AzTehsil.com


Xəbərlər
11 iyul 2022
730


Dədə-baba dilimizdə danışmaq UTANC, rus dilində danışmaq isə İNTİLİGENTLİK sayılır – NİYƏ?




Azərbaycan dili öz vətənimizdə küncə sıxılır və rus dili getdikcə əsas ünsiyyət dilinə çevrilir. Artıq rus dili ölkəmizdə qeyri-rəsmi ikinci dövlət dili statusundadır.


Hər 10 nəfərdən 7-si bu dildə danışmağa üstünlük verir. İnsanların bir-biri ilə ünsiyyətində yarı rus, yari Azərbaycan sözlərindən düzülən cümlələr ikrah doğurur. Övladları rus bölməsində oxuyan valideynlər uşaqları ilə evdə rus dilində danışır.


Azərbaycan dili yadlaşır, unudulur və öz elindən çıxdaş edilir. Bir sözlə dədə-baba dilimizdə danışmaq utanc, rus dilində danışmaq isə aristokratlıq və intiligentlik sayılır. Rus dilini bilməyənlər isə linç edilir, qınanılır, ona “qara kütlə”, geridə qalmış kimi baxılır.


Millətin varlığını şərtləndirən dil dəyərdən düşür. Halbuki öz dilinə hörmət etməyənlərin heç bir millət yanında hörməti olmur.


Faciə odur ki,  Azərbaycanda yaşayan, vətəndaşı olan əcnəbilər də Azərbaycan dilində bir kəlmə belə danışmır. Öyrənir, anlayır, amma danışmaq istəmir. Çünki dilinə hörmət edir. Bu nümunəvi göstərici təkcə bizə aid deyil. Dil bilmək gözəldir, amma öz dilində danışmaq sərvət, dəyər və hörmətdir...


Biz niyə əksini edirik? Niyə dilimizə hörmət etmirik, bəyənmirik və sevmirik? Niyə varlığımızı danırıq?


Dilçi alim Rafiq İsmayılov Bizim.Media-ya açıqlamasında köklü problemə bir neçə səbəb gətirib.


O, deyib ki, elə münbit şərait yaratmalıyıq ki, insanlar öz dillərinə daha çox meyl etsinlər:


“Bu, Sovetdən qalma bir problemdir. Ona görə də həll edə bilmirik. Indi cəmiyyətdə belə bir fikir formalaşıb. Rus dilini bilirsənsə və danışırsansa, daha ali təbəqəyə mənsubsan. İlk növbədə başqa dillərdə tədris olunan məktəblərdə Azərbaycan dilinə daha çox diqqəti artırmaq lazımdır. Təsəvvür edin, rus bölməsində oxuyan ibtidai siniflərdə Azərbaycan dili həftədə cəmi 2 saat, tədrisi Azərbaycan dilində olan məktəblərdə isə rus dilinə 10 saat ayrılır. Sözsüz ki, bu məqam həmin uşaqlarda dil daşıyıcısı rolunu oynayır. Onların əsas ünsiyyət dili rus dili olur. Təlim digər dildə aparılırsa, öncə orada Azərbaycan dili vahid dərsliyi olmalıdır. Azərbaycan vətəndaşları vahid dərslikdən dərs keçməlidirlər”.


Rafiq İsmayılov problemin sosial tərəfinə də toxunub:


“Dediyimiz rus dili cəmiyyətdə yüksək qiymətləndirir deyə. əmək bazarında rus dilli əmək bazarında rusdilli insanlara daha çox qiymət verilməsinə gətirib çıxarır. İstənilən işəgötürən işçi axtaranda, işçinin rusdilli omasını arzulayır.


Təhsildə o yönümdə də dəyişiklik etmək lazımdır ki, Azərbaycan dili proqramı bütün Azərbaycan vətəndaşları ilə eyni səviyyədə olsun və bu dildə daha çox ünsiyyət qursunlar.


Məsələ burasındadır ki, Azərbaycan dilində yetərincə mənbələrin olmaması da problemdir. Dərslikdən əlavə yaxşı bir ədəbiyyat yox səviyyəsindədir. Ancaq rus dilində onlarla ədəbiyyat və ensiklopediyalar var. Halbuki dünyada çoxdandır ki, dərslik yeganə bilik mənbəyi deyil.


Qaldı ki, Azərbaycan vətəndaşı olan və uzun illərdir ölkəmizdə yaşayan əcnəbilərin bizim dildə danışmamalarına, bu da hər bir vətəndaşın daxilindəki keyfiyyətdən irəli gəlir. İnsan öz dilinə hörmət etməlidir və çalışmalıdır ki, başqaları da o dilə hörmət etsin. Bu yöndə təbliğat gücləndirilməlidir”.




Загрузка...
Həmçinin oxuyun:
Dədə Qorqud haqqında maraqlı FAKTLAR - O, Azərbaycanda dəfn edilib?

Dədə Qorqud haqqında maraqlı FAKTLAR - O, Azərbaycanda dəfn edilib?

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Ünsiyyət nədir

Ünsiyyət nədir

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsil institutu xarici dil tədrisində islahatlar təklif edir.

Təhsil institutu xarici dil tədrisində islahatlar təklif edir.

Dilçilərə hücum edən dillilərə məsləhət

Dilçilərə hücum edən dillilərə məsləhət

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

MüəIIimin şagirdlərlə ünsiyyət üslubu,Pedaqoji ünsiyyət haqqında....

MüəIIimin şagirdlərlə ünsiyyət üslubu,Pedaqoji ünsiyyət haqqında....

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ

Uşaqlar niyə yalan danışır?

Uşaqlar niyə yalan danışır?