BDU-dan qidadan zəhərlənmiş tələbələrlə bağlı AÇIQLAMA
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin qidadan zəhərlənən dörd tələbəsinin durumu qənaətbəxşdir.
Bu barədə BDU-dan bildirilib.
Qeyd edilib ki, tələbələrin yedikləri qidadan sonra mədələrində narahatlıq yaranıb. Universitet və fakültə rəhbərliyi məsələni diqqətdə saxlayır.
Xatırladırıq ki, Bakı Dövlət Universitetinin dörd tələbəsi suşidən zəhərlənib.
“Report”un əldə etdiyi məlumata görə, onlar zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
KTM-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu “Report”un sorğusuna cavab olaraq bildirib ki, 4 nəfərdən biri artıq evə buraxılıb.
Onun sözlərinə görə, yerdə qalan 3 nəfər isə müvafiq şöbəyə yerləşdirilib: “Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır. Tələbələrin özlərinin dediyinə görə, dünən saat 16.30 radələrində universitetin qarşısında suşi yeyiblər və suşidən zəhərləndikləri ehtimal olunur. Tələbələrin hamısı qızdır”