331 nömrəli məktəbin direktoru vəzifəsinə vakansiya elan olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan Bakı şəhəri 331 nömrəli ümumi orta məktəbə direktor vəzifəsinə işə qəbul üçün müsabiqə elan edir.
Sənəd qəbulu 4-11 aprel tarixlərini əhatə edəcək.
Müraciət etmək istəyən şəxslər müvafiq sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, ali təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) BŞTİ-nin İnsan resursları sektoruna (Əlaqə: 146-1 (daxili: 6021)) təqdim edə bilərlər.
Şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisəsinə direktor vəzifəsinə işə qəbul test və müsahibə yolu ilə həyata keçiriləcək.