Bakıda beş yaşlı uşağı avtomobil vurub
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı uşağı avtomobil vurub.
APA xəbər verir ki, hadisə Zığ qəsəbəsində baş verib.
Belə ki, 2017-ci il təvəllüdlü Cəfərov Hüseyn Atakişi oğlu Zığ şosesində əks istiqamətə keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.