AzTehsil.com


Xəbərlər / Ekspert
16 noyabr 2022
777


Nadir İsrafilov: ”Sıradan olan bir məsələnin ilbəil gündəmi zəbt etməsi nə deməkdir...?”




“Iş dəftərləri” ilə bağlı 15 illik müzakirələrə yaşıl və ya qırmızı işıq yandırmaqla son qoymaq, bu qədərmi çətindir...?


Ondan başlayım ki, vaxtaşırı olaraq KİV-də və sosial mediada ara-sıra yazı və müsahibələrimi, təhsil sahəsindəki uzun illik bir təcrübəmi nəzərə alaraq, izləyicilərim tərəfindən mənə ünvanlanan suallara bildiyim qədər aydınlıq gətirmək zorunda qalıram. Nə deyə bilərəm...? Onu bilirəm ki, “Bilməmək eyib deyil, soruşmamaq eyibdir” deyib atalarımız. Bir də ki, sağ olsunlar, sayırlar, qiymətləndirirlər. Bununla belə, bütün sualları cavablandırmaq da bəzən fiziki imkanlarım xaricində olur. Cavablandırmamaq isə, qarşı tərəfə olan diqqətsizlikdir, sayğısızlıqdır, hörrmətsizlikdir. Mən belə başa düşürəm. Artıq neçənci dəfədir ki, “başıbəlalı iş dəftərləri” ilə bağlı suallarla qarşılaşıram və hətta özüm-özümə sual vermək məcburiyyətində qalmışam: ”Sıradan olan bir məsələnin ildən-ilə gündəmi zəbt etməsi nə deməkdir? Yəni, “Iş dəftərləri” ilə bağlı 15 illik müzakirə və mübahisələrə yaşıl və ya qırmızı işıq yandırmaqla son qoymaq, bu qədərmi çətindir?”


Təsəvvür edin ki, 2007-ci ildən bu yana “Məktəblilərin iş dəftəri bəlası”, “Orta məktəblərdə iş dəftəri biabırçılığı”, “Valideynlər üçün “məktəb faciəsı”, “İş dəftərləri bilik mənbəyidir, yoxsa qazanc?” və s. bu kimi başlıqlı yazılar neçə dəfələrlə manşetlərin bəzəyi olub. Nə az, nə çox, düz 15 ildir ki, hər yeni dərs ilinin başlanması ilə əlaqədar iş dəftərləri ilə bağlı məsələ yenidən gündəmə gəlib. “Satışda iş dəftərləri niyə tapılmır?”; “Şagirdlər üçün iş dəftərləri niyə yoxa çıxıb?”; ”Aşağı siniflər üçün iş dəftərləri tapmaq müşkülə çevrilib” ; “Şagirdlər üçün iş dəftərləri niyə poçtlarda satılır?” və s. bu kimi yazılar ayrı-ayrı saytların manşetinə çıxarılıb. 


Müvafiq qurumlardan kimi isə “Azərpoçt” MMC ilə Təhsil Texnologiyaları Mərkəzi arasında bağlanan müqaviləni əsas gətirib, kimi isə bu satışın kitab mağazalarında təşkil olunmasını əsaslandırmağa çalışıb, bir çox valideyn isə iş dəftərlərini ala bilmədiklərindən gileylənib. Bununla bağlı Təhsil İnstitutunun açıqlamasında isə bildirilib ki, iş dəftərləri ərazi üzrə tələbata uyğun olaraq poçt şöbələrinə paylanılıb, valideynlərin ərazi üzrə poçt şöbələrinə yaxınlaşmaları tövsiyə edilib. Poçta müraciət edən valideynlər isə orada sözügedən ləvazimatların tapılmadığını deyiblər.


Yəqin bilən bilir, bilməyən  isə bilsin ki, Təhsil Nazirliyi “İş dəftərləri”nin tətbiqini yaranan zərurətlə əlaqədar, yəni kurikulum sisteminə uyğun olaraq 2007-2011-ci illər üçün məqbul saymışdı. Çünki, o dövrdə kurikulumun tələblərinə uyğun dərsliklər hazırlanana qədər belə dəftərlərdən istifadəyə ehtiyac vardı. Lakin təəssüflər olsun ki, bundan kütləvi şəkildə sui-istifadə hallarına yol verildi. Bu, “iş dəftərləri” təhsilə, biliyə və elmə xidmətdən daha çox kommersiya maraqlarına xidmət etməyə başladı. Nə yazıq ki, dəftərlərin üz qabığı “Coca–Cola”, “Pepsi”, “Azercell”, “Bakcell” və bu kimi

digər reklamlarla bəzədildi. Qiymətlər çoxları üçün əlçatan olmadı. İctimaiyyət bu məsələnin üstünə getdi. Bu, mətbuatda da geniş işıqlandırıldı və Nazirlik iş dəftərlərini dərslik komplekti siyahısından çıxarılması barədə əmr verdi. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanuna əsasən dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməməsi nəzərdə tutuldu.


Belə çıxırdı ki, əslində kurikuluma uyğun yeni nəsil dərsliklər hazırlandıqdan sonra daha çox biznes və kommersiya məqsədlərinə xidmət edən və valideynlərə məcburi sırınan “İş dəftərləri”nə elə də bir ehtiyac qalmayacaqdı. Təhsil Nazirliyindən isə zaman-zaman, dəfələrlə bildirilirdi ki, “İş dəftərləri” dərslik komlektindən çıxarılıb, onların istifadəsi məcbur deyil. Hətta belə bir rəsmi bəyanat da verilmişdi ki, əgər məktəblərdə şagirdlərə məcburi şəkildə iş dəftərləri aldırırlarsa, o zaman valideynlər hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Qanunverciliyə əsasən buna dair ciddı ölçü götürüləcək. Belə hallar baş verərsə, biz buna qarşı mübarizə aparacağıq.” Lakin məsələ olduğu kimi qalmaqda davam edir. İş dəftəri aldırılır, onlardan ev tapşırıqları verilir. Bununla belə üstündən artıq neçə illər keçməsinə baxmayaraq, vəziyyət o qədər də dəyişməyib.


Bəs problemin düyünə düşməsinin səbəbi nədir? Kimsə bunu belə qəbul edir ki, iş dəftərləri dərslik komplektindən çıxarılıb, tədris prosesindən ki, çıxarılmayıb. Eynilə belə çıxır ki, iş dəftərlərindən istifadə edə də bilərsən, etməyə də. Bir tərəfdən də, bu məsələdə Təhsil Nazirliyindən asılı olmayan səbəblər də var, digər korporativ və kommersiya maraqları və s. də öz yerində. Məlum olduğu kimi “İş dəftərləri” 2013-cü ildən Təhsil Nazirliyindən alınaraq müstəqil nəşriyyatlara verilmişdi. Bir məsələ də var ki, bir çox müəllimlər və məktəb rəhbərləri də bizə məlum olan və məlum olmayan səbəblərdən bu iş dəftərlərin istifadəsində maraqlıdırlar. “İş dəftərləri”nin alınmasında ayrı-ayrı valideyn və şagirdlərə müəyyən təzyiqlər barədə də çox deyilib, çox yazılıb. Bir çox valideynlərimiz də bu kimi məsələlərə loyallıq göstərməkdə davam edirlər.


Təhsil Nazirliyinin mövqeyi isə belə olub ki, dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlər əsas tədris vəsaiti olan dərsliklərlə pulsuz təmin edilirlər. Dərsliklərdə kifayət qədər çalışmalar var ki, onların adi yazı dəftərində həll edilməsi ilə mövcud təhsil proqramının mənimsənilməsi tam təmin oluna bilər. Bununla belə, müəllim təhsil proqramında nəzərdə tutulan standartların reallaşdırılması üçün dərslikdən başqa digər tədris resurslarından da istifadə edə bilər. Müəllim tədris prosesində şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq, onlara müxtəlif vəsaitlərdən, eləcə də iş dəftərindən tapşırıqlar verə və bununla da diferensial yanaşmanı təmin edə bilər.


Beləliklə, dilemma qarşısında qalmışıq. Əgər, doğrudan da iş dəftərləri, testlər və s. bu kimi digər əlavə materiallar məcburi deyilsə, o zaman təhsili onun üzərində qurmaq nə  dərəcədə düzgündür? Əks halda valideynlər onları almaq məcburiyyətində qalır və əlavə xərcə düşmüş olurlar. Bu isə, aztəminatlı ailələr üçün xüsusilə çətinlik yaradır. Sözügedən məsələnin hər dəfə dartışmaması üçün çıxış yolu isə o ola bilər ki, ya, "İş dəftərləri” dərs kitabları ilə bərabər, şagirdlərə pulsuz verilməli, ya da, hələ də dərsliklərə əlavə qismində tətbiq edilməkdə davam edən "İş dəftərləri"nin nəşri və məktəblərə yol açmasına müdaxilə üçün nazirlyin nəşriyatlara təsiri olmalıdır. Yoxsa, kim zəmanət verə bilər ki, bu məsələ növbəti və bəlkə də neçə belə növbəti illərdə də dartışma obyekti olmayacaq...?





Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Nadir İsrafilov-Təəssüflər olsun ki, kütləvi şəkildə sui-istifadə hallarına yol verildi.

Nadir İsrafilov-Təəssüflər olsun ki, kütləvi şəkildə sui-istifadə hallarına yol verildi.

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

"Gündəmi zəbt edən məsələ ilə bağlı tərəflər anlayış göstərməlidirlər"-Nadir İsrafilov

"Gündəmi zəbt edən məsələ ilə bağlı tərəflər anlayış göstərməlidirlər"-Nadir İsrafilov

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

Fiziki tərbiyənin mahiyyəti və məqsədi,  Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi, Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Məktəblilər üçün yeni dərs vəsaiti  - " Yaşıl paket"in təqdimatı keçirilib

Məktəblilər üçün yeni dərs vəsaiti - " Yaşıl paket"in təqdimatı keçirilib

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

“Təhsilə vurulan zərbə”, “haram pul alan müəllim”, “pis gündə olan tələbə” haqqında söhbət

“Təhsilə vurulan zərbə”, “haram pul alan müəllim”, “pis gündə olan tələbə” haqqında söhbət

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Ucqar kəndin gənc müəllimi - “Burda yarım metr qar yağanda da bütün uşaqlar dərsə gəlir”

Ucqar kəndin gənc müəllimi - “Burda yarım metr qar yağanda da bütün uşaqlar dərsə gəlir”

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”