Yaşlı insanlar internetdən istifadə etməlidir – Bu xəstəlikdən qoruyur
İnternetdən söz düşəndə, ağla həmişə zərər gəlir. Ancaq ABŞ-da aparılan araşdırmalar internetin bu dəfə əhəmiyyətli bir fayda ortaya çıxarıb.
Araşdırmaya minlərlə yaşlı insan cəlb edilib. Məlum olub ki, internet demensiyanın qarşısını alır. Alimlərin fikrincə, virtual dünya, internet demensiyanın müalicəsidir.
Tədqiqatı Nyu-York Universitetinin alimləri həyata keçiriblər. Uzun illər ərzində 50-65 yaş arasında olan 18.000-dən çox insan izlənilib. İştirakçılara iki ildən bir internetdən istifadələri ilə bağlı sual verilib. Onların internetdən müntəzəm olaraq e-poçt göndərmək, alış-veriş etmək və ya səyahət biletləri almaq üçün istifadə edib-etməmələri yoxlanılıb. İnternetdə vaxt keçirənlərin demensiya nisbətinin 50 faiz daha az olduğu müəyyən edilib. Tədqiqatçıların sözlərinə görə, yaşlı insanların gün ərzində iki saata yaxın internet istifadəsi beyni gücləndirir.