Məşhur Xınalıq məktəblisi İngiltərəyə gedir
Bir müddət əvvəl yaşadığı kənddə polşalı turist Kamil Cichocki ilə ingilis dilində səlis danışığı ilə gündəmi zəbt edən məktəbli İbrahim Zeynalov İngiltərəyə yollanacaq.
Bizim.Media-nın şimal bürosu xəbər verir ki, Qubanın Rüfət Kəlbiyev adına Xınalıq internat tipli tam orta məktəbinin 6-cı sinfini bitirmiş İbrahim Zeynalov MÜSİAD Azərbaycan təşkilatının dəstəyi ilə İngiltərədə iki həftəlik yay məktəbində olacaq.
Atası Bəhmən Zeynalov açıqlamasında bildirib ki, İbrahimgilin qrupu iyulun 4-də yola düşəcək. Atası hazırda İbrahimin səfəri üçün hazırlıq işlərinin aparıldığını deyib.
Xatırladaq ki, İbrahim Zeynalov gələcəkdə Türkiyədə oxumaq arzusunda olduğunu deyib və mart ayında Bakıda olarkən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tərəfindən də qəbul edilib.