AzTehsil.com


Xəbərlər
25 iyul 2022
726


İmtahandan aşağı bal toplayan qızına “özünü as” dedi və...




Xəbər verildiyi kimi, dünən Laçın adlı qız ali məktəbə qəbul imtahanında aşağı bal yığdığı üçün ailəsinin təzyiqinə dözməyərək intihar edib.


İntihardan əvvəl onun son sözləri sosial şəbəkələrdə yayılıb.


Bakıvaxtı.az-ın məlumatına görə, məktubda deyilir: "Mənim adım Laçındır, 17 yaşım var. Dünən qəbul imtahanlarının cavabları çıxdı. İmtahan nəticəm aşağıdır. Evdə ailəm mənə çox əsəbiləşdi. Ən böyük reaksiyani isə atam verdi. Hələ bu gün səhər işə getmədən əvvəl mənə dedi ki, "Mən işdən gələnə qədər get özünü as öldür".


Mən daha bu münasibətə dayana bilmirəm. Və elə atamın dediyi kimi edəcəm. Daha bəsdir. Bu imtahan dünyanın sonu deyil və ya mənim həyatdakı son şansım deyil. Təəssüf ki, bunu ailəm başa düşmür. Mən məni başa düşməyən ailəmə cəsədimi hədiyyə edirəm.


Uğur qazanan övladı hamı sevər. Siz məni uğursuzluğumla da sevməli idiniz. Bacarmadınız. Arxamca tökülən göz yaşlarının heç bir mənası yoxdur...


Mən daha yoxam. Əlvida. Bəlkə də gözəl olardı".


Psixoloq Nizami Orucov Bakıvaxtı.az-a bildirib ki, uşaqlar üçün valideynlər hər zaman avtoritet olur: “Yəni, onların dediyi sözlər, qoyduğu qadağalar, fikirlər və s. uşaq tərəfindən mütləq həqiqət kimi qəbul edilir. Uşaqlar çox vaxt valideynin o təsirini aşa bilmirlər. Onlarda hələ deyilən sözləri tənqid və təhlildən keçirmək deyilən bir şey formalaşmamış olur. Üstəlik, ata və ana müqəddəs, əziz insanlar olduğu üçün uşaqlara bu şəkildə təsir edir. Təəssüflər olsun ki, intihar etmiş yeniyetmə qız da atasının dediyi sözü hərfiyən yerinə yetirib. Amma, təbii ki, qız bir sözə görə bu addıma əl atmayıb. Böyük ehtimal, özünün də yazdığı kimi, ailəsi heç vaxt ona dəsdək olmayıb”.


Psixoloq deyir ki, bu intihar məktubunda olduqca simvolik bir məqam var: orada uşaq hansısa simvolik bir uğura görə sevilib, uğursuzluğa görə sevilmədiyinin normal bir şey olmadığını qeyd edir: “Görün, necə ağıllı, düşüncəli bir insanı itirdik. Bu gənc yaşında necə gözəl düşünürmüş. Əsl psixoloqların fikri kimi yazıb orda”.


N.Orucovun sözlərinə görə, bir çox valideyn elə bilir ki, övladını sevir, onunla düzgün davranır, amma, təəssüflər olsun ki, belə deyil: “Uşağı dünyaya gətirəndə heç kim ondan soruşmur, valideynlər özləri dünyaya gətirir, sonra da bu cür davranışlarla əziyyət verirlər. Uşağı nəyəsə görə sevmək olmaz. Məsələn, “dərsindən “5” aldın, imtahandan keçdin deyə səni sevəcəm” demək olmaz. Bu, qeyri-sağlam münasibətlərin birbaşa göstəricisidir. Böyük ehtimal, həmin xanımın ailəsində də bu münasibətlər, şərti sevgi, şərti diqqət və qayğı var imiş. Bu, bir dəqiqənin və ya bir anın nəticəsində olan intihar deyil. Bu, uzun müddət tədbiq edilmiş basqının nəticəsidir”.


Müsahibimizə görə, o qızın psixoloji vəziyyəti artıq elə bir həddə çatdırılıbmış ki, bu yolla öz həyatına son qoyub. N.Orucov hesab edir ki, bu intiharın əsas səbəbi odur ki, ailə uşağı diqqətsiz, sevgisiz və qayğısız buraxaraq o qədər yalnız hiss etdirib ki, uşaqda belə bir fikir formalaşıb: anam, atam mənim əziyyətimi görmür, qayğı və sevgini şərti olaraq verirlərsə, mən niyə yaşayıram?! “Uşaqda bu şəkildə suallar yaranır və düşünür ki, əgər valideynlərim məni yox sayırlarsa, mən də yox olaram, istədiklərinə nail olarlar”.


N.Orucov qeyd edib ki, valideynlər övladlarını, ilk növbədə, sevməlidir. Uşaqlarını sevgi, qayğı və diqqətlə böyütməlidir: “Yəni, bu, insanın təməl, ən əsas baza təlabatlarıdır. Necə ki, bir toxuma su verib diqqət, qayğı göstərdikdə böyüyüb başa çatır, gül açır, bu şəkildə də uşaqlarla davranılmalıdır.  Uşağa imtahandan keçməməyi faciə kimi təqdim etmək qəti şəkildə olmaz. Bu kimi şərti sevgi və qeyri-sağlam təzyiqlərlə uşaqla davranmaq qəti surətdə olmaz. Uşaqla maraqlanmaq, söhbət etmək, fikrini öyrənmək, uşağa hər şeyə rəğmən tək olmadığını, sevildiyini göstərmək lazımdır”.




Загрузка...
Həmçinin oxuyun:
"Əlvida qızıl payızım" adlı tədbir

"Əlvida qızıl payızım" adlı tədbir

İntiharın yeniyetmələrdə, gənclərdə və yaşlılarda əsas səbəbləri

İntiharın yeniyetmələrdə, gənclərdə və yaşlılarda əsas səbəbləri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

8 yaşlı qızı intihar edən anadan DƏHŞƏTLİ İDDİA: Fərəhi pəncərədən atası atıb

8 yaşlı qızı intihar edən anadan DƏHŞƏTLİ İDDİA: Fərəhi pəncərədən atası atıb

"Yeganə xalqıq  müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

"Yeganə xalqıq müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

Laçınsız 27 il

Laçınsız 27 il

Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”

Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”

Bəzəyinə aldandığınız qutular uşaqlarınızı zəhərləyir – ALDANMAYIN!

Bəzəyinə aldandığınız qutular uşaqlarınızı zəhərləyir – ALDANMAYIN!

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

EKSPERT-Valideynlər anlamalıdırlar ki, heç nə onların övladının canından artıq deyil.

EKSPERT-Valideynlər anlamalıdırlar ki, heç nə onların övladının canından artıq deyil.

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Yaponiyanın Nippon Fondu Azərbaycanın elm və təhsil müəssisələrinə kitablar hədiyyə edib

Yaponiyanın Nippon Fondu Azərbaycanın elm və təhsil müəssisələrinə kitablar hədiyyə edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Tərbiyənin növləri

Tərbiyənin növləri

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.