Xəbərlər / Valideyn / Səhiyyə
22 avqust 2021
1 877


Bu, təlaş deyil, həqiqətdir... - MÜTƏXƏSSİS RƏYLƏRİ

 

Bu, təlaş deyil, həqiqətdir... - MÜTƏXƏSSİS RƏYLƏRİ

 

 

"Oğlumun temperaturu düşmür. Dərmanla salıram, təsiri gedən kimi qalxır. Temperatur gün ərzində 39 olur, 40-a qədər qalxır. Nə edəcəyimi bilmirəm”.

"Üç aylıq uşağım qızdırmadan yanır. Balaca canı ilə xəstəliyə qalib gəlməyə çalışır. Qızdırma, ishal balamı halsız vəziyyətə salıb”.

"Oğlum xəstələnib. Yayın günündə belə suyu isti içən uşağın sinəsi dağılır. 5 gündür ki, qızdırma bitmir. Etmədiyim dərman qalmayıb. İştahası yoxdur. Yemir, içmir. Mən başıma nə çarə qılım?”

Bunlar sosial şəbəkələrdə həkimlərə müraciətlə yazılan statusların bir qismidir. Yəqin ki, son vaxtlar uşaqların xəstələnməsi, virusa yoluxması xəbərləri ilə rastlaşıbsınız.  Koronovirusun tüğyan elədiyi bir vaxtda uşaqlar arasında eyni simptomlarla müşahidə edilən xəstəliklər cəmiyyəti narahat edir. Dünyada Delta ştammının yayılması, hazırda ölkəmizdə də uşaqların koronovirusa yoluxma məsələsini gündəmə gətirir.

"Kaspi” qəzetinin əməkdaşları məsələ ilə bağlı araşdırma aparıblar.

"Bu, keçənilki COVID deyil”

Məlumat üçün bildirək ki, ABŞ-da COVID-19-la xəstəxanaya yerləşdirilən uşaqların sayı rekord həddə çatıb. Hazırda xəstəxanalarda koronavirusdan əziyyət çəkənlərin 2,4 faizini uşaqlar təşkil edir.  Amerika Pediatriya Akademiyasının keçmiş prezidenti Sally Gozan deyir ki, bu, keçənilki COVID deyil. Bu, daha pisdir və ən çox uşaqlarımıza təsir edəcək.

Amerika mütəxəssisləri düşünür ki, 12 yaşdan kiçik uşaqlar peyvənd olunmadığı üçün yoluxma riski yüksəkdir. Onların təhlükəsizliyini təmin etmək üçün peyvəndə yararlı olan hər kəs vaksin vurdurmalıdır.

Bəs Azərbaycanda vəziyyət necədir? Uşaqlar arasında yayılan virusun qarşısını ala bilərikmi? Qızdırması olan uşaqlar koronavirusa tutulmuş sayılırlar?

"Uşaqları qorumaqla bağlı plan hazır olmalıdır”

Azərbaycanlı alim Nuran Abdullayev deyir ki,  uşaqlar Delta variantına görə yoluxma təhlükəsi ilə üz-üzədirlər: "İngiltərədən olan ən son elmi-statistik rəqəmlər payızda məktəblərlə bağlı çox ehtiyatlı olmağı tövsiyə edir. Artıq elmi aspektdən baxdıqda deyə bilərik ki, dünyanın ən gənc nəsilləri, yəni uşaqlar Delta variantına görə yoluxma təhlükəsi ilə üz-üzədirlər. Ciddi təhlükələrdən də biri onların "Long COVID” (uzun müddət davam edən) problemləri olacaq. Onlar mütləq qorunmalıdırlar. Azərbaycanda uşaqları qorumaqla bağlı tədbirlər planı artıq hazır olmalıdır”.

"Ölkədə geniş yayılan virus yoxdur”

Baş pediatr Erkin Rəhimov mətbuata açıqlamasında bildirib ki, yay aylarında sıx yayılan viruslar var: "Məsələn, rotavirus, adenovirus mədə-bağırsaq pozulmasına səbəb olan, qızdırma ilə olan viruslardır. Bir də koksakiviruslar var ki, bu da əlin, ayağın içində, ağızda yayılan, herpes qrupuna aid olan əl-ağız-ayaq virusu dediyimizdir. Bu, may ayından başlayaraq sentyabra qədər sıx yayılır. Bu xəstəlikdə səpkilər, hərarət, iştahasızlıq olur, nadir hallarda boğaz ağrısı da ola bilər. Hazırda epidemioloji olaraq ölkədə geniş yayılan bir virus yoxdur”.

 "Uşaqlara test edilmir”

Pediatr Aytən İsmayılzadə deyir ki, uşaqların koronavirusa yoluxub-yoluxmamağı yoxlanılmır. Onun sözlərinə görə, hazırda uşaqları kəskin virus infeksiyası kimi müalicə edirlər: "Valideynlər uşaqlara görə test üçün müraciət etmirlər. Amma ailəvi hamıda qızdırma varsa və test pozitiv çıxıbsa, uşağın da koronavirusa yoluxduğu zənn edilir. Lakin məhz uşağa görə müraciət etmirlər. Bəziləri olur ki, biz test üçün göndəririk, lakin bunu etmirlər. Ona görə də, bu gün xəstələnən çox sayda uşaq testsizdir. Biz onu  ya koronovirus, ya da digər virus ehtimalı ilə onsuz da müalicə edirik. Amma ağırlaşmalardan sığortalanmaq üçün virusun mənşəyini bilməliyik. Çünki koronovirus uşaq üçün yeni xəstəlikdir. Ümumi qusma, temperatur, ishala qarşı müalicə edirik.  Amma bu gün uşaqlarla bağlı statistika dəqiq aparılmır. Valideynlər deyir ki, neçə dəfə olub ki, yüksək hərarətə görə təcili yardım çağırılıb, deyilib ki, test götürün, uşaq olduğu üçün ehtiyac görməyiblər. Statistikanı bilmək istəyiriksə, müraciət edən hər kəsdən test götürülməlidir”.

"Uşaqların əksəriyyəti xəstədir”

Həkim deyir ki, ciddi ağırlaşmalar olmasa da, hazırda uşaqların əksəriyyəti xəstədir: "Əsas əlamətlər hərarət, qusma, ishal, qarın ağrısıdır. Hər gün onlarla uşaq eyni simptomlarla müraciət edir. Bu, "Retrovirus” da, bağırsaq qripi də, COVID-19 da ola bilər. Dəqiq deyə bilmərik. Amma hələ ki ağırlaşmalar yoxdur. Şikayətlər eynidir, amma müalicəyə reaksiya verirlər və tez sağalırlar. Düzdür, risk qrupunda olan uşaqlar ağır keçirə bilər. Ağırlaşmalarda antibiotikə müraciət etdiklərimiz olur. Amma bu, çox nadir hallarda olur. Əsasən, ev şəraitində müalicə edirik”.

"Uşaqlar arasında yoluxma sayı kəskin artacaq”

Pediatr Vaqif Qarayev deyir ki, Azərbaycanda uşaqlar arasında koronavirusa kütləvi yoluxma yoxdur: "Epidemiologiyanın belə bir qanunu var ki, bir virus dominantlıq edəndə digər mövsümi viruslar da "yatır”. Məsələn, keçən il uşaqlar arasında mövsümi viruslara rast gəlmədik. Bu, həm də qapanmalar, sosial məsafə ilə bağlı idi. Amma bu il həm tənəffüs, həm mədə-bağırsaq sisteminin pozulması, həm də qızdırma ilə müşayiət olunan viruslar çoxalıb. Uşaqlarda qızdırma, qusma, ishal, öskürək, burun axıntısı var.  COVID-19 peyda olandan sonra belə təəssürat yaranıb ki, qızdırma varsa, deməli, koronavirussan. Amma uşaqlar test olunur, nəticələr hələ ki pis deyil. Mövsümi virusların müalicəsi rahatdır. Amma COVID-lə bağlı belə deyil. Qızdırma varsa, mütləq sahə həkiminə müraciət olunmalıdır və test götürülməlidir. Delta ştammı peyda olandan deyilir ki,  daha çox gəncləri və uşaqları yoluxdurur. Bununla razılaşmalıyıq. Azərbaycanda uşaqlarla bağlı kütləvi yoluxma müşahidə etmirəm. Amma uşaqlar arasında COVID-ə yoluxma var. Sentyabrda məktəblər açılandan sonra vəziyyətin necə olacağı qaranlıq məsələdir. Əyani təhsil bərpa olunsa, uşaqlar arasında yoluxma sayı artacaq”.

Xəstəxanalar hazırdırmı?

Həkim deyir ki, hazırda 7 saylı uşaq xəstəxanası COVID təyinatlıdır: "Mən o mənzərəni düşünəndə belə, pis oluram. Çalışmalıyıq ki, uşaqlar arasında kütləvi yoluxma olmasın. Amma olsa necə? Bəli, biz buna hazırıq. Son iki aya qədər dünya mətbuatında söhbət gedirdi ki, uşaqlar üçün xüsusi vaksin hazırlanmalıdır. Türkiyədə 15 yaşdan yuxarı uşaqlar vaksinasiya olunur. Vaksinlə bağlı bizdə düşüncə çox pisdir. COVID-dən öncə də belə olub, onda da digər peyvəndlərin ziyanlı olduğunu iddia edirdilər. Canımızı, uşaqlarımızı, körpələrimizi qorumaq üçün peyvənd olunmalıyıq. Bizə qonşu olan bütün ölkələrdə vəziyyət pisdir. Hər kəs deyir ki, təlaş yaratmayın. Bu, təlaş deyil, həqiqətdir. Körpə uşağın boğulması, əziyyət çəkməsi mənim ürəyimi ağırıdır. Hər kəs özünü qorumağı bacarmalıdır ki, körpələrimizi də qoruya bilək”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Nazirlikdən uşaqlar arasında virus xəstəliyinin geniş yayılması ilə bağlı MÜNASİBƏT

Nazirlikdən uşaqlar arasında virus xəstəliyinin geniş yayılması ilə bağlı MÜNASİBƏT

Uşaqlar arasında yayılan kütləvi xəstəlik Delta-dır? – Pediatrdan AÇIQLAMA

Uşaqlar arasında yayılan kütləvi xəstəlik Delta-dır? – Pediatrdan AÇIQLAMA

Azərbaycanda uşaqlar arasında yayılan infeksiya haqda AÇIQLAMA

Azərbaycanda uşaqlar arasında yayılan infeksiya haqda AÇIQLAMA

Uşaqlar arasında kütləvi xəstələnmə - valideynlər təşvişdə

Uşaqlar arasında kütləvi xəstələnmə - valideynlər təşvişdə

Azərbaycanda uşaqlar arasında yoluxucu virus yayıldı - XƏBƏRDARLIQ

Azərbaycanda uşaqlar arasında yoluxucu virus yayıldı - XƏBƏRDARLIQ

Həkim: “Uşaqlar yeni növ koronavirusa yoluxmada daha fəal rol oynayır”

Həkim: “Uşaqlar yeni növ koronavirusa yoluxmada daha fəal rol oynayır”

Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir? - Baş pediatr AÇIQLADI

Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir? - Baş pediatr AÇIQLADI

Məktəbə gedən uşaqlar koronavirusa yoluxa bilərmi? - Həkimlərdən qızıl kimi tövsiyələr

Məktəbə gedən uşaqlar koronavirusa yoluxa bilərmi? - Həkimlərdən qızıl kimi tövsiyələr

Bakı məktəblərində şagirdlər arasında virus yayılıb? - RƏSMİ CAVAB

Bakı məktəblərində şagirdlər arasında virus yayılıb? - RƏSMİ CAVAB

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

ABŞ-da uşaqlar arasında COVID-19-a yoluxmada kəskin artım qeydə alınıb

ABŞ-da uşaqlar arasında COVID-19-a yoluxmada kəskin artım qeydə alınıb

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Uşaqların məktəbdə koronavirusa yoluxma riski nə qədərdir?

Uşaqların məktəbdə koronavirusa yoluxma riski nə qədərdir?

“Bağçalarda xəstəlik yayılıb” şayiəsi təşviş yaratdı - Baş pediatrdan valideynlərə xəbərdarlıq

“Bağçalarda xəstəlik yayılıb” şayiəsi təşviş yaratdı - Baş pediatrdan valideynlərə xəbərdarlıq

Pediatr: “Bu hallarda uşaqların böyüklərlə ünsiyyətinə icazə verməyin” - AÇIQLAMA

Pediatr: “Bu hallarda uşaqların böyüklərlə ünsiyyətinə icazə verməyin” - AÇIQLAMA

Pandemiya xəstəxanasının pediatrı: “Koronaviruslu uşaqlara antibiotik təyin edilmir” - MÜSAHİBƏ

Pandemiya xəstəxanasının pediatrı: “Koronaviruslu uşaqlara antibiotik təyin edilmir” - MÜSAHİBƏ

Uşaqlarda koronavirusa yoluxma riski - Baş pediatrdan MÜHÜM AÇIQLAMA - VİDEO

Uşaqlarda koronavirusa yoluxma riski - Baş pediatrdan MÜHÜM AÇIQLAMA - VİDEO

Həkimdən xəbərdarlıq: “Delta ştammına uşaqlar daha tez yoluxur” - VİDEO

Həkimdən xəbərdarlıq: “Delta ştammına uşaqlar daha tez yoluxur” - VİDEO

Nazirlik rəsmisindən uşaqların koronavirusa yoluxması ilə bağlı AÇIQLAMA

Nazirlik rəsmisindən uşaqların koronavirusa yoluxması ilə bağlı AÇIQLAMA

Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?

Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?

Koronavirus qripdən necə fərqlənir?

Koronavirus qripdən necə fərqlənir?

VALİDEYNLƏRİN DİQQƏTİNƏ: Virusa yoluxan uşaqlarda yeni əlamətlər TAPILDI - VİDEO

VALİDEYNLƏRİN DİQQƏTİNƏ: Virusa yoluxan uşaqlarda yeni əlamətlər TAPILDI - VİDEO

Tibb elmləri doktorundan məktəblərlə bağlı XƏBƏRDARLIQ

Tibb elmləri doktorundan məktəblərlə bağlı XƏBƏRDARLIQ