Xəbərlər / Müəllim
24 may 2023
405


Rus bölməsində oxuyanlara “Azərbaycan tarixi”nin dövlət dilində tədrisi hansı problemi YARADACAQ?


2022-2023-cü tədris ilindən başlayaraq Azərbaycanın orta ümumi təhsil məktəblərinin rus bölməsində “Azərbaycan tarixi” fənninin dövlət dilində tədris olunmasına qərar verilib.  


Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, bu tədris ilində ölkənin yalnız 20 ümumi təhsil müəssisəsinin tədrisi digər dillərdə aparılan bölmələrinin V siniflərində “Azərbaycan tarixi” fənni dövlət dilində tədris ediləcək. Cari ildə 20 məktəbdə pilot layihənin nəticələri təhlil edildikdən sonra növbəti il üçün qərar qəbul ediləcək. 


Məsələ ictimaiyyətdə müzakirələrə səbəb olub. Bəzi ekspertlər hesab edirlər ki, “Azərbaycan tarixi” fənninin dövlət dilində tədrisi rus bölməsində oxuyan şagirdlər üçün çətin olacaq. 


Bizim.media-ya mövzu ilə bağlı danışan təhsil mütəxəssisi Nadir İsrafilovun fikrincə, 5-ci siniflərdə “Azərbaycan tarixi” fənninin dövlət dilində tədrisi Ana dilimizin tətbiq sahəsini və təsir imkanlarını daha da genişləndirir:


“Ötən ildən etibarən 9-cu siniflər üçün “Zəfər tarixi” dərs vəsaiti dövlət dilində tədris olunur. Əlbəttə, rus bölməsində Azərbaycan dilində tədrisin genişləndirilməsinin nə dərəcədə vacib olmasını birmənalı qəbul etsək belə, hansı effekt verəcəyini fərdi mülahizələr və proqnozlar deyil, zaman göstərəcək.


Ümumiyyətlə, götürsək ölkəmizdə ingilisdilli, fransızdilli məktəblər də var, görünür bir müddət sonra bu eksperimentin onlara da şamil olunması təklifini irəli sürənlər olacaq. 


Onu da xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl rus bölməsində “Azərbaycan tarixi” ilə yanaşı “Azərbaycan ədəbiyyatı” və “Azərbaycan coğrafiyası” fənlərinin də Azərbaycan dilində keçirilməsi ilə bağlı təkliflər səsləndirilib. Sabah hansı təkliflər səsləndiriləcək, hansı fənlər növbəyə salınacaq?


Hər bir xalq öz dilini, tarixini doğma dildə, vətəndaşı olduğu yaşadığı ölkənin dövlət dilində bilməsi vətənpərvərlik və milli düşüncə baxımından zəruridir. Lakin gəlin görək, bu istiqamətdə addım atılacağı halda, həmin fənlər üzrə rusdilli kontingentlə işləyə biləcək ikidilli peşəkar mütəxəssislərimiz kifayət qədərdirmi?”


Ekspert rus bölməsində Azərbaycan dilində tədrisin ayrı-ayrı fənlər üzrə genişləndirilməsini o qədər də uğurlu addım hesab etmir:


“Bu məsələnin optimal həlli üçün yeganə çıxış yolu hesab edilə bilməz. Uşaq həm o dildən, həm bu dildən məhrum ola bilər. Bir dildə düşünüb, digər dildə cavab vermək hər uşaq üçün düşüncə və qabiliyyəti çərçivəsində mümkün ola bilməz.


Digər tərəfdən rus və ya digər tədris bölməsinin uşağını “Azərbaycan tarixi”ni və ya başqa fənni “Azərbaycan dilində keç” deyə məcbur etməyin özü belə kimlər tərəfindənsə avtoritarlıq nümunəsi kimi qəbul oluna bilər. 


Rus bölməsində hər bir təhsil alanın dövlət dilini mükəmməl bilməsi, “Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi və tətbiqi imkanlarının genişləndirilməsi, digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını təmin etmək üçün ən optimal yol rus bölməsində Azərbaycan dilinin tədrisini gücləndirmək, onun öyrənilməsi üçün saatların əlavə edilməsidir. 


Düzdür, “Azərbaycan dili” fənninin dərs saatı rus bölməsində 2-dən 3 saata qaldırılıb.  Bununla belə daha bir saat əlavə etsək, bundan tədris planlarımız ağırlıq çəkməz. Azərbaycan dilinə mükəmməl yiyələnmək digər məsələlərin həllinə də dəstəkdir.

Hələ ki, bu, pilot layihədir. Sadəcə, gözləməliyik ki, bu layihə hansı effekt verəcək. Yalnız ondan sonra konkret addımlar atmaq olar”, - deyə Nadir İsrafilov əlavə edib. 




Загрузка...
Həmçinin oxuyun:
Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

“Şahmat” fənni tədris olunan pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında yarış keçirilib

“Şahmat” fənni tədris olunan pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında yarış keçirilib

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Bu gün  təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Bu gün təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Sədr müavini-Təhsil naziri Emin Əmrullayevin sözügedən  məsələ ilə bağlı son açıqlamasının əlavə şərhə ehtiyacı yoxdur .

Sədr müavini-Təhsil naziri Emin Əmrullayevin sözügedən məsələ ilə bağlı son açıqlamasının əlavə şərhə ehtiyacı yoxdur .