Xəbərlər / Müəllim
21 may 2023
565

Bağça müəllimlərini gözləyən “təhlükə” - “Kaspi”nin ARAŞDIRMASI

Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 nəfər tərbiyəçi-müəllimdən 51 faizinin (5800 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edək ki, “Məktəbəqədər təhsil haqqında” qanuna əsasən, məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa bilərlər. Hazırda sözügedən təhsil müəssisələrinə rəhbər heyətin mərkəzləşdirilmiş müsabiqə əsasında işə qəbulu ilə bağlı qaydalar hazırlanır. Həmçinin sertifikatlaşmanın tətbiqi də əsas hədəflərdəndir. Yəni artıq bağça müəllimlərinin də sertifikasiyası həyata keçiriləcək. 

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov dedi ki, sertifikasiyanın vaxtı hələ ki, məlum deyil:

“Nazirlik sertifikasiyanın nə vaxt keçiriləcəyini hələ elan etməyib. Amma bu il ərzində keçirilməsi planlaşdırılır. Suallar məktəbəqədər təhsil müəssisələrinin kurikulumunu hazırlayan ekspertlər, mütəxəssislərin materialları əsasında hazırlanacaq. Azərbaycan Dövlət Pedaqoji Universitetinin məktəbəqədər təhsil kafedrasının hazırladığı erkən yaş psixologiyası, pedaqogika kimi əsərlərdən istifadə olunaraq materiallar tərtib ediləcək”.

Q.Məhərrəmov bildirdi ki, sertifikasiyadan keçə bilməyən müəllimlərə yenidən şans veriləcək:

“Dövlət təhsil müəssisələrində sertifikasiyadan keçməyənlər hələ də işləməyə davam edir. Bu o deməkdir ki, məktəbəqədər müəssisələrdə də sertifikasiyadan keçməyənlərə şans veriləcək ki, yenidən hazırlaşsınlar. Dünyada isə sertifikasiya imtahanını məktəb direktoru özü məktəb miqyasında həyata keçirir. İmtahan mərkəzləşmiş formada olmur. Məktəb direktoru hansı müəllimin biliksiz olduğunu təsbit edirsə, onu işdən uzaqlaşdırır”.

Təhsil eksperti Adil Vəliyevin sözlərinə görə, bağçalarımızda kifayət qədər ciddi problemlər var:

“Bu problemlərin əsasında da müəllimlərin ixtisası üzrə işləməməsi durur. Diqqət etsək görərik ki, bağçalarda işləyən müəllimlərin bir çoxunun ixtisası tamamilə fərqlidir, hətta bəlkə də, heç pedaqoji sahədə deyil. Sertifikasiya və ya onların işə qəbulu kimi proseslərin Elm və Təhsil Nazirliyinə verilməsi bu kimi problemləri aradan qaldıracaq. Qaydalardakı dəyişikliklər uşaq bağçalarında keyfiyyətin artmasına gətirib çıxara bilər. Sertifikasiyanın hansı kriteriyalarda keçiriləcəyi ilə bağlı hazırda Elm və Təhsil Nazirliyi qaydalar hazırlayır. Yəqin ki, yaxın vaxtlarda bu barədə ictimaiyyətə də məlumat veriləcək”.

A.Vəliyevin fikrincə, sertifikasiya həyata keçirilərkən müəllimlərin psixoloji durumu da mütləq nəzərə alınmalıdır:

“Özümüz də diqqət edəndə görürük ki, bağçalarda işləyən müəllimlərin şagirdlərlə davranışı heç də xoş deyil. Diqqətə alınmalıdır ki, uşaq bağçalarına müəllimlər işə götürülərkən və yaxud sertifikasiyadan keçərkən onların əlavə olaraq psixoloji durumları da yoxlanılmalıdır. Uşaq bağçalarında azyaşlılardır və yaşına görə danışmayan, hərəkətlərində bir az daha nadinc uşaqlar da ola bilər. Yəni müəllim bağçada hər cür uşaqla qarşılaşa bilər və ona görə də hazır olmalıdır”.

Ekspert qeyd etdi ki, bəzi ölkələrdə bu məsələlər başqa cür həyata keçirilir:

“Xarici təcrübəyə baxanda görürük ki, uşaq bağçalarında işləyən müəllimlərin ixtisası, demək olar ki, məhz bu sahədədir. Mütləq şəkildə müəllimləri işə götürərkən onların psixoloji durumlarına da diqqət yetirirlər. Bu psixoloji yoxlamanı da kağız və ya test üzərində etmirlər. Mütləq şəkildə praktiki olaraq yoxlayırlar. Daha sonra müəllim testdən keçsə belə, əgər psixoloji durumu istədikləri səviyyədə deyilsə, o zaman uşaq bağçasında işləməyinə icazə vermirlər. Düşünürəm ki, bizdə də eyni vəziyyət olmalıdır. İstər hazırda işləyən, istər gələcəkdə uşaq bağçalarında işləyəcək müəllimlərin mütləq şəkildə sertifikasiyada və yaxud da qəbulda psixoloji durumları ölçülməlidir”.

A.Vəliyev bildirdi ki, dəyişikliklərdən sonra bağçalarda xeyli inkişaf gözlənilir:

“Yəqin ki, işçilərin bir çoxu sertifikasiyadan keçə bilməyəcək. Çünki onların ixtisası çox fərqlidir. Tanışı vasitəsilə, yaxud hansısa qeyri-leqal bir yol tapırdılar və uşaq bağçasına işə qəbul olurdular. Artıq bunların hamısı keçmişdə qaldı və belə bir hal baş verməyəcək. Həmin adamların işdən çıxarılması və yeni müəllimlərin işə qəbul olunması həm uşaq bağçalarının reytinqini, həm də oradakı təhsilin və tərbiyənin keyfiyyətini artıracaq”.

Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

2017-2018  Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların  işə qəbulu və yerdəyişməsi   QAYDALARI

2017-2018 Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları