Universitetlər bilikli kadrlar yetişdirsin, onların da təzədən sertifikasiyaya cəlb olunmasına ehtiyac olmasın.
"Elm və Təhsil Nazirliyi bildirir ki, bəzi müəllimlər hansısa sözü yaza bilmir və ya çubuqlu bölməni edə bilmir. Əgər biz bütün acı həqiqətləri demək istəyiriksə, onda nazirlik desin görək, bu tələbələr hansı universitetləri bitiriblər, onlar da bundan nəticə çıxarsınlar".
Bunu deputat Ceyhun Məmmədov bildirib
Millət vəkili qeyd edib ki, universitetlərdən tələbələr məzun edilir, diplom verilir, təkrar onlar sertifikasiyaya cəlb olunur:
"Bizim həm vaxtımız, həm enerjimiz, həm də dövlətin vəsaiti gedir. Hesab edirəm, bu prosesə paralel olaraq universitetlərdə təhsilin keyfiyyəti və məzmunu qaldırılmalıdır. Artıq elə bir sistem qurmalıyıq ki, universitetlər məktəblərimiz üçün sağlam, bilikli kadrlar yetişdirsin və onların da təzədən sertifikasiyaya cəlb olunmasına ehtiyac olmasın. Artıq o mərhələyə gəlməliyik ki, universitetlər normal, bilikli, savadlı mütəxəssislər yetişdirə bilsinlər".