Müəllimlərdən pul tələb edən direktorun yerinə təyinat olub – VİDEO
Sumqayıt şəhər 32 saylı tam orta məktəbə yeni direktor təyin edilib.
Bu vəzifəyə Fəzilə Mahmudova təyinat alıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən saytımıza məlumat təsdiqlənib.
Bildirilib ki, yeni rəhbər şagird sayı 500-dən çox olan məktəblərə direktorların işə qəbulu müsahibəsində uğur qazanıb:
“Mahmudova Fəzilə Ələsgər qızı direktorların işə qəbulu imtahanında uğur qazanaraq, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə təyin edilib”.
Qeyd edək ki, 2022-ci il sentyabrın 14-də məktəbin keçmiş direktoru Esmira İbrahimova “WhatsApp” qrupuna səs ataraq, təhsil ocağını təmir etmək üçün hər müəllimdən 50 manat tələb edib.
Səs yazısından sonra E.İbrahimova vəzifəsindən uzaqlaşdırılmışdı.
https://www.youtube.com/watch?v=_-mf1wJOh98&feature=emb_logo