AzTehsil.com


Xəbərlər
24 iyun 2017
2 995


Abituriyentlərin Nəzərinə-yalnız təhsili deyil, psixologiyanızı da düşünün...



 

Aztehsil.com Ailem.az-a istinadən uzman psixiatr Azər Bağırovun "imtahan həyəcanı, simptomları və müalicə yolları haqda" məqaləsini təqdim edir:
 
QAYĞI – insanın, onu xəbərdar edən vəziyyətlə qarşı qarşıya qaldığında yaşadığı fiziki, duyğusal və zehni dəyişikliklərlə özünü büruzə verən xəbərdarlıq vəziyyətidir. İmtahan qayğısı isə mənimsənilən biliyin imtahan zamanı istifadə edilməsinə əngəl olan və müvəffəqiyyətin azalmasına səbəb, sıx müşahidə edilən bir durumdur. Sıx müşahidə edilən imtahan qayğısı imtahan nəticəsi barəsində yaranan mənfi düşüncələr, tələbənin inanc və gözləntilərindən meydana gələ bilər.

İmtahan qayğısı yaş qrupundan asılı olmayaraq tələbənin yaşadığı önəmli bir problemdir. Bəs imtahan qayğısının fizioloji və duyğusal simptomları nələrdir?
 
FİZİOLOJİ SİMPTOMLAR
 
• Qarın ağrısı, bağırsaq hərəkətlərində dəyişmə (ishal-qəbizlik), mədə şikayətləri

• Ürək çırpıntısı, nəfəs darlığı, sürətli nəfəs alıb-vermə

• Tərləmə, titrəmə

• Baş ağrısı, baş gicəllənməsi

• Narahat yuxu, kabus görmə, aşırı yuxu və ya yuxusuzluq

• Yorğunluq halları 

• Qidalanma vərdişləri ilə bağlı dəyişiklik (iştahsızlıq və ya normadan artıq yemək)

• Diqqəti toplaya bilməmə və imtahan zamanı aşırı həyəcanlı olmaq.
 
DUYĞUSAL GÖSTƏRİCİLƏR
 
• Sinirlilik, pessimizm 

• Xəyal qırıqlığı, qorxu, yetərsizlik hissi

• Üzüntü 

• Narahatlıq, sıxıntı

• Gözləntilərə cavab verə bilməmə səbəbindən yaranan narahatlıq.
 
Tələbənin imtahan qayğısı yaşamasının SƏBƏBLƏRİ nələrdir?
 
• Ailə və çevrənin yüksək nəticə gözləntisi 

• Hədəfi gözündə böyütmə

• Müvəffəqiyyətsizlik və imtahan nəticələri barəsində qarışıq düşüncələr

• Çalışma müddətinin dağınıq və plansız istifadəsi, səmərəsiz çalışma alışqanlıqları

• Məsuliyyətləri təxirə salma

• Müvəffəqiyyətsiz biri olaraq qiymətləndirilmə qorxusu

• Diqqəti toplaya bilməmə və imtahan zamanı aşırı həyəcanlı olmaq.
 
MÜALİCƏ YOLLARI

Sosial həyatda bir çox psixoloji problemlər kimi, imtahan qayğısı da öyrənilən, yəni sonradan yaranan bir qorxudur. Əgər bir duyğu öyrənilə bilirsə, eyni zamanda ondan imtina edilməsi və vazgeçilmesi də mümkün haldır. Bunun üçün ilk addım bu davranışın harada və hansı səbəblə ortaya çıxdığını aydınlaşdırmaq və bu davranışa son verilməsi üçün çalışmağa başlamaqdır. İmtahan qayğısı (həyəcanı) ilə mübarizə - öncədən səbəbini müəyyənləşdirərək və daha sonra bəzi üsullardan istifadə edərək, qeyd edilən 2 əsas prinsip əsasında həyata keçirildiyində uğur əldə edilir.

KOQNİTİV DAVRANIŞÇI PSİXOTERAPİYASI - imtahan həyəcanı zamanı tətbiq edilən son dərəcə effektiv müalicə metodudur. Koqnitiv davranışçı psixoterapiyası ilə imtahan həyəcanına qalib gəlmək məqsədli tələbələr, bu müalicə metodunun son dərəcə praktik və qısa müddətli bir psixoterapiya olduğunu bildirmiş, bu terapiya növünün, yalnız danışmaqdan və söhbətdən ibarət olmadığının şahidi olmuşlar. Bəzi terapiya müalicələrində imtahan qayğısı problemini sadəcə söhbət etməklə həll etməyə çalışırlar ki, fikrimcə, bu, tamamilə imkansızdır. Yalnız danışmaq və söhbət etmək ola bilsin ki, tələbəni bir az rahatlatsın, lakin imtahan qayğısına dair bir çox çalışma yöntəmləri vardır və bunların tələbəyə istinad edilməsi, terapiyanın daha da çox yararlı olacağına dəlalət edir. 

Bunlar arasında məşqlər (dərin rahatlanma məşqləri, emosional fikri cəmləmə çalışmaları, nəfəs məşqləri), tələbənin düşüncələrində lazımi dəyişikliyin təmin edilməsinə istiqamətlənmiş və hər bir fərdə özəl tərtib edilən yazılı düşüncə tapşırıqları misal göstərilə bilər. Bu anlamda koqnitiv davranışçı psixoterapiyası çox zəngin bir müalicə üsuludur və digər psixoloji pozulmalar zamanı rast gəlindiyi kimi, imtahan qayğısı zamanı da təsiredici xarakter daşımaqdadır.
 
FARMAKOTERAPİYA: İmtahan həyəcanı zamanı dərman müalicəsi, sıx-sıx istifadə edilən bir üsuldur. Dərman müalicəsinin təsiri ilə psixoloji rahatsızlığın fizioloji (ürək döyüntüsü, tərləmə, titrəmə, mədə bağırsaq şikayətləri və s.) və psixoloji simptomları (əsəbilik, narahatlıq, özünə qarşı yetərsizlik hissi, uğursuz olma qorxusu və s) qısa müddətdə tamamilə aradan qaldırıla bilər.



Загрузка...
Həmçinin oxuyun:
Qərb Universitetinin tələbələri “Açıq kitab” üsulu ilə imtahan veriblər +FOTOLAR

Qərb Universitetinin tələbələri “Açıq kitab” üsulu ilə imtahan veriblər +FOTOLAR

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?

5 abituriyentin imtahan nəticələri ləğv edildi

5 abituriyentin imtahan nəticələri ləğv edildi

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

Qərb Universitetindən daha bir yenilik: Tələbə imtahan formasını özü seçəcək

Qərb Universitetindən daha bir yenilik: Tələbə imtahan formasını özü seçəcək

DİM: Məcburi köçkün abituriyentlərin imtahan nəticələri ilbəil yaxşılaşır

DİM: Məcburi köçkün abituriyentlərin imtahan nəticələri ilbəil yaxşılaşır

Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər

Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər

Diplomlarının təsdiqlənməsini arzulayan tələbələr sadalanan qaydalara əməl etməlidirlər/VİDEO

Diplomlarının təsdiqlənməsini arzulayan tələbələr sadalanan qaydalara əməl etməlidirlər/VİDEO

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

“Facebook”da Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifə və qruplar fəaliyyət göstərir – XƏBƏRDARLIQ

“Facebook”da Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifə və qruplar fəaliyyət göstərir – XƏBƏRDARLIQ

Qərb Universitetindən yeni imtahan modeli: tələbələr üçün əhəmiyyətli dəstək

Qərb Universitetindən yeni imtahan modeli: tələbələr üçün əhəmiyyətli dəstək

Dövlət İmtahan Mərkəzi mayın 6-da imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi mayın 6-da imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

Bir nəfər digər iki nəfərin yerinə imtahan verdi, universitetə daxil oldu - ÜSTÜ BU İL AÇILDI

Bir nəfər digər iki nəfərin yerinə imtahan verdi, universitetə daxil oldu - ÜSTÜ BU İL AÇILDI

Bu gün Bakı və Sumqayıtda şagirdlər imtahan verəcək

Bu gün Bakı və Sumqayıtda şagirdlər imtahan verəcək

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi

ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

DİM:"II və III ixtisas qruplarının imtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək"

DİM:"II və III ixtisas qruplarının imtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək"

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb

ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

Dövlət İmtahan Mərkəzində iyunun 3-də növbəti SAT imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzində iyunun 3-də növbəti SAT imtahanları keçirilib

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"