AzTehsil.com


Xəbərlər / Müəllim
31 iyul 2022
934


Yoluxma sayı artır - Məktəblər açılmayacaq?




Dünya üzrə koronavirusa yoluxanların və ölənlərin sayında artım müşahidə olunur.


Bu arada, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məktəblər açıldıqdan sonra virusun artmasının qarşısını almağın çətin olacağı barədə xəbərdarlıq edib. Belə olan halda məktəblərin yenidən distant, ya da hibrit formada təhsilə keçməsi gözləniləndir?


Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, koronavirusa yoluxanların sayının artmağı bizi narahat etməməlidir: “Bu artımın pandemiya səviyyəsində olacağını düşünmürəm, ona görə də, yenidən məktəbləri bağlamaq düçüncəsi bizdə hakim olmamalıdır. Məktəblərin açılmağı lazımdır. Açılmadığı, evdə olduğu zaman minlərlə insan təhsildən geri qalır. Təhsildən geri qalmağın fəsadları uzun illər çəkir, bir boşluq əmələ gəlir. Uzun illər təhsil prosesi getsə də, onu dondurmaq çətin olur. Mən şəxsən çox ümid və arzu edirəm ki, önümüzdəki semester təhsil ənənəvi qaydada davam edəcək, hibrit, onlayn olmayacaq”.


Q.Məhərrəmov qeyd edib ki, bütün bunlara baxmayaraq, ölkədə, dünyada nə baş verəcəyini bizim təxmin etməyimiz çox çətindir: “Ona görə sadəcə rəsmi açıqlamaları gözləmək lazımdır. Düşünürəm ki, koronavirus əvvəlki kimi vüsət almayacaq”.


Tibb elmləri doktoru Adil Qeybullanın Bakıvaxtı.az-a dediyinə görə, bu gün görünən mənzərə ondan ibarətdir ki, yoluxma sayı artır, yoluxma indeksi yüksəlir, lakin öldürücülük indeksi aşağı düşür: “Bu virusun mutatsiya edib mövsümi dalğalar yaradaraq zəifləməsi və adaptasiyasını nəzərdə tutur. Bu onu göstərir ki, pandemiya sönməyə doğru gedir, öz qürubuna yaxınlaşır”.


Müsahibimiz qeyd edib ki, düzdür, pandemiya hələ bitməyib, bununla bağlı rəsmi elan yoxdur. Amma pandemiyanın yenidən vüsət alıb əvvəlki kritik vəziyyətə qayıtması real görünmür. A.Qeybulla bu səbəbdən də hesab edir ki, sadəcə karantin qaydalarında müəyyən sərtləşmələr, qapalı mühitlərdə maska taxmaq zərurəti və s. ola bilər.


Onun spzlərinə görə, xüsusilə təhsillə bağlı qadağalar ümumi işə xeyli ziyan vurduğu üçün qətiyyən məqsədəuyğun deyil: “Düşünmürəm ki, hökumət də bu cür qərarlar versin, amma müəyyən tədbirlər görülə bilər. Çünki yoluxma indeksi çox yüksəkdir, hələ davam edəcək. Öldürücülük indeksinin aşağı olması isə onu göstərir ki, heç vaxt əvvəlki mərhələlərə qayıtmayacayıq. Sadəcə olaraq, pandemiyanın tamamilə sönüb getməsi üçün zaman lazımdır”.


Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev də bu məsələyə münasibət bildirib. “Payız aylarında koronavirusa yoluxanların sayının artması gözlənilir” deyən nazir qeyd edib ki, amma məncə məktəblərin bağlanmasına ehtimalı azdır.


Bir neçə gün əvvəl “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə E.Əmrullayev deyib ki, ayrı-ayrı təhsil müəssisələrində virusa yoluxma sayı ilə əlaqədar müəyyən tədbirlər görülə bilər: “Yəni, müəyyən məktəblər yoluxmalara görə bağlana bilər. Biz hazırda da müvafiq səhiyyə qurumları ilə müzakirələr aparırıq".


Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah nə qərar versə, Nazirlik də ona əməl edəcək: "Amma hazırkı yoluxma statistikası məktəblərin bağlanacağı ehtimalını azaldır”.




Загрузка...
Həmçinin oxuyun:
Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

Məktəbləri bağlamaq virusla mübarizə üsuludur?- Açıqlama

Məktəbləri bağlamaq virusla mübarizə üsuludur?- Açıqlama

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Distant təhsil: tərəddüdlər və çağırışlar

Distant təhsil: tərəddüdlər və çağırışlar

Mütəxəssislərin tövsiyələri- Distant təhsil ibtidai siniflər üçün uğurlu tədris forması deyil

Mütəxəssislərin tövsiyələri- Distant təhsil ibtidai siniflər üçün uğurlu tədris forması deyil

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Yoluxmanı sırf məktəblərlə əlaqələndirmək doğrudurmu ?-Ekspertlərin rəyi

Yoluxmanı sırf məktəblərlə əlaqələndirmək doğrudurmu ?-Ekspertlərin rəyi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

Distant təhsil: üstünlüklər və çatışmazlıqlar

Distant təhsil: üstünlüklər və çatışmazlıqlar

Distant  təhsil  bizdən niyə  distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri