AzTehsil.com


Xəbərlər / Ekspert
25 sentyabr 2023
844


"Anlama, qavrama bacarıqlarının inkişafı üçün ən optimal və sınanmış yol mütaliədir"




Məlum olduğu kimi xarici dil imtahan modeli bakalavrların dillər üzrə eşidib-anlama, oxuyub-anlama, qrammatik və leksik dil biliklərini yoxlayan test tapşırıqlarını özündə ehtiva edir. 2023-cü ildən etibarən imtahanlarda bakalavrların xarici dil üzrə oxuyub-anlama bacarığının daha dərindən yoxlanılması məqsədilə qrammatik və leksik dil biliklərini yoxlayan test tapşırıqlarının sayının 5 vahid azaldılması, əvəzində isə oxuyub-anlamanı yoxlayan test tapşırıqlarının sayının 5 vahid artırılması nəzərdə tutulmuşdu.


Bu fikirləri “Təhsil365”ə açıqlamasında təhsil üzrə mütəxəssis Nadir İsrafilov deyib.


Onun sözlərinə görə, magistratura pilləsinə keçiriləcək imtahanlarda ingilis dilindən yazı bacarıqlarlnın yoxlanılması vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.


“2024-cü ildən etibarən isə magistratura səviyyəsinə qəbul imtahanlarında xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması da nəzərdə tutulub. Belə bir dəyişiklik heç də hamı tərəfindən birmənalı qarşılanmayıb. Kimisə hesab edir ki, ali təhsil müəssisələrinin bakalavriat pilləsini bitirmiş tələbələr seçdiyi xarici dil üzrə fikirlərini sərbəst şəkildə yazılı və şifahi ifadə etməyi bacarmalıdır və xarici dil üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması tələbələrin məsuliyyətini daha da artıracaq. Bununla bağlı xaricdə oxuyacaq magistrlar üçün məqbul sayıla bilinsə də hazırda bakalavr olan və magistr pilləsini Azərbaycanda oxuyacaq tələbələr üçün heç də məqsədəuyğun olmadığı qənaətində olanlar, “imtahanlarla bağlı qarşıya qoyulan tələblər artırılırsa və imtahan çətinləşdirilirsə, paralel olaraq orta və ali təhsilin keyfiyyəti də artırılmalı, bu tələblərin səviyyəsinə uyğunlaşdırılmalıdır” iddiasını irəli sürənlər də var”.


Nadir İsrafilov qeyd edib ki, nəinki bakalavrların və orta məktəb məzunlarının hətta magistraturaya qəbul olan şəxslərin də sərbəst yazı qabiliyyətinə, fikir ifadə etmə bacarığına malik deyillər.


“Məsələyə məntiqi cəhətdən yanaşsaq, əgər belə bir qayda tətbiq olunacaqdısa, orta məktəb və universitetdə bakalavr pilləsində oxuyarkən təhsil alanlara ingilis dilini mükəmməl öyrətməli, daha sonra tələbənin magistratura üzrə oxumaq istədiyi ixtisasa görə dil ilə bağlı şərtlər tətbiq edilməli idi. Məsələnin digər vacib bir tərəfi isə ondan ibarətdir ki, Azərbaycanda əvvəlcə öz doğma dilimizdə sərbəst yazı, danışıq qabiliyyətinə malik olmaq lazımdır ki, həmin şərtləri sonradan xarici dilə tətbiq edək. Hazırda nəinki magistraturaya qəbul olan şəxslərin heç bakalavrların və orta məktəb məzunlarının əksəriyyəti sərbəst yazı qabiliyyətinə, fikir ifadə etmə bacarığına malik deyillər. Onların əldə etdikləri informasiyalar əsasən əzbərçilik üzərində qurulub. Əgər, Nazirin özü belə etiraf edirsə “Azərbaycan dili fənnindən imtahanda maksimal nəticə göstərən şagird bir səhifəlik esse yaza bilmir, danışa bilmir”, "Bizim təhsildə oxuyub-anlama bacarıqları ilə bağlı müəyyən mənada problemlər var. Çünki biz heç vaxt buna fokuslanmamışıq"“.


Eksper, məsələnin həlli yolunu ilk olaraq orta ümumtəhsil məktəblərində tədris olunan öz doğma ana dilimizdən başlamalı olduğunu vurğulayıb.


“Deməli, nə etməliyik, buna fokuslanmalıyıq. Özü də ilk olaraq orta ümumtəhsil məktəblərindən, öz doğma ana dilimizdən başlamalıyıq. Bir vaxtlar şagirdlərə imla, inşa, ifadə yazdırılardı, şagirdlərə sərbəst mövzuda indi esse adlandırdığımız yazılı tapşırıqlar verilərdi. Mütaliə üçün əlavə ədəbiyyat göstərilərdi. Çünki, hesab edilərdi ki, anlama, qavrama bacarıqlarının inkişafı üçün ən optimal və sınanmış yol mütaliədir. Profilindən asılı olmayaraq bütün universitetlərə qəbulda ədəbiyyatdan yazılı imtahan keçirilərdi. Çıxış yolunu yazı və oxu vərdişlərinə adaptasiyada - məktəblərdə mütaliəyə marağı artırmaqda, yazı tapşırılqarına daha çox yer verməkdə görürəm. O ki, qaldı yeni qəbul olunan qərarın magistratura pilləsində təhsilin keyfiyyətini necə dəyişəcəyinə, bunu yalnız həmin qayda tətbiq olunmağa başladıqdan sonra görmək olacaq”. - Deyə Nadir İsrafilov qeyd edib.




Загрузка...
Həmçinin oxuyun:
DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar

İki yüz min şagirdin taleyi ilə necə oynamaq olar?! – Ekspetdən DİM-ə sərt ittihamlar

DİM Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir

DİM Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir

Ən yaxşı ingilis dili kursları hansılardır?

Ən yaxşı ingilis dili kursları hansılardır?

DİM doktorantura və fəlsəfə doktoru səviyyəsinə müsabiqə elan edir

DİM doktorantura və fəlsəfə doktoru səviyyəsinə müsabiqə elan edir

Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək

Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək

Magistr imtahanında yeniliklər ediləcək

Magistr imtahanında yeniliklər ediləcək

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

Test tapşırıqlarında dəyişikliklər olacaq - DİM

Test tapşırıqlarında dəyişikliklər olacaq - DİM

Test üsuluna inam niyə itir? - Araşdırma

Test üsuluna inam niyə itir? - Araşdırma

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Təhsilvermə (təhsilləndirmə) modelləri

Təhsilvermə (təhsilləndirmə) modelləri

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Kurikulum - qloballaşmanın yetirməsi -Dəyişikliklərə ehtiyac varmı?

Kurikulum - qloballaşmanın yetirməsi -Dəyişikliklərə ehtiyac varmı?

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu