AzTehsil.com


Xəbərlər / Ekspert
03 noyabr 2022
735


Bu anlaşılmazlıqlar şübhəsiz ki, Azərbayçanda təhsil islahatlarının gedişini də xeyli ləngitdi.




"Elmlə bağlı savadlılıq səviyyəsini mümkün qədər artırmalıyıq. Bizim şagirdlərimiz elmi savadlılığa malik olmalı və bu səpkidə dəyişiklər baş verməlidir." Bunu elm və təhsil naziri Emin Əmrullayev “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq tədbirində çıxışı zamanı deyib. Nazir bildirib ki, yerli kurikulumlarla bağlı islahatlar aparılmalı və bunun vasitəsilə araşdırma kampaniyasını icra etməliyik.


Neçə illər idi ki, “Təhsilsiz elm, elmsiz təhsil ola bilməz” deyirdik, ancaq bu istiqamətdə konkret addımlar atmağa tələsmirdik. İdarəetmənin daha effektiv işləməsi üçün Təhsil Nazirliyində struktur dəyişikliyinin aparılması, yəni Elm və Təhsil Nazirliyinin yaradılması da məhz bu zərurətdən irəli gəlirdi. Nəhayət problem həll olunub. Nazirin Beynəlxalq tədbirdəki son açıqlaması bu sahədə olan boşluqların aradan qaldırılmasına, xüsusilə də  kurikulumların təkmilləşdirilməsinə olan ümidi artırır.” 


Bunu AzEdu.az-a açıqlamasında  təhsil mütəxəssisi Nadir İsrafilov nazirin yerli kurikulumlarla bağlı islahatlar aparılmalı və bunun vasitəsilə araşdırma kampaniyasını icra etməliyik barədə fikirlərinə münasibət bildirərkən deyib.


Tanınmış ekspertin qənaətinə görə, bəlkə də təhsil sistemimizə əsasən 90-cı illərdən başlayaraq yeni pedaqoji terminalogiya kimi daxil edilən, tətbiqindən artıq xeyli müddət keçməsinə baxmayaraq tam mənimsənilməsi bu günə qədər istər şagirdlər üçün, istərsə də müəllimlər üçün hələ də problem yaratmaqda davam edən  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən, konseptual sənəd olaraq Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulum) kimi təsdiq edilmiş bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi.


Kurrikulum əsasında hazırlanmış dərsliklər və qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı. Bu anlaşılmazlıqlar heç şübhəsiz ki, Azərbayçanda təhsil islahatlarının gedişini də xeyli ləngitdi. Halbuki, cəmiyyət kurikulum ideyasının tətbiqinə hazır deyildi. Bu ideyaya doğru birdən-birə yox, addım-addım getmək, onu təhsilalan və təhsilverənin şüuruna tədricən yeritmək lazım idi.


Kurrikulumla bağlı proseslərin son dərəcə geniş və əhatəli olduğunu nəzərə alsaq, onun təkcə konkret bir aspektinə - kurrikulumun tələbləri səviyyəsində hazırlanmış və 2009-cu ilin yanvarında təsdiq olunmuş "Ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası”na gözucu belə diqqət yetirməklə məsələnin nə dərəcədə qəlizləşdirildiyinin və təhsil alanlarla təhsil verənlər üçün hansı əlavə problemlər yaratdığının şahidi olmaq olardı. Onu da deyim ki, kurrikulum əsasında hazırlanmış dərsliklər nə effekt verdisə, cəmiyyətdə nə kimi reaksiya doğurdusa, bu qiymətləndirmə də həmin effekti verməyə məhkum idi, çünki mövcud reallığa  söykənmirdi.


Nəhayət bir müddət  keçməmiş, bütün bunların fonunda ən yüksək dərəcəli rəsmilər tərəfindən etiraf olundu ki, “Spesifik misallardan biri odur ki, biz 2008-2009-cu tədris ilində təhsil sistemimizdə yeni kurrikulumun tətbiq olunmasına başlamışıq. Amma müəllimlərə "yeni kurrikulumun tələbləri nədir, bu, onların işində, peşəkar hazırlığında hansı yenilikləri və hazırlıqları tələb edir” mövzusunda təlim və tədris aparmağı unutmuşuq. Bunun hansı nəticələrə gətirib çıxara biləcəyi aydındır.”


Ümid edək ki, kurikulumlarla bağlı təkmilləşdirmə və yeniləşdirmə işlərinə başlanması, nəticəyönümlülük prinsipi gözlənilməklə müəllim və  şagirdlərin ağır yükünün yüngülləşdirilməsi prosesi o qədər də uzun çəkməz...




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

100 yaşlı universitetin əfsanəvi məzunu

100 yaşlı universitetin əfsanəvi məzunu

“Neçə illərdən bəri “təhsilsiz elm, elmsiz təhsil ola bilməz” deyirdik  - ŞƏRH

“Neçə illərdən bəri “təhsilsiz elm, elmsiz təhsil ola bilməz” deyirdik - ŞƏRH

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

“Təhsil Nazirliyi LƏĞV EDİLƏCƏK, əvəzində isə…”- Ekspertlər danışır

“Təhsil Nazirliyi LƏĞV EDİLƏCƏK, əvəzində isə…”- Ekspertlər danışır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı...

Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı...

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Nadir İsrafilov: İnkişaf etməkdə olan ölkələrdə bu cür islahatlar davam etdirilir.

Nadir İsrafilov: İnkişaf etməkdə olan ölkələrdə bu cür islahatlar davam etdirilir.