyətdə olmuş olurlar, sosiallaşmadan uzaq olurlar və beləliklə onlara ailələrindən ayrılmaq barədə düşünmək belə çox ağır gəlir. Hesab edirəm ki, burada ailələr də mütləq şəkildə ciddi düşünməlidirlər. 


Uşaqların məktəbəqədər hazırlığını təmin etmək üçün ailədə ciddi psixoloji iş aparılmalıdır. Bu baxımdan düşünürəm ki, valideynlər ümumiyyətlə, hər yaş qrupuna aid olan psixoloji ədəbiyyatları mütləq şəkildə oxumalıdırlar. Hər yaş qrupunda uşaqla necə rəftar etmək lazımdı, onu hansı psixoloji proseslərə hazırlamaq barəsində düşünməlidirlər. Təəssüflər olsun ki, müstəqillik illərində Azərbaycanda bağçalar dağıdıldı və həmin ərazilər iş adamlarına satıldı. Bu da bağçaların kifayət qədər sıradan çıxması ilə nəticələndi və beləliklə uşaqlar daha çox ailəyə bağlı olmağa başladılar. Ailəyə bağlı olan uşaq əlbəttə ki, fərqli bir mühitə düşəndə daha çox çətinlik çəkir. Bu uşaqlar adaptasiya prosesini çox çətin keçirlər.


 Son illərdə Təhsil Nazirliyi bu istiqamətdə ciddi layihə olaraq icmaa əsaslı siniflər təşkil olunması ilə bağlı işlərə başlayıbdır və say etibarı ilə kifayət qədər əhatəli olmasa da bu istiqamətdə şagirdlərin məktəbə hazırlıq prosesini gücləndirəcək. Ümumilikdə yuxarı siniflərdə də bəzən bu hallar müşahidə olunur. Məktəbdə bəzi uşaqlar var ki, onlar oxumağa maraqlı deyillər və bunun da müəyyən səbəbləri var. Öz həmyaşıdlarından utanmaq, müəllim tərəfindən danlanmaq kimi məsələlər burada özünü göstərir. Əlbəttə ki, son illərdə müəllimlərin şagirdləri danlamaq, tənbeh etmək və cəzalandırmaq istiqamətində bütün prosesləraradan qaldırılıb. Ancaq, bütövlükdə şagird düşünür ki, o yaxşı oxumasa, danlana bilər, tənbeh oluna bilər, utana bilər. Məhz bu baxımdan onlar dərs oxumağa maraqlı olmurlar. Lakin, bu istiqamətdə məktəb psixoloqları ciddi işləməlidirlər. Bilirsiz ki, məktəbdəki psixoloqlarla bağlı ciddi problemlər var. 

Düşünürəm ki, bəzi məktəblərdə psixoloqlar formal vəziyyət daşıyıcılarıdırlar və bu istiqamətdə müəyyən işlər görülməlidir. Bütövlükdə psixoloqların hazırlığı, onların ixtisas artırılması, onların peşəkar səriştələrinin gücləndirilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilməlidir. Bəzən görürük ki, məktəbdə psixoloq sayı şagird sayına görə nisbətən azdır və nəticədə psixoloq vaxt ayırıb şagirdlərlə işləmək imkanı tapmır. Psixoloqlar məktəbin çox vacib şəxslərindən biridir amma görək hər şagirdə neçə psixoloq düşür. Bu da düşündürücü bir məsələdir”.

 sia.az 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
KİÇİK YAŞLI MƏKTƏBLİLƏRİN EMOSİONAL İNKİŞAFI - BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR

KİÇİK YAŞLI MƏKTƏBLİLƏRİN EMOSİONAL İNKİŞAFI - BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR

BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR.

BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR.

Məktəb qorxusu nədir?

Məktəb qorxusu nədir?

Boyun ağrıları. Boynumuz niyə xırçıldayır və ağrıyır

Boyun ağrıları. Boynumuz niyə xırçıldayır və ağrıyır

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Qızlar yüksək nəticələr toplasa da, valideynlər onları böyük şəhərlərə göndərmirlər

Qızlar yüksək nəticələr toplasa da, valideynlər onları böyük şəhərlərə göndərmirlər

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Uşaqlar valideynlərini necə idarə edir?

Uşaqlar valideynlərini necə idarə edir?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Həkimdən evdə müalicə alan koronavirus xəstələrinə XƏBƏRDARLIQ

Həkimdən evdə müalicə alan koronavirus xəstələrinə XƏBƏRDARLIQ

Abituriyentlərin Nəzərinə-yalnız təhsili deyil, psixologiyanızı da düşünün...

Abituriyentlərin Nəzərinə-yalnız təhsili deyil, psixologiyanızı da düşünün...

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

TARİXİN SİRLƏRİ ! Atatürkün sirli ölümü və gizlədilən vəsiyyəti

TARİXİN SİRLƏRİ ! Atatürkün sirli ölümü və gizlədilən vəsiyyəti

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Boynumuz niyə xırçıldayır və ağrıyır?

Boynumuz niyə xırçıldayır və ağrıyır?

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları