Nazirlikdən Bakı və Abşeronda məktəblilər arasında virus yayılması ilə bağlı AÇIQLAMA
Səhiyyə Nazirliyi son günlər Bakının Yasamal və Qaradağ rayonlarında, Abşeronun Masazır qəsəbəsində, eləcə də Sumqayıt şəhərində orta məktəblərdə şagirdlər arasında yayılan suçiçəyi virusu ilə əlaqədar məlumat yayıb.
Məsələ ilə bağlı nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu xəstəlik mövsümi xarakter daşıyır:
“Suçiçəyi xəstəliyinin artımı qışın sonu, yazın əvvəllərində təbii olan prosesdir. Hazırda yaz mövsümü ilə əlaqədar xəstəlik hallarının sayı azalmaqdadır. Epidemioloji vəziyyət nəzarət altındadır”.
Qeyd edək ki, həkimlər suçiçəyi virusunun ömrünün minimum 21 gün olduğunu bildirirlər.