AzTehsil.com


Xəbərlər / Saglam həyat
17 sentyabr 2023
849


İnfeksionist həkim: “Ölkədə karantin tətbiq oluna bilər”




Koronavirusun mutasiyaya uğramış yeni ştamları bütün dünyada sürətlə yayılır.


Onlardan son ikisi – EG.5 (“Eris”) və “Pirola” getdikcə daha çox ölkələri “ələ keçirir”. Elə bir gün əvvəl qonşu Türkiyədə də yeni alt növ aşkar edilib.


Mütəxəssislər payız-qış dövründə yeni koronavirus dalğasının yaranacağını istisna etmirlər. Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 xəstələrinin sayının artması ilə bağlı hesabatları və dövlətlər daxilində nəzarəti gücləndirmək çağırışları narahatlıq doğurmaya bilməz.


“Son zamanlar koronavirus xəstələrinin sayı artmaqdadır, bu, yeni ştamın kütləvi şəkildə yayılması ilə bağlıdır. Dünyada vəziyyət çox ağırdır….”, – infeksionist Polina Əliyeva Media.Az-a açıqlamasında bildirib.


Onun sözlərinə görə, artıq dünyanın 50-dən çox ölkəsində peyda olan yeni EG.5 ştamı yoluxuculuq indeksinin artması ilə xarakterizə olunur.


Həkimin sözlərinə görə, yaxın keçmişdə olduğu kimi yeni variant Azərbaycanda da görünəcək.


“Bu, zaman məsələsidir… Üstəlik, təkrar edirəm, dünyada epidemioloji vəziyyət son dərəcə qeyri-sabitdir. ÜST mütəxəssisləri bildirirlər ki, bu növə yoluxma zamanı xəstəliyin şiddəti əvvəlki variantdan fərqlənmir. Qeyd edim ki, xəstəxanaya yerləşdirilən xəstələrin sayı əvvəlki aylarla müqayisədə bir qədər artıb, reanimasiya şöbələrinin yükü isə hələ ki, artmayıb. Bu onu göstərir ki, EG.5-ə dözmək o qədər də çətin deyil. Amma bəzi hallarda, əvvəlki ştamlarda olduğu kimi, ağır xəstəlik tarixçəsi olan xəstələrdə virus ağır və ya çox ağır formada keçir”, – deyə həkim bildirir.


P.Əliyevanın sözlərinə görə, respirator virus infeksiyalarının artımı payızda başlayır və müvafiq olaraq COVID-ə yoluxanların sayı da artacaq.


“Virusun xaotik yayılmasının və yeni ştamların ölkəyə daxil olmasının qarşısını almaq üçün qısamüddətli karantinin tətbiqinə ehtiyac var. Bundan əlavə, yoluxmuş və xəstəlik əlamətləri olan hər kəsi, xüsusən də temperaturu yoxlamağa başlamaq lazımdır”, – həkim qeyd edib.


P.Əliyeva vətəndaşları diqqətli olmağa, gigiyena qaydalarına riayət etməyə, insanların sıx toplaşdığı yerlərdə olmamağa, xəstəlik əlamətləri yaranarsa, həkimə müraciət etməyə çağırıb.




Загрузка...
Həmçinin oxuyun:
Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

“Sağlam Təhsil–Sağlam Millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi

“Sağlam Təhsil–Sağlam Millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi

Təhsil Naziri Mikayıl Cabbarov “Son zəng” tədbiri haqqında əmr imzalayıb.

Təhsil Naziri Mikayıl Cabbarov “Son zəng” tədbiri haqqında əmr imzalayıb.

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Dövlət başçısının sərəncamları onların  məmnunluğuna səbəb olub

Dövlət başçısının sərəncamları onların məmnunluğuna səbəb olub

“Elm, dostluq və sağlam rəqabət” devizli Məntiq olimpiadası

“Elm, dostluq və sağlam rəqabət” devizli Məntiq olimpiadası

Nadir Israfilov: Elə təəssürat yaranmasın ki,bu problemlə üzləşən bütün dünya deyil, təkcə bizik

Nadir Israfilov: Elə təəssürat yaranmasın ki,bu problemlə üzləşən bütün dünya deyil, təkcə bizik

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışması

BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışması

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Allergiya və koronavirus infeksiyası – bir medalın iki üzü

Allergiya və koronavirus infeksiyası – bir medalın iki üzü

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

Birinci sinfə qəbul üzrə müsabiqə

Birinci sinfə qəbul üzrə müsabiqə

“Uşaqlar gələcəyimizin sığortasıdır” layihəsi başa çatıb

“Uşaqlar gələcəyimizin sığortasıdır” layihəsi başa çatıb

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində zona mərhələsi

Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində zona mərhələsi

İbtidai sinif müəllimləri üçün “Peşəyə giriş” seminarları keçiriləcək

İbtidai sinif müəllimləri üçün “Peşəyə giriş” seminarları keçiriləcək

Dünyanı qorxuya salan Britaniya ştammı nədir və əlamətləri hansıdır?

Dünyanı qorxuya salan Britaniya ştammı nədir və əlamətləri hansıdır?

“Dərs vaxtı”nın 7 aprel cədvəli

“Dərs vaxtı”nın 7 aprel cədvəli