AzTehsil.com


Xəbərlər / Müəllim
06 may 2023
2 730


Yaşlı və kifayət qədər təcrübəyə malik müəllimi narahat etməyə nə lüzum qalır?




Komitə üzvünün sertifikasiya ilə bağlı təkliflərində müəyyən nüanslar nəzərə alınmalıdır.

 

“Nə qədər ümidverici, təsəlli xarakterli rəsmi açıqlamalar verilsə belə, heç də hamı tərəfindən birmənalı qarşılanmayan setifikasiya həyacanı hələ də davam etməkdədir, baxmayaraq ki, artıq ilkin mərhələdən müəyyən vaxt keçib,  bir çox müəllimlərdə lazımi adaptasiya yaranıb.  Bu da təbiidir, çünki, yaşından və hazırlıq səviyyəsindən asılı olmayaraq, imtahan imtahandır, hər kəs üçün psixoloji gərginlik, mənəvi sıxıntı yarada biləcək bir sınaqdır.”

 

Bu sözləri ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması, bu halda müəllimin məcburi deyil, yalnız öz istəyi ilə sertifikatlaşdırmada iştirak edə biləcəyi barədə  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramovun “Əmək Məcəlləsi” və bir sıra müvafiq qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi zamanı verdiyi təklifə münasibət bildirərkən tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov deyib.

 

Ekspertin sözlərinə görə sertifikasiya ilə bağlı ən çox narahat olan zümrə əsasən diplomu dövlət nümunəli olmayan müəllimlərdir ki, Diaqnostik Qiymətləndirmədən fərqli olaraq, bu dəfə  onlara də bu prosesə cəlb olunmaq şansı verilir. Artıq, bu müəllimlər üçün bu sahədə heç bir məhdudiyyət yoxdur. Nazirin də qeyd etdiyi kimi, “əlində hüquqi baxımdan saxta olmayan diplomu olan, lakin bilik və bacarığı yerində olmayan müəllimlər də var: "Belə hallar az deyil. Ona görə bizim indi fokuslandığımız məsələ daha çox tədrisi aparan təhsilverənin biliyinin olmasıdır. İndi bizim məntiqimiz ondan ibarətdir ki, müəllim sertifikasiyada iştirak edərək öz bilik və bacarığını sübut edə bilirsə, biz onu məktəbdə saxlayırıq".Göründüyü kimi bu məsələdə də elə də ciddi bir anlaşılmazlıq qalmayıb.

O ki, qaldı komitə üzvünün təkliflərinə, onu deyə bilərəm ki,  təkcə sertifikasiya ilə deyil, ümumiyyətlə təhsilin istənilən probleminə yönəlik təklif keçərli olub-olmaması dərəcəsindən asılı olmayaraq, alqışlanmalı və təqdir olunmalıdır. Çünki, bu kimi təkliflər az-az hallarda verilir və verilən təkliflərin də heç də hamısı hər dəfə nəzərə alınmır. Bu mənada Millət vəkilinin “Təhsil sektorunun inkişafı ilə bağlı mütəmadi faydalı müzakirələrimizin aparıldığını və təkliflərimizə hər zaman diqqətlə yanaşdıqlarını nəzərə alaraq əminik ki, sertifikatlaşdırmanın təkmilləşdirilməsi ilə əlaqədar da səmərəli fikir mübadiləsi aparılacaq” kimi çağırışışını əlaqədar qurumlara bir mesaj kimi dəyərləndirmək olar.

Zənnimcə Vüqar Bayramovun “Müəllimlərin əməyinin keyfiyyət kriteriyası üzrə qiymətləndirilməsi müsbət hal olsa da, belə meyarların sayının artırılmasına ehtiyac var”;”Sertifikatlaşdırma əməyin dəyərləndirilməsi üçün yeganə meyar olmamalıdır və əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, digər kriteriyalardan da istifadə olunmalıdır”;”Sertifikatlaşdırmada diferensial yanaşma daha məqsədəuyğun olardı, bu, müəllimlərin təşviqi baxımdan da vacibdir” kimi təklifləri  də mübahisə obyekti bilməz.

Məsələyə məntiqlə yanaşsaq və nəzərə alsaq ki, “Qaydalar”a əsasən sertifikasiya hər 5 ildən bir keçirilir və Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir, bu aralıqda yaşlı və kifayət qədər  təcrübəyə malik müəllimi narahat etməyə nə lüzum qalır?  Məsələ ondadır ki, həmin müəssisələrin 65 yaşına çatmış işçisinin orada çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Lakin məsələ ilə bağlı nüans ondan ibarətdir ki, buna baxmayaraq bəzi müəssisələrin təqaüd yaşına çatmış işçisinin çalışma müddəti yuxarıda qeyd olunan müddətdən artıq da uzadıla bilər. Bura elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş, dövlət büdcəsindən maliyyələşən müəssisələr daxildir. 

 

Deməli, belə çıxır ki, müəllim həmin 5 illik müddəti daha 5 il artıq aşa bilər və köhnədən qalma ehtiyat bazası ilə daha iki beşillik müddətinə işləyə bilər. Belə müəllimlərimizin sayı o qədər də az deyil. Buna görə də bu halda yeganə çıxış yolu bu qəbildən olan müəllimləri işdə saxlamaqda, lakin sonrakı 5 illikdə əmək haqqlarına diferensial yanaşmada görülməlidir. Belə bir yanaşma, 60 yaşdan yuxarı olan şəxslərdə arxayınçılıq hissini aradan qaldırar, əksinə məsuliyyət hissini bir o qədər artırar. 

 

Bir də ki, bu təkliflər reallaşarsa, könüllülük prinsipi mexanizminin nə dərəcədə işləyəcəyinə heç kəs təminat verə bilməz. Çünki, hansısa ağsaqqal və ağbirçək bir müəllimin 65-70  yaşında özünə əlavə bir iş açaraq, imtahana girməsi o qədər də real görünmür. Sertifikasiyanın nəticələrinə bel bağlamayanlar və özünü riskə atmaq istəməyənlər üçün isə ən optimal variant  Nazirin ümidverici təsəllisidir: “Məqsədimiz odur ki, sertifikasiyadan keçməyən müəllim şagirdlərə dərs deməsin, amma işdən də çıxmasın. Bunun öhdəsindən nə qədər gələ biləcəyimizi hesablayırıq". Göründüyü kimi, hələ ki, bir çoxları üçün ümid yeri hesablamaların nəticələrinə qalıb. Şekspirin sözü olmasın, çarəsizliyin yeganə dərmanı isə ümiddir... 




Загрузка...
Həmçinin oxuyun:
Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Şagirdlərdə  mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı  və səriştəliliyi

Şagirdlərdə mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı və səriştəliliyi

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası