AzTehsil.com


Xəbərlər / Müəllim
22 iyul 2023
571


Bu, moizə oxumaq deyil: Dini dərs keçəcək müəllimlər varmı? - Bu təklif Azərbaycanı silkələdi




Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan dünyəvi dövlətdir. Ölkəmizdə din dövlətdən ayrıdır. Buna baxmayaq müxtəlif zamanlarda orta məktəblərdə dini fənlərin tədrisi ilə bağlı müzakirələr aparılır. Dinin məktəblərdə tədrisi məsələsi cəmiyyətdə müxtəlif yanaşmalara səbəb olur. Orta məktəblərdə böyüməkdə olan nəslin milli-mənəvi dəyərlərimizə uyğun formalaşması vacib amillərdən biridir. Bunun üçün bütün zəruri addımlar atılmalıdır. Lakin dinin məktəblərdə tədris olunması müəyyən zaman kəsiyində gündəm olur. Bildiyimiz kimi orta məktəblərdə “Həyat bilgisi” adlı fənn tədris olunur. Bu fənn çərçivəsində şagirdlərə dinlərlə bağlı zəruri məlumatlar verilir. Bəs dinin məktəblərdə tədris olunmasının cəmiyyətimiz üçün nə kimi xeyri var?


Mövzu ilə bağlı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucov Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycan dünyəvi dövlət olduğu üçün dini bilgilər haqqında ayrıca fənnin tədris olunması xeyli müzakirə və mübahisələrə səbəb ola bilər:


“Hazırda orta məktəblərdə “Həyat bilgisi” fənni tədris olunur. Bu fənn çərçivəsində din və digər mövzularda yeni bilgilər aşılanır. Dini dünyagörüşün düzgün formalaşmaması və yanlış təbliğatı insanların radikal qruplaşmaların qurbanına çevirir. Buna görə də doğru-düzgün dini bilgilərin verilməsi vacibdir. Azərbaycanda son dövrlərdə gənclər din adı altında müxtəlif qruplara qoşulurlar. Buna görə insanları maarifləndirmək lazımdır”.


Ekspert vurğulayıb ki, dini tədris etmək o demək deyil ki, insanları dindar olmağa sövq edirik:


“Bu baxımdan insanları düzgün istiqamətləndirmək lazımdır. Xüsusən ölkəmizdə İslam dinini qəbul edən vətəndaşlar olduqca çoxdur. Bu din tədris olunarsa İslam dininin terror dini olmadığı və mahiyyəti öyrədilər. Bu bilgilərdən sonra cəmiyyətə sağlam və savadlı vətəndaş verə bilərik. Hazırda dini biliklər səthi tədris olunur. Məncə, ayrı fənn kimi yox, sadəcə daha dolğun izah etmək məqsədə uyğundur”.


Psixoloq Əfsanə Rüstəmova qeyd edib ki, əgər yaşadığımız ölkədə din dövlətdən ayrıdırsa, məktəbdə dinin tədris edilməsi mütləq şəkildə seçimli şəkildə olmalıdır:


“Öncə uşaqlara ümumi dinlər haqqında məlumat verilməlidir. Daha sonra isə bu fənni öyrənmək istəyi uşaqların azad seçiminə buraxılmalıdır. Bu elə bir məsələdir ki, olduqca həssas olmaq lazımdır. Uşaqların böyümə və inkişaf dövründə onlara psixoloji zərər verməkdən yayınmalıyıq. Digər tərəfdən də baxmaq lazımdır ki, biz gələcək nəsli necə yetişdirmək istəyirik. Ümumiyyətlə, dinin tədris olunmasının nə kimi nəticələri olar bilər? Komitənin fikrini daha dəqiq bilsək bu mövzu haqqında geniş danışa bilərik. İndi isə sadəcə öz müşahidə və fikirlərimizi bölüşürük. Bu düzgün olmaya bilər”.



Psixoloq diqqətə çatdırıb ki, əgər nəysə təklif ediriksə, mütləq şəkildə icrası üçün bütün səbəb və nəticələrə nəzər salmalıyıq:


“Məktəbdə azyaşlılarla işləmək məsciddə moizə oxumaqla eyni deyil. Ona görə çox həssas olmaq lazımdır. Bu fənni tədris edən müəllimlər son dərəcə diqqətli və rasional olmalıdırlar. Baxmalıyıq ki, hər bir məktəbə bu sahə üzrə verilə biləcək kadr varmı? Müəllim olmaq elə bir peşədir ki, sözləri seçib düzgün demək lazımdır. Əks halda şagirdlərdə travma yaranar. Həmçinin, materiallar diqqətlə və xüsusi hazırlanmalıdır. Bu saydıqlarım qədər nümayəndə, vəsait hazır bazarda yoxdursa ilk növbədə boşluqları doldurmalıyıq. Hazırki dövrdə uşaqlar telefonlardan onsuz da çox istifadə edirlər. Yararlı-yarasız məlumatlar əldə edirlər. Beyinlərində çoxlu informasiya var. Ümumiyyətlə, dinin tədris olunması bir qurumun üstünə düşəcək öhdəlik deyil”.



Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurasının sədr mavini Nadir İsrafilovun sözlərinə görə, illərlə müzakirə olunan məsələlərdən biri də dinin məktəbdə tədris edilməsidir:


“Maraqlısı budur ki, bu məsələ qaldırılır, müzakirə edilir. Daha sonra isə yaddan çıxır. Hər dəfə dini bayramlar, Məhərrəmlik ayı gələndə məsələ gündəmə gəlir. Cəmiyyətimizdə məsələyə iki cür münasibət var. Bir qrup dinin tədris olunmasını lehinə, digər qrup isə əleyhinədir. Ümumiyyətlə, ölkəmizdə din güclüdür. Bunu Qafqazın ən böyük məscidinin Azərbaycanda olduğu ilə sübut edə bilərik. Dinin tədris olunması üçün bilavasitə Elm və Təhsil Nazirliyi öz mövqeyini bildirməlidir. Onsuz da “Həyat bilgisi” fənni tədris olunur. Orada da din haqqında məlumatlar verilir. Unutmamalıyıq ki, din mənəvi dəyərdir”.


N.İsrafilov əlavə edib ki, bütün fənlər təməl kimi orta məktəbdə tədris olunsa da, din orta məktəbdə keçirilmir, lakin dini institutlar var:


“Nəyə görə bu vaxta kimi din tədris olmayıb? Bu da ayrı mövzudur. Səbəbi din xadimlərimizin içində xaricdə təhsil alanlarının sayının çox olmasıdır. Bunun üçün də yanaşmalar fərqli olub. İndi artıq Azərbaycan İlahiyyat İnstitutu var. Burada din elmi cəhətdən izah edilir. Ümumiyyətlə, cəmiyyətimizə din elmi cəhətdən öyrədilməyib. Lakin insanların çoxu müsəlmandır. Məncə, dini fənn kimi tədris etməkdənsə, digər fənlərdə olan dini məsələlərin saatını artmaq lazımdır. Başqa variant kimi “Mənəvi dəyərlər” fənni yaratmaq olar. Lakin sırf dinə köklənmək lazım deyil. Hər il bu məsələyə toxunmaqdansa, bir nöqtə qoymaq lazımdır”.





Загрузка...
Həmçinin oxuyun:
İlahiyyat İnstitutunun yeni rektoru: “İfrat fikirlərin yayılmasının qarşısını almaq üçün...” - MÜSAHİBƏ

İlahiyyat İnstitutunun yeni rektoru: “İfrat fikirlərin yayılmasının qarşısını almaq üçün...” - MÜSAHİBƏ

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

"Sağlam gələcəyimiz üçün şagirdləri sağlam düşüncədə yetişdirməliyik"..Kant-ın həyat "bilgisi"

"Sağlam gələcəyimiz üçün şagirdləri sağlam düşüncədə yetişdirməliyik"..Kant-ın həyat "bilgisi"

Şagirdlərdə  mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı  və səriştəliliyi

Şagirdlərdə mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı və səriştəliliyi

“Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır”

“Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır”

Metodbirləşmələr

Metodbirləşmələr

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

”Belə bir institutun yaradılması lazım idi...”

”Belə bir institutun yaradılması lazım idi...”

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

BSU-da "Elm və Din" adlı kitabın təqdimatı keçirilib

BSU-da "Elm və Din" adlı kitabın təqdimatı keçirilib