Xəbərlər / Valideyn / Səhiyyə
11 mart 2021

Uşaqlar arasında kütləvi xəstələnmə - valideynlər təşvişdə

 

Koronavirus infeksiyası yenə təhlükəli həddə doğru irəliləyir. Dünyada COVİD 19-a yoluxma halları artmaqda davam edir. Avropada yayılan yeni koronavirus ştammları isə uşaqlara virusun "klassik” formasından daha aktiv ötürüldüyü bildirilir.

"Tass.ru”nun xəbərinə görə, pediatr-infeksionist Yevgeni Timakov deyib ki, virus yeni insanları yoluxdurmaq üçün dəyişir: "Yeni ştamlar uşaqlara əvvəlkilərə nisbətən daha çox  təsir edir. İnfeksiya sürətlə mutasiyaya uğrayır ki, bu da immunitetimizdə boşluqlar tapmasına yol açacaq və daha çox insanı yoluxduracaq”.

İnfeksionist onu da əlavə edib ki, koronavirusun yeni ştamları sürətlə yayılsa da, uşaqlar onu yüngül keçirir. O qeyd edib ki, 10-12 yaşadək uşaqlara peyvənd etmək lazım deyil.

Bu arada Azərbaycanda uşaqlar arasında qrip mənşəli virus infeksiyalarının çoxalması ilə bağlı narahatlıq var. Valideynlər virusun korona olub-olmamasını ayırd edə bilmədiklərini deyirlər.

Məktəblərdə isə COVİD-ə yoluxanların sayında artım var. Ötən gün Bakıdakı 274 və 320 saylı tam orta məktəblərin koronavirusa görə fəaliyyəti dayandırılıb.

Distant təhsilə keçən yalnız paytaxt məktəbləri deyil. Ötən gün eyni zamanda Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbi də, Gəncə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb koronavirus infeksiyası səbəbindən bağlanıb.

Bəs görəsən, uşaqlar arasında yayılan virus koronavirusun yeni ştamlarıdır?

Respublikanın Baş pediatrı Nəsib Quliyev mövcud vəziyyətlə bağlı "Yeni Müsavat” a danışıb: "Saysız-hesabsız, minlərlə virus tipi var. Qış mövsümündə də bu xəstəliklər ola bilər. Belə bir deyim var, hər pis işdə bir yaxşı var. Koronavirusa görə aparılan tədbirlər, ümumiyyətlə, virus xəstəliklərinin kəskin azalmasına səbəb olub. Qoruyucu rejim olduğuna görə paraqrip, adenavirus, rotovirus kimi virusların da geniş yayılması azalıb. Amma buna baxmayaraq yenə də rast gəlinir. Bunun qarşısını almaq qeyri-mümkündür. Çünki ətrafımızda o viruslar daimi var. Ona görə də bu əlamətlərə kəskin respirator virus infeksiyası əlamətləri deyirik. Respirator əlamətlər boğaz, burunda, bəzən də ishal kimi əlamətlərlə özünü göstərir. Amma COVİD 19-dan öncəki illərlə müqayisədə qat-qat azalıb. Bu da dediyimiz kimi, maska, məsafə, gigiyenik tədbirlərin nəticəsində mümkün olur. Bu bizə əyani olaraq sübut edir ki, düzgün qorunsaq, bir o qədər sağlamlığımızı qorumuş olarıq”.

Baş pediatr valideynlərə övladlarında hər hansı simptom hiss edən kimi sahə həkiminə müraciət etməyi tövsiyə edib: "Bu xidmət bizdə qurulub. Hər bir valideyn bilir ki, onun uşağına poliklinikada xidmət göstərən sahə həkimi var. Valideyn o əlamətləri görəndə ya həkimə göstərməlidir, ya da evə çağırış etməlidir. Həkim baxandan sonra ona yol göstərəcək. O deyəcək ki, COVİD testindən keçirmək lazımdır, ya yox. Əlbəttə, COVİD təhlükəsi qaldığına görə hər hansı əlamət görən kimi hamı narahat olur. Bunu da müayinə eləmək ağır iş deyil, burundan, boğazdan yaxma götürüb bir günə cavab verirlər. Təbii ki, həkim müayinəsindən sonra olmalıdır, valideyn özü hərəkət edəndə səhvlərə yol verə bilər”.

Quliyev qeyd edib ki, Azərbaycanda uşaqlar arasında COVİD 19-un yeni ştamları yayılmayıb: "Əgər olsaydı, bununla bağlı məlumat da olardı. Bunu heç kim gizlədə bilməz. Kiminsə gizlətmək kimi məqsədi də yoxdur"


Загрузка...
loading...

Həmçinin oxuyun:
Ukraynada virus səbəbindən məktəblər bağlandı

Ukraynada virus səbəbindən məktəblər bağlandı

Pediatr: “Bu hallarda uşaqların böyüklərlə ünsiyyətinə icazə verməyin” - AÇIQLAMA

Pediatr: “Bu hallarda uşaqların böyüklərlə ünsiyyətinə icazə verməyin” - AÇIQLAMA

Yazın məktəblərə gətirdiyi xəstəliklər: Pediatr valideynlərə çağırış etdi

Yazın məktəblərə gətirdiyi xəstəliklər: Pediatr valideynlərə çağırış etdi

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Dünyada iki növ koronavirus var

Dünyada iki növ koronavirus var

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

2-3 aydan sonra Azərbaycanda koronavirus yoxa çıxa bilər - Şöbə müdiri AÇIQLADI

2-3 aydan sonra Azərbaycanda koronavirus yoxa çıxa bilər - Şöbə müdiri AÇIQLADI

Azərbaycanda 6 yaşlı uşaq koronavirusa yoluxdu - Baş həkim danışdı

Azərbaycanda 6 yaşlı uşaq koronavirusa yoluxdu - Baş həkim danışdı

Tanınmış pediatrdan CİDDİ XƏBƏRDARLIQ - Yeni dərs ilində uşaqları virus və infeksiyalardan necə qorumalı?

Tanınmış pediatrdan CİDDİ XƏBƏRDARLIQ - Yeni dərs ilində uşaqları virus və infeksiyalardan necə qorumalı?

Uşaqların məktəbdə koronavirusa yoluxma riski nə qədərdir?

Uşaqların məktəbdə koronavirusa yoluxma riski nə qədərdir?

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”

Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”

Məktəbə gedən uşaqlar koronavirusa yoluxa bilərmi? - Həkimlərdən qızıl kimi tövsiyələr

Məktəbə gedən uşaqlar koronavirusa yoluxa bilərmi? - Həkimlərdən qızıl kimi tövsiyələr

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?

Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?

Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşir - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşir - Əhaliyə XƏBƏRDARLIQ

Pandemiya xəstəxanasının pediatrı: “Koronaviruslu uşaqlara antibiotik təyin edilmir” - MÜSAHİBƏ

Pandemiya xəstəxanasının pediatrı: “Koronaviruslu uşaqlara antibiotik təyin edilmir” - MÜSAHİBƏ

Bakı məktəblərində şagirdlər arasında virus yayılıb? - RƏSMİ CAVAB

Bakı məktəblərində şagirdlər arasında virus yayılıb? - RƏSMİ CAVAB

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Vasif İsmayıl: Əminliklə bildirirəm ki, virus haradasa bir il belə davam edəcək

Vasif İsmayıl: Əminliklə bildirirəm ki, virus haradasa bir il belə davam edəcək

Özünüzü və uşaqlarınızı necə qorumalı.

Özünüzü və uşaqlarınızı necə qorumalı.

Dünyada yeni aqressiv və təhlükəli virus yayılıb

Dünyada yeni aqressiv və təhlükəli virus yayılıb

Bu yaşda uşaqlar koronavirusa daha çox yoluxur

Bu yaşda uşaqlar koronavirusa daha çox yoluxur

Bu şəxslər koronavirusa yoluxmaya bilərlər

Bu şəxslər koronavirusa yoluxmaya bilərlər