Şəhidin nişanlısı: “İlk görüşdə mən yaşıl paltarda idim, son görüşdə o” - VİDEO
“Bir-birimizi gördük və sevdik. İlk görüşdə mən yaşıl paltarda idim, son görüşdə isə o”.
Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin budəfəki qonağı şəhid Hüseyn Nəcəfzadənin nişanlısı Atlas Kazımova deyib.
A.Kazımova bildirib ki, nişanlısı tez-tez ona çətin olacağını və günlərlə işdə ola biləcəyini deyirmiş:
“Hər bir hərbçi yoldaşı, yarı bunu əvvəldən qəbul etməlidir. Onun qədər vicdanlı, təmiz qəlbli birini görməmişdim. Çox diqqətli insan idi. İnana bilmirəm ki, o, bu dünyada yoxdur”.
Daha ətraflı süjetdə: