Sertifikatlaşdırmadan keçən müəllimlərin əmək haqlarına əlavələr olunacaq
“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq sertifikatlaşdırmadan keçən müəllimlərin əmək haqlarına əlavələr sentyabrın sonunda veriləcək.
Mektebgushesi.az/ Modern.az – a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edək ki, bu ilin avqustun 30-da, sentyabrın 1-də və 13-də sertifikatlaşdırmanın test mərhələsi keçirilib. Prosesdə ümumilikdə 11 133 nəfər iştirak edib və onlardan 8 766 nəfər keçid balını toplayıb. Müsahibəyə isə 8707 müəllim qatılıb. Onlardan 8 676 nəfəri uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.
Sertifikatlaşdırmadan keçən 3 086 təhsilverənin vəzifə maaşına 35 faiz əlavə olunacaq, 5 590 müəllimin isə 10 faiz əlavə alacaq.
Xatırladaq ki, sertifikatlaşdırmanın birinci mərhələsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunub