AzTehsil.com


Xəbərlər / Şagird / Müəllim
27 avqust 2023
1 208


Uşaqlarda dərs oxumaq həvəsi necə artırılmalı? - ARAŞDIRMA




Uşaqların "əla" və ya "zəif" qiymət almaq qorxusuyla yox, öyrənmək həvəsi ilə oxumalarına nail olmaq gözəl bir xəyal kimi görünə bilər. Amma bu, xəyal olmaya da bilər.


Lap kiçik yaşlarından uşaqlar ətraflarında olan hər şeyi kəşf etməyə həvəs göstərirlər. Qopardıqları otu diqqətlə nəzərdən keçirəndə də, ev heyvanları ilə oynayanda da toxunduqları şeyin nədən ibarət olduğunu, nə hiss etdirdiyini, dadını bilmək istəyirlər.


Nəyisə mükafatlandırılmaq və ya cəzalandırılmamaq üçün etmələri, məsələn, yemək masası arxasında sakit oturmaları isə nadir hallarda olur.


Davranışları yönləndirən ilk faktor daxili (təbii maraq), digərləri isə xarici (mükafat və ya cəza) motivasiyalardır. Bəs, uşaqların yaxşı oxumalarını hansı daha yaxşı təmin edər? Onların mükafatlandırılmadan zövq almasına nail olmaq mümkündürmü?


Təbii marağın əhəmiyyəti


Kanadanın Quebec əyalətindəki Laval Universitetinin motivasiya üzrə mütəxəssisi professor Frederic Guay deyir ki, "Daxili motivasiya çox erkən yaşlarda özünü büruzə verir. Uşaqlar proaktivdirlər, hər şeyə maraq göstərmələri təbiətlərindən irəli gəlir. Müəllimlər və təhsil sistemi bunu təşviq etməlidirlər".


Guay və komandası daxili motivasiya sahəsində şagirdlərin ibtidai siniflərdən ali məktəbə qədər aldıqları qiymətləri araşdıran meta-analiz həyata keçirib, bu yaxınlarda nəticələrinin açıqlanacağı gözlənir.


Analiz 200 mindən çox şagirdi əhatə edən 344 araşdırmanın nəticəsi üzərində qurulub.


Fərqli motivasiya növlərinin çəkisini öyrənmək məqsədilə hazırlanmış anket göstəricilərindən məlum olub ki, konkret bir mövzuya xüsusi maraq göstərən şagirdlər o sahədə daha qabiliyyətli, daha əzmli və yaradıcı olurlar.


Bu istiqamətdə aparılmış digər araşdırmalar da eyni nəticəni üzə çıxarıb - daxili motivasiya uşaqların daha yaxşı oxumasına səbəb olur. Məsələn, Almaniyada həyata keçirilən araşdırmadan məlum olub ki, oxuduqları hekayələrdən zövq alan 7-9 yaşlardakı uşaqlar başqalarıyla rəqabətə girən digər həmyaşıdlarından daha bacarıqlıdırlar.


Yenə bu ölkəyə aid başqa bir araşdırma 8-10 yaşlardakı şagirdlərdə daxili motivasiya ilə oxuduğunu anlamaq arasında əlaqə olduğunu ortaya qoyub. Xarici motivasiya halında isə belə bir əlaqə müəyyən edilməyib.


Daxili motivasiyanın performansa müsbət təsiri təkcə uşaqlara xas hal deyil.


Məsələn, "West Point" hərbi məktəbində şagirdləri nəyin motivasiya etdiyi öyrənilən zaman daxili motivasiyası olanların rütbə alma, yüksəlmə ehtimalının daha çox olduğu üzə çıxıb.


Bəs, nə üçün qırmızı lent taxırıq?


Daxili motivasiyanı təşviq etmənin əhəmiyyətli olduğunu göstərən bu qədər sübut varkən, nə üçün mükafat-cəza üsulu aşağı siniflərdən başlayır? Uşaqları yaxşı oxumağa və ya nümunəvi davranmağa həvəsləndirmək üçün yaxalarına qırmızı lentlər taxılır, uğurlarını rəsmən sənədləşdirmək üçün rüblüklər paylanılır.


I-IV siniflər arasında müəllimlərin mükafat üsulundan istifadə səviyyəsini öyrənən araşdırmada mükafatın tərif variantından bütün müəllimlərin istifadəyə etdiyi bilinib.


Onların təxminən 80%-i sonradan mükafatlandırmaq üçün hər həftənin sonunda şagirdlərə bal verib. Başqa bir mükafatlandırma növü isə bacarıqlı şagirdləri başqalarından fərqləndirmək olub.


9 ildir ABŞ-ın Kaliforniya əyalətində 5-6 yaşlı uşaqlara dərs deyən Christine Dewart deyir ki, təhsil aldığı universitetdə daxili motivasiya məsələsinə böyük önəm verilib, mükafatlandırma üsulundan isə istifadə edilməyib.


Christine Dewart təcrübədə bunun əksini gördüyünü, sinfi idarə etmək üçün mükafatlandırmanın çox önəmli olduğunu deyir: "Bir şagirdin nümunəvi davranışını təqdir etmək digər şagirdləri də eyni davranışa təşviq edir".


Dewart narahatlıq və fiziki zorakılıq problemi olan bir şagirdi misal çəkir:


"Onu pis davranışına görə ön plana çıxarmaq istəmirdim, ona görə də mükafatlandırmanı nəzərdə tutan plan tətbiq etməyə başladım. Özünə nəzarət edə bildiyi hər 15 dəqiqəyə görə sonrakı 1 dəqiqəni istədiyi kimi davranmaq hüququ qazanırdı".


Daxili motivasiyanı artırmaq mümkündürmü?


Uşaqların təbii maraqlarını gücləndirmək və daha az maraqlı dərsləri də öyrənmələrinə nail olmaq onların yaxşı oxumasına gətirib çıxarırsa, tapşırığın özünü mükafata çevirmək üçün nə edə bilərik?


Edinburgh Universitetinin inkişaf psixologiyası üzrə mütəxəssisi Sarah McGeown hesab edir ki, uşağın daxili motivasiyasını təşviq etmək üçün müəllimlər və ailələr bəzi işlər görə bilərlər.


O, uşaqlara özlərini yaxşı oxucu kimi identikləşdirmək imkanı vermənin çox vacib olduğunu vurğulayır - onlar hətta komiks və ya jurnallar oxumağı xoşlasalar belə:


"Çox maraq göstərdikləri kitab növlərini və ya müəllifləri tapmaqda uşaqlara kömək etmək olduqca vacibdir".


Guay uşaqlara seçim hüquqları olduğunu hiss etdirməyin və öz istədikləri şeyləri etdiklərini düşünmələrinə nail olmağın da çox vacib olduğunu deyir:


"Əsas diqqəti mükafatlara yox, uşaqlarla münasibətə yönəltmək lazımdır. Bunun üçün onları dinləmək, düşüncələri neqativ olsa belə, normal hisslərini anlamağa çalışmaq lazımdır".


Guay hesab edir ki, şagirdlər hansısa fəliyyət növünə mənfi yanaşanda, əyləncəli olmayan bu fəaliyyətin əhəmiyyətini onlara başa salmaq üçün vaxt ayırmaq lazımdır:


"Əyləncəli olmasa da, oxumağı vacib hesab edən şagirdlər daxili motivasiyalı şagirdlər qədər pozitiv nəticələr əldə edə bilərlər".


Rəy sistemi oxumaq həvəsini artırırmı?


Bütün bunlar şagirdlər üçün ən bariz xarici motivasiya olan qiymətlərə necə təsir etməlidir? Həm Guay, həm də McGeown hesab edirlər ki, bu müddət ərzində qiymətlərə yox, göstərilən səylərə fokuslanmaq lazımdır. Ancaq bəzi müəllimlər bu məsələdə daha irəli getməyi planlaşdırırlar.


"Qiymətləri Tərk Edən Müəllimlər" ("Teachers Going Gradeless") adlı "Facebook" qrupunun yaradıcılarından biri, ingilis dili müəllimi Aaron Blackwelder də belələrindəndir. Hazırda qrupun 5 mindən çox üzvü var.


Blackwelder 1980-ci illərdə 10-12 yaşlardakı şagirdlərin yalnız qiymət; həm qiymət, həm rəy; yalnız rəy yazılanda necə performans göstərdiklərini öyrənən bir araşdırmadan ilham alıb. Bu araşdırmaya görə, yalnız rəy alan şagirdlərin marağı və performansı ən yüksək səviyyədə, yalnız qiymət alan şagirdlərin maraq və performansı isə axırıncı səviyyədə olub.


Bu nəticəyə əsasən Blackwelder şagirdlərinə qiymət qoymaq əvəzinə onlara istədikləri bir neçə mövzunu təqdim edib və performanslarını yalnız rəylə dəyərləndirməyə başlayıb.


Bəzi müəllimlər bu metoda şübhəylə yanaşsa da, Blackwelder işə yaradığını düşünür. Deyir ki, oxumağa heç bir maraq göstərməyən şagirdlərin sayında azalma olmasa da, digər şagirdlər "astronomik" şəkildə uğura doğru qaçırlar.


"Şagirdlərim müsbət rəy verəcəyimə inanırlar, çünki mənim münasibətimin cəzalandırıcı olmadığını görürlər. Aralarında daha yüksək qiymət almaq üçün hər hansı rəqabət olmadığından bir-birilərinə də daha çox inanmağa başlayıblar. Əslində, birlikdə güclü olmaq üçün bir-birilərinin güclü tərəflərini də önə çıxarırlar" - Blackwelder belə deyir.


Buna baxmayaraq dərs ilinin sonunda Blackwelder-dən şagirdlərinə qiymət yazmaq tələb olunur. Təhsil sektorunda analitik mərkəz olaraq fəaliyyət göstərən Thomas B. Fordham İnstitutunun direktoru Adam Tyner qiymətlərin praktik məqsədə xidmət etdiyini deyir:


"Qiymət yazmağın başlıca faydası performansı həm şagirdlərin, həm də valideynlərin başa düşə biləcəyi tək bir fiqur halına gətirməkdir. Müəllimlər təkcə biliyi yox, davranışı da qiymətləndirə bilirlər və beləliklə, şagirdin təkcə dərsi bilib-bilməməsi yox, sinifdə necə davrandığı da dəyərləndirilmiş olur".


Bundan başqa, "yalnız rəy" modeliylə çalışan müəllimlərin də sonda şagirdlərə qiymət yazmaq məcburiyyətində qalması bir sosial həqiqətdən xəbər verir - şagirdlər böyüyüb işləməyə başlayanda qarşılarına maaş olaraq çıxacaq xarici motivasiya həyatlarında daha böyük rol oynayacaq.


Mükafatların faydası nədir?


Bəlkə də buna görə yaşca daha böyük şagirdlərdə xarici motivasiya performansa müsbət təsir göstərə bilir.


Adam Tyner ABŞ-da Milli Riyaziyyat və Elm Təşəbbüsünün Kolleclərə Hazırlıq Proqramını xatırladır. Bu proqramda şagirdlərə yüksək səviyyədə təhsil verilir, bacarıqlı şagird və müəllimlər maddi olaraq mükafatlandırılırlar .


"Northwestern Universitetindən iqtisadçı Kirabo Jakson bu proqramın təhsilə davam etmə səviyyəsini 4,2% artırdığını ortaya çıxarıb. Bəzi tapıntılar heyrət doğurur. Məsələn, Latın Amerikası əsilli şagirdlər bu təşviq proqramına daxil olanda gəlirləri 11% səviyyəsindəydi" - Tyner belə deyir.


O, həmçinin qeyd edir ki, xarici motivasiya faktorları daxili motivasiya elementlərini baltalaya bilər və bunun əksi də mümkündür. Tynerin fikrincə, uşaqların hamısında daxili motivasiya olduğunu düşünmək həqiqətə uyğun deyil:


"Araşdırmaçılar bildirirlər ki, daxili motivasiyanın onsuz da yüksək olduğu hallarda xarici motivasiyalara yer vermək təhlükəli ola bilər - mövcud olan zövqlü təcrübəni yenidən qiymətləndirərək bundan pul qazanmaq həvəsi yaradar. Ancaq məktəb çalışmalarında, xüsusilə də, riyaziyyat kimi çətin və texniki sahələrdə gənclərdə daxili motivasiya olduğunu düşünmürəm".


Tyner hesab edir ki, hər iki motivasiya elementinin bir-birini dəstəkləməsi və birlikdə çalışması da mümkündür: "Daxili və xarici motivasiyaların bir-birini itələdiyini deyənlər var. Halbuki xarici motivasiya şagirdin yaxşı oxumasına səbəb ola bilər. Öyrənmək insana güc verir və beləliklə, şagirdin özünə inamı da artır".




Загрузка...
Həmçinin oxuyun:
Uşaqların dərs oxumaq həvəsinə daha çox nə təsir edir: təbii maraq, yoxsa mükafatlandırılma arzusu?

Uşaqların dərs oxumaq həvəsinə daha çox nə təsir edir: təbii maraq, yoxsa mükafatlandırılma arzusu?

Motivasiya və onun təlimdə rolu

Motivasiya və onun təlimdə rolu

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Xoşbəxt və uğurlu həyatın əsas mənbəyi

Xoşbəxt və uğurlu həyatın əsas mənbəyi

Uşaqlar valideynlərini necə idarə edir?

Uşaqlar valideynlərini necə idarə edir?

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Oxumaq hələ öyrənmək deyil, oxumadan da öyrənmək mümkün deyil….

Oxumaq hələ öyrənmək deyil, oxumadan da öyrənmək mümkün deyil….

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Xarici ölkələrdə şagirdlərin zəif qiymət alması uşağın savadsız olması anlamına gəlmir.

Xarici ölkələrdə şagirdlərin zəif qiymət alması uşağın savadsız olması anlamına gəlmir.

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

İbtidai sinifdə maraqlı dərslər

İbtidai sinifdə maraqlı dərslər

Tərbiyənin növləri

Tərbiyənin növləri

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

Nadir İsrafilov:  Oxumaq savad sayılmır, bilmək savad sayılır

Nadir İsrafilov: Oxumaq savad sayılmır, bilmək savad sayılır

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Metodbirləşmələr

Metodbirləşmələr

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

"Yeganə xalqıq  müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

"Yeganə xalqıq müəllimə pul veririk ki, uşağıma qiymət yaz"