Xəbərlər, Səhiyyə
16 aprel 2021

Həkim: “Uşaqlar yeni növ koronavirusa yoluxmada daha fəal rol oynayır”

 

Koronavirusun birinci dalğasında azyaşlılar arasında virusa yoluxma hallarına çox rast gəlinmirdi. Lakin son dövrlərdə uşaqlar, məktəblilər arasında koronavirusa yoluxma hallarına tez-tez rast gəlinir. 

Bu da özlüyündə virusun yayılmasını sürətləndirən məqamlardan hesab olunur. Azyaşlılar virusu yüngül, simptomsuz keçirsə də, daşıyıcı olaraq ciddi təhlükə mənbəyidirlər. 

Bəs uşaqları COVID-19 xəstəliyindən necə qoruyaq? 

Bu sualı Oxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloqu Aygün Sadıxova cavablandırıb.

Onun sözlərinə görə, uşaqlar COVID-19 xəstəliyinin gizli daşıyıcıları ola bilər:

"COVID-19 pandemiyası yeni başlayan dövrdə uşaqların virusa yoluxmaları nadir hal sayılırdı. Hazırda isə bütün dünyada minlərlə uşağın bu təhlükəli xəstəliyə yoluxması halları qeydə alınıb. Uşaqlar əvvəllər olduğu kimi yenə parklarda, meydançalarda bir-biri ilə oynayırlar. Onların bir-birindən yoluxub gizli daşıyıcı ola biləcəyini nəzərə alsaq, deyə bilərik ki, uşaqlar yeni növ koronavirus infeksiyasına yoluxmada fəal rol oynayırlar. Ona görə də, bu gün uşaqlarımızın COVID-19 xəstəliyindən qorunması məsələsi çox aktualdır. 

Məsləhət görərdim ki, bütün valideynlər uşaqlara gigiyenik qaydalara riayət etməyi, sosial məsafə saxlamağı öyrətsinlər. Əlbəttə ki, uşaqların öz nənə və babalarının, başqa qohumlarının yanına qonaq getməsi yaxşı haldır, amma pandemiya dövründə bu, yaşlı insanları yoluxma təhlükəsi ilə qarşı-qarşıya qoymaq deməkdir. Bu əlaqələri minimuma endirmək məsləhətdir. Həmçinin, uşaqların bir-biri ilə tez-tez ünsiyyətdə olmasını da azaltmaq lazımdır. Böyük bayram tədbirlərindən, ad günlərindən isə hələlik uzaq olmaları yaxşıdır”.

Həkim uşaqların virusa yoluxmaması üçün onların immunitetinin də möhkəmləndirilməsinə diqqət yetirilməli olduğunu da deyir:

"İlk növbədə, onların sağlam qidalanması və düzgün tərtib edilmiş gündəlik rejim mühüm rol oynayır. Gündəlik qida rasionunda zülalların kifayət qədər yer tutması zəruridir. Uşaqlar hər gün ət, kəsmik, süd məhsulları, vitamin və minerallarla zəngin meyvə-tərəvəz qəbul etməlidirlər. 
İmmunitetin gücləndirilməsində yuxunun böyük əhəmiyyəti var. Uşaqlar hər gün eyni vaxtda yatmalı, səhərlər yuxudan doymuş halda oyanmalıdır.

Gecə yuxusu 8 saatdan az olmamalıdır. Məsləhətdir ki, uşaqlar saat 22:00-a qədər yatmağa getsinlər. Belə ki, bu vaxt yuxuya getmiş uşaqların orqanizmində immuniteti bərpa edən və tənzimləyən hormonlar, o cümlədən melatonin hazırlanır. Ümumiyyətlə, hər gün erkən yatan uşaqlar respirator virus infeksiyalarına az yoluxurlar. Uşaqlarda COVID-19 xəstəliyinin hər hansı əlamətlərini müşahidə etdikdə, özbaşına müalicə etməmək, mütləq pediatra müraciət etmək lazımdır”.


Загрузка...
loading...

Həmçinin oxuyun:
Uşaqlarda koronavirusa yoluxma riski - Baş pediatrdan MÜHÜM AÇIQLAMA - VİDEO

Uşaqlarda koronavirusa yoluxma riski - Baş pediatrdan MÜHÜM AÇIQLAMA - VİDEO

Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir? - Baş pediatr AÇIQLADI

Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir? - Baş pediatr AÇIQLADI

Baş pediatr koronavirusla bağlı valideynlərə müraciət edib

Baş pediatr koronavirusla bağlı valideynlərə müraciət edib

VALİDEYNLƏRİN DİQQƏTİNƏ: Virusa yoluxan uşaqlarda yeni əlamətlər TAPILDI - VİDEO

VALİDEYNLƏRİN DİQQƏTİNƏ: Virusa yoluxan uşaqlarda yeni əlamətlər TAPILDI - VİDEO

Azərbaycanda koronavirusa yoluxma günbəgün artır: Həkimdən HƏYƏCAN TƏBİLİ

Azərbaycanda koronavirusa yoluxma günbəgün artır: Həkimdən HƏYƏCAN TƏBİLİ

Uşaqlar arasında kütləvi xəstələnmə - valideynlər təşvişdə

Uşaqlar arasında kütləvi xəstələnmə - valideynlər təşvişdə

Pediatr koronavirusun Britaniya ştammının uşaqlar üçün xüsusi təhlükəsindən danışdı

Pediatr koronavirusun Britaniya ştammının uşaqlar üçün xüsusi təhlükəsindən danışdı

Nazirlik rəsmisindən uşaqların koronavirusa yoluxması ilə bağlı AÇIQLAMA

Nazirlik rəsmisindən uşaqların koronavirusa yoluxması ilə bağlı AÇIQLAMA

Tibb elmləri doktorundan məktəblərlə bağlı XƏBƏRDARLIQ

Tibb elmləri doktorundan məktəblərlə bağlı XƏBƏRDARLIQ

Məktəbə gedən uşaqlar koronavirusa yoluxa bilərmi? - Həkimlərdən qızıl kimi tövsiyələr

Məktəbə gedən uşaqlar koronavirusa yoluxa bilərmi? - Həkimlərdən qızıl kimi tövsiyələr

Pandemiya xəstəxanasının pediatrı: “Koronaviruslu uşaqlara antibiotik təyin edilmir” - MÜSAHİBƏ

Pandemiya xəstəxanasının pediatrı: “Koronaviruslu uşaqlara antibiotik təyin edilmir” - MÜSAHİBƏ

Uşaqlarda koronavirus BU SİMPTOMLARDAN başlayır

Uşaqlarda koronavirus BU SİMPTOMLARDAN başlayır

Bu yaşda uşaqlar koronavirusa daha çox yoluxur

Bu yaşda uşaqlar koronavirusa daha çox yoluxur

Tanınmış pediatrdan CİDDİ XƏBƏRDARLIQ - Yeni dərs ilində uşaqları virus və infeksiyalardan necə qorumalı?

Tanınmış pediatrdan CİDDİ XƏBƏRDARLIQ - Yeni dərs ilində uşaqları virus və infeksiyalardan necə qorumalı?

Uşaqların məktəbdə koronavirusa yoluxma riski nə qədərdir?

Uşaqların məktəbdə koronavirusa yoluxma riski nə qədərdir?

Pediatr: “Bu hallarda uşaqların böyüklərlə ünsiyyətinə icazə verməyin” - AÇIQLAMA

Pediatr: “Bu hallarda uşaqların böyüklərlə ünsiyyətinə icazə verməyin” - AÇIQLAMA

Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?

Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?

Azərbaycanda 6 yaşlı uşaq koronavirusa yoluxdu - Baş həkim danışdı

Azərbaycanda 6 yaşlı uşaq koronavirusa yoluxdu - Baş həkim danışdı

Uşaqların koronavirusdan qorumağın yolları AÇIQLANDI

Uşaqların koronavirusdan qorumağın yolları AÇIQLANDI

Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

Payızda immunitetimizi gücləndirmək üçün hansı qidalardan istifadə etməliyik?

Payızda immunitetimizi gücləndirmək üçün hansı qidalardan istifadə etməliyik?

Bəzi qidaların günlük qəbulu uşaqlar üçün vacibdir -HƏKİM

Bəzi qidaların günlük qəbulu uşaqlar üçün vacibdir -HƏKİM

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT