“Təhsil haqqında” Qanuna dəyişikliklər təsdiqləndi
Parlamentdə “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təsdiqlənib.
Bu məsələyə Milli Məclisin dekabrın 30-da keçirilən plenar iclasında baxılıb.
Qanuna iki dəyişiklik təklif edilib. Belə ki, 32-ci maddədə təhsilalanların hüquqları daha da genişləndirilir və 32.3.7-ci maddədə ixtisasını və təhsilalma formasını dəyişmək, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq, 32.3.12-ci maddədə isə akademik məzuniyyət götürmək hüquqları təsbit olunur. Bu hüquqların təmin edilməsi üçün qaydaların müəyyənləşdirilməsi ilə bağlı qanunun 29-cu maddəsinə iki yeni maddənin əlavə edilməsi nəzərdə tutulub. Qanunun 29.0.10-1-ci maddəsində ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, 29.0.10-2-ci maddəsində isə orta ixtisas təhsil müəssisələrində təhsilalanların həmin hüquqlarının həyata keçirilməsi üçün qaydaların müəyyən olunması dövlətin vəzifələrinə aid edilir.