İlham Əhmədov -Şüar olaraq qalan şüarlar.
2023-cü il üzrə Dünya universitetlərinin qlobal reytinq cədvəli dərc edilib.
Bu reytinq cədvəllərində Qazaxstan universitetləri hamını yaxşı mənada heyrətləndirdi. İlk 1500-də Qazaxstan 21 universitetlə təmsil edilib, bu onlar üçün ciddi uğurdur. Biz isə TOP -1500-də cəmi 3 universitetlə təmsil olunmuşuq. 10 il əvvəl isə heç TOP-8.000 də yox idik. Amma bu bizim universitetlərimizin inkişaf dinamikasının göstəricisi deyil. Çünki, reytinqlər maksimum TOP-1500 üzrə olur.
Bizim xalq heç də qazaxlardan zəif deyil, heç bir sahədə. Əgər biz də onlar kimi ali təhsil sahəsində düzgün strategiya yürütsəydik, indi TOP-1000 içində 3, TOP-1500 içində 6-8 universitetlə təmsil olunardıq. Bunun üçün çox şey lazım deyil: sağlam kadr və normal maliyyə siyasəti kifayət idi, hansı ki, bizim təhsildə son 25 ildə heç vaxt olmayıb.
12 il əvvəl Qazaxstana ezamiyyəyə getmişdim.
Alma-ata hava limanında cəmi bir siyasi plakat vardı: "Müstəqil Qazaxstanın ümdə vəzifəsi universitetlərimizin yüksək inkişafına nail olmaqdır" (N.Nazarbayev).
Bizim təhsillə əlaqədar şüarlar isə hələ də şüar olaraq qalır.